Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Natavan Niyal“Salxım söyüd”

  

Yenixeber.org: Davamı

Qərargahda  vəziyyət gərginləşmişdi.Şənliyin başını qaşımağa macalı yox idi. İşi başından aşırdı. Axır vaxtlar heç kimə zəng vurmurdu. Yalnız gələn zənglərə cavab verirdi. Ancaq yemək zamanı dincələ bilirdi. Düzdü valideynlərindən nigaran idi. Ən çox da, atasından.

Axırıncı gedişində atası gözünə yaxşı dəyməmişdi. Yorulub yolun yarısında qalmış adama bənzəyirdi. Başa düşə bilmədi. Axı atası nəyin xiffətini ediridi? Hərdən də düşünürdü ki,bəlkə ona elə gəlmişdi. Anası da qocalmışdı. Həyət-baca boz rəngdə iiidi.İllər əvvəl bu həyət laləzar idi. Bağda gül-gülü çağırırdı.

Amma anasından incimişdi.

Elə vaxt olmazdı ki, Nərmini xatırlamasın. Nərminlə belə gözlənilməz, anlaşılmaz ayrılığı qəlbini sızıldadırdı.

Yadına Nərmin haqqında anası ilə ilk söhbətləri düşürdü. Anası elə ilk öncədən daş atıb başını tutmuşdu. Şəhər qızı istəmirəm demişdi. Elə o vaxtdan ürəyinə xal düşmüşdü.

Özü-özünə, anam o vaxtdan Mələk sevginin taleyini olumsuz gətirdi deyə düşündü.

İndi Nərmin nə edirdi? Günləri necə keçirdi? İlk görüş yerinə gedib, şıltaq dalğalarla dərdləşirdimi? Bəlkə özünü işə həsr etmişdi… Allah bilir nə edir indi. Ürəyi ilə danışırdı.

Ön xətdə vəziyyət gərginləşmişdi. Düşmən hər gün atəşkəsi pozurdu. Xəbərlər heç də yaxşı deyildi. Bəzən günaşırı, bəzən də üç-dörd gündən bir şəhid verirdi ordumuz. Şənliyin səbri bir tikə olmuşdu. Ön cəbhədən gələn hər şəhid onun ürəyindən bir qəlpə qoparırdı.

Ön cəbhədə şəhid olmuş əsgəri ailəsinə göndərmək, şəhidlə birgə gedənləri yola salmaq kimi işlər Şənliyin üzərinə düşürdü.

Əsəbləri korlanmışdı. Daha dözə bilmirdi. Oğullarımızı belə namərdcəsinə qanına qəltan edən düşmənin üstünə getmək istəyirdi..

Düşmən hər hoqqandan çıxırdı. Şənlik ara-sıra ön cəbhəyə gedirdi. Gah təminat, silah-sursat, gah da müxtəlif məsələlər üçün ön cəbhəyə gedəsi olurdu. Axır vaxtlar daha tez-tez gedirdi. İşini elə qurmuşdu ki, yolu daha çox düşsün ön cəbhəyə. Ürəyi ön xətdə idi. Bütün qəlbilə ön cəbhəyə can atırdı. Bilirdi ki, əvvəl-axır arzusuna çatacaq, qərargahdan ön cəbhəyə dəyişiləcəkdi.

Yenə ön xətdə idi. Bölmə komandiri ilə dayaq mənətəqəsində oturub söhbət edirdilər. Bir azdan bayıra çıxdılar. Hər iki tərəfdə sakitlik idi. Sakitlik nisbi idi. Hər iki tərəfin səngərlərində müdhiş qaynaşma var idi. Burada düşmənlər aralarındakı məsafə az idi. Hırıltıları, gurultuları aydın da olmasa eşidilirdi.

"Vətən Uğrunda" səyyar təşviqat dəstəsi cəbhə bölgəsində yerləşən N saylı hərbi hissələrdə şəxsi heyyət üçün silsilə tədbirlər keçirirdi. “Daşaltı əməliyyatı”ı ilə əlaqədar anım tədbiri keçiriləcəkdi. Tədbirdə Azərbaycan tarixinin dəhşətli və ağrılı səhifələrdən biri olan "Daşaltı əməliyyatının "nın qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ermənilərin pusquda qətlə yetirdiyi, Daşaltıda həlak olan seçmə igidlərdən danışıldı. Həmçinin tədbirdən sonra havaya qara rəngli qətl olunan insanların xatirəsinə hava balonu qaldırılmışdı.

Deyəsən nahar vaxtı idi. Leş qarğaları kimi ara-bir qarıldaşırdılar. Yenə səssizlik yaranırdı. Amma nisbi idi bu səssizlik.

 İrəlidə düşmən səngərlərinin arxasında açıq aydın görünən əsir vətən torpaqları uzanıb gedirdi. Bu torpaqlar uğrunda nə qədər qanlar axmışdı. Yüzlərlə vətən oğlunun axıtdığı al qandan qırmızı lalələr boy verib qalxmışdı. Göz işlədikcə ta dağlara qədər uzanan düzənlik iri, tala-tala laləliklər idi. Gecələr bu al qan dənizində nigaran şəhid ruhları cövlan edirdi…

Dişi bağırsağını kəsirdi Şənliyin. Düşmən tərəfdən uğultu-gurultu, gülüşmə səsləri eşidilirdi. Səngərdəkilər nişangahdan baxıb gördükləri mənzərəyə baxa-baxa qaldılar. Bir erməni qızı yarıçılpaq vəziyyətdə səngərin üstündə dayanıb mahnı oxuyur, o yan bu yana gəzişərək qarşı tərəfə, əsgərlərimizə çağırış edirdi elə bil.

Komandir səngərində beş-altı nəfər çavuş, bir də təşviqat dəstəsi ilə gələn dəliqanlı tələbə gənclər var idi. Növbə ilə ermənilərin yeni hoqqasını izləyirdilər. Kor-kor, gör-gör. Açıq aydın nümayişkəranə şəkildə bu qeyrətsizlər qızı səngər üzərinə çıxarıb reklam edirdilər. Onların planı aydın idi. Gənc əsgərləri şirnikləndirmək idi. Ayağa qalxan kimi vuracaqdı snayper.

Yusif komandir ruporu əlinə alıb alçaq səslə əsgərlə müraciət etdi.

Aslanlarım! Azərbaycanın şanlı oğulları, erməni qəhbələrinə aldanıb nişangahdan başınızı çölə çıxarmayın. Bu tələdir. Qadınların arxasında gizlənib iş görmək bu alçaqların şakəridir. Hiyləsiz, məkrsiz yaşaya bilməz bunlar.

Qız öz işindəydi. Bir azdan görünməz oldu. Yusuf komandir yenə ruporu götürüb alçaq səslə əsgərlərə xəbərdarlıq edirdi.

Təxribata getməyin, aslanlarım! Bu da mənfur erməni terrorunun eybəcər bir formasıdır. Qorxaqlar anasını, bacısını səngər üzərinə çıxarmaqla biclik işlədib əsgərlərimizi qırmaq istəyirlər.

Əlbəttə əsgərlər də, bunu anlayırdı. Amma erkəkdilər. Neçə vaxtdı bu səngərlərdə qadın nəfəsinə, ünsiyyətinə həsrət qalmışdılar.

Yusif komandir əsgərlərinin üstündə əsirdi. İstəmirdi başlaından bir tük əksik olsun.

Ən gənc, əskəri Amil idi. Amil atanın-ananın yeganə övladı, ailənin ümidi idi. Gəncə hərbi komissarlığından gəlmişdi. Anası üstündə o qədər əsirmiş ki, hətta onu Bakıya gedib oxumağına icazə verməmişdi. Amilin arzusu Bakı Dövlət Universitetində təhsil almaq idi. Amma anası demişdi bağrım çatlayar bir gün oğlumdan ayrı qala bilmərəm. Nə illah eləmişdilər istədiyi ixtisasa qəbul olsa da heç cürə razılaşmamışdı. İmtahanlar regionda keçirilsə də oxumaq üçün mütləq Bakıya getməli idi.

Əvvəlcə anası istədi köçsün Bakıya. Amil təhsilini başa vuranda yenə geri Gəncəyə evlərinə dönsünlər. Lakin Amilin atası razı olmadı. Müəllimə idi Amilin anası. Tarix müəlliməsi.  Çoxlu şagirdləri var idi. Gəncədə adla idi İradə xanım. Hamı istəyirdi övladını onun yanına qoysun hazırlığa.

Atası Zahir isə memar idi. O vaxtı axır qərarları o oldu ki, Amil Gəncə universitetlərinin birində təhsil alsın. Amma Amil razı olmadı. Mən istədiyim ali təhsil müəsissəsində oxumayacamsa başqa yeri də istəmirəm. Nə illah elədilər mümkün olmadı. Amil dediyini dedi. Valideynləri onu məcbur edə bilmədilər. Qohum qardaş nə illah elədi ana öz dediyinin, oğul da, öz dediyinin üstündə durdu.

 Həmin gün Amil də növbədəydi. Səngərdə oturmuşdu. Düşmən tərəfdə məzhəkə davam edirdi. Maraq əskərlərə güc gəlmişdi. Hər kəs düşmən səngərinin üstünə çıxıb oxuyub oynayan qıza baxmaq istəyirdi. Yusif komandir dalbadal əskərlərə xəbərdarlıq edirdi.

Qız səngərlərin arasında gözdən itdi. Bir azdan yenə peyda oldu.

Əlindəki iri bidonu sürüyə-sürüyə neytral zonaya lap yaxınlaşdı. Məqsədi nə idi? Hamı onu izləyirdi. Qarşı tərəfdən Marqo ! Marqo ! sədaları , şit hırıltılar eşidilirdi.

Qız arxayın hərəkət edirdi. Çünki onlar azərbaycan əskərlərinə az-çox bələd idilər. Bilirdilər ki, azərbaycan əskəri silahsız qadına atəş açmayacaq. Geri dönüb əlində iki kərpiclə qayıtdı. Kərpicləri dikinə qoyub arasına bir əsgi atdı. Sonra yenə səngərə tərəf gedib görünməz oldu. Onu maraqla izləyirdilər. Yenidən qızın səsi eşidildi. Əlində nə isə var idi. Uzaqdan yaxşı görünmürdü. Şənlik bir binokl istədi. Yusif komandir binokulu gətirib ona vedi.  Diqqətlə baxanda əlindəkini nə isə əsgi parçasına oxşatdı. Uzunsov su qabı geri d ilə geri döndü. Uzusov qabı daşımağından anlaşıldı ki, içi doludur.

Bu fahişə nə etmək istəyir - deyə Yusif komandir özü-ozünə deyindi. Səngərin düz kənarında dayanmışdı. Birdən çaxmaqlar şaqqıldadı. Vuracam bu qəhbənin .... bu dəqiqə. Səngərdəki əskərlər arasında canlanma yaranmışdı.

Əskər! icasəzis atəş aça bilməsiniz. Ağlınızı başınıza yığın. Oğraş kişiləri gizlənib qızı qabağa veriblər.

Əsgərlərdən biri uzun fit vedi. Qız daha da şelləndi deyəsən. Əlini dodaqlarına qoyub sonra da bizim tərəfə yellədi. Sən demə ocaq qalayırmış bu fahişə. Bidonu kərpiclərin üstünə qaldırıb su ilə doldurdu. Həyatına susamışdı deyərsən. Ocaq əvvəl tüstülədi sonra alışdı.

Qız ocağın yanındakı təpəciyin üzərinə qalxıb mahnı oxuyurdu. Sonra saymazyana yaxınlaşıb yerdəki birəllini götürüb bidonun üstünə qoydu. Əl atıb toppuz kimi topladığı saçlarını açıb buraxdı.

Deyəsən məqsədi aydınlaşırdı. Şənlik gözlərinə inanmadı. Qız paltarının bir-bir çıxarıb yerə fırladırdı. Əvvəlcə qarnı açıq köynəyini soyundu. İndi beldən yuxarı alt paltarında idi. Çəhrayı alt paltarı ağ bədəninə diqqət çəkirdi. Sonra birdən-birə ətəyini siyirib əynindən çıxardı. Lüt-üryan dayanıb çimirdi. Qabla suyu götürüb başından aşağı axıdırdı. Su saçlarından süzülüb boynu ilə aşağı axırdı.

Erməni dığaları Marqo deyib bağırışır,l çalırdılar.

Yusif komandir: Uşaqlar nə badə başınızı qaldırasınız. Bu sizin üçün tələdir. Gördükləri an vuracaqlar

Lüt-üryan bədəni ağappağ idi. Əzrayıl idi,qənim kəsilmişdi erkəklərə.Yerində fırlanır suyu nazla başından aşağı axıdaraq görənlərə meydan oxuyurdu . Bir əlini sinəsinin üstünə qoyub, bir əli ilə də su toküb açıq aşkar  çimirdi.  Yusif səngərlərə diqqət kəsilmişdi. Birdən qışqırdı

  • Amil, əyil!

Atəş səsi eşidildi. Qız artıq görünmürdü.....

 

Ardı var

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam