Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Natavan Niyal“Salxım söyüd”

 

 

Yenixeber.org: Davamı

 

Nərmin analıq məzuniyyətində idi. Sentyabr ayı gözünə durmuşdu. Bakıda adətən isti keçir sentyabr ayı. Həkim qəti tapşırmışdı ki, çox gəzib az yeməlisən. Xüsusən də çörəyi azalt demişdi. Hərəkətdə olmalı idi. Bütün bədəni şişmişdi. Təzyiqi də yüksək olurdu. Ev işlərini güclə görürdü. Evdə ailə üzvləri hamısı onun qayğısına qalır, həkimin dediyinə dəqiq əməl etməsinə də nəzarət edirdilər.

Səmayə xanım artıq xəstəxanadan çıxmışdı. Ailənin üzünə gün doğmuşdu. Camal kişinin üzü gülsə də ürəyi qan ağlayırdı. Sevimli qızı həyatının bəlkə də, ən önəmli dönəmində öz sevincini dolu-dolu yaşaya bilmirdi. Bir tərəfdən də hamiləliyinin belə çətin keçməsi onun hövsələsini bir tikə eləmişdi. Səmayə xanım qızlarına da tapşırmışdı. Kömək edin yanında olun. Gözümün ilk ovu, balam, körpəsini sağ salamat qucağına almalıdı. Yeqanə gördüyü iş evi yüngülcə təmizləmək, ürəyi istəyən yeməyi bişirmək idi. Çox vaxt anası gilə gedər orada doyunca yeyib gələrdi.

Atasının üzü gülsə də, fikirli idi. Amma qərarı qəti idi. Ev əhlinə də tapşırmışdı. Bundan sonra bir kəs Şənlik adı çəkməyəcək! Ondan heç kim bəhs etməyəcəkdi!

Hər gün bacısı ilə məhlədəki taksiyə minib dənizkənarı parka gedirdi. Günün birinci yarısı gəzirdi. Həftədə bir dəfə həkimin yanına yoxlanmağa gedirdi. Bu dəfə atası da onlarla getməli idi. Aparatdan keçəcəkdi.

Yaman ağırlaşmışdı. Boyuna görə də çox çəki almışdı. Həkim onu doplerə yazmışdı. Uşağın vəziyyətini, ana bətnində hərəkətini, formasını ciddi nəzarətdə saxlayırdı həkim. Dopler aparatından keçmək üçün həkimin dediyi xəstəxanaya gedəsi oldular. Qeydiyyat şöbəsinə yaxınlaşıb nömrə götürmək üçün növbətçi tibb bacısına müraciətlə etdi. Səs küydən qulaq tutulurdu.

Tibb bacısı:

- Xanım, adınızı, soyadıızı deyin zəhmət olmasa.

Nərmin də öz növbəsində ad soyadını söylədi. Nəhayət qeydiyyat kağızını alıb cammaatın içindən çıxa bildi. Əntiqə bacısının qoluna girib növbələri çatana kimi çöldə gözləmək üçün qapıya doğru yönəldi. İçəri çox qələbəlik idi. Üzbəüz qapıda azı on beş nəfərə qədər uşaqlı-böyüklü adam var idi. Kiçik bir qızcığaz anasına sığınıb çikkə çəkə-çəkə elə ağlayırdı ki, deyirdin bəs bunun ətini kəsirlər. Anası onu sakitləşdirmək istəsə də mümkün olmurdu. Qan analizi verəcək bu qızın on yaşı olardı. Uşağın anası Nərmini görəndə diksindi elə bil. Uşağını unudub ona baxırdı. Kənd uşağına oxşayırdı uşaq. Adamlardan çəkinib anasına qısılmışdı. Anası gözlərini Nərmindən ayırmadan baxırdı. Əntiqə bacısının qoluna girib çölə, açıqlığa çıxarana kimi arxasınca baxdı.

- Ay bacı uşağını sakitləşdir də axı başımız getdi…- deyə yaşlı qadın uşağın anasına iradını bildirəndə gənc qadın dönüb uşağı dümsüklədi .

- Yekə qızsan bir səsini kəs görüm.

Qapıya çatar-çatmaz Əntiqə hiss etdi ki, Nərmin əlindən sürüşüb gedir. Ağırlaşıb əlindən sürüşüb arxaya doğru meylləndi. Həyəcanla bacı,bacı deyə səsləndi. Ağır bədəni onun üzərinə yıxılanda Əntiqə müvazinətini itirəcəyini anlayıb bərkdən qışqırdı:

- Nə baxırsınız kömək edin, Allah xatirinə.

Xəstəxananın lay divar şüşəsinə soykənib dayanmış gənc oğlan bir an içərisində irəli atılıb qüvvətli qolları ilə onu saxladı. Əntiqə bacısının bayıldığını görüb qorxu içərisində ata deyib bərkdən qışqırdı. Laboratoriyanın qarşısında növbədə dayananlar çönüb ona tərəf boylandı. Kiçik qızcığaz səsini xırpadan kəsdi. İri gözləri ilə təəccüb və qorxu içərisində o tərəfə baxmağa başladı. Balaca qız iynə qorxusunu unutmuşdu.

Nərminə kömək edən oğlanın yanından o yana keçib çaşqın halda qapıdan çölə qaçdı. Ata, tez gəl Nərmin! Camal kişinin qulaqları zəif eşidirdi. Lakin Əntiqənin həyəcanlı səsini eşidəndə yalnız Nərmin deməsini anladı. Hövlnak içəri girib bayğın halda uzadılmış qızını görüb, - Nərmin! Qızım nə oldu sənə? – deyə onu tərəf iti addımlarla getməyə başladı. Çaşqın halda, imdad diləyən gözləri ilə ətarafa baxındı. Camal hər kəsi bir tərəfə itələyib qızına yaxınlaşdı Nərmin bayğın halda uzanmışdı. Gözləri yumulu idi. Növbədə dayananlar Nərminə baxırdılar. Dünya başına hərləndi. Var gücü ilə “Həkim!! Həkim çağırın!!! - deyə səsləndi. Əntiqə ilə hərəsi bir tərəfdən çöməlib Nərmini qucaqlamışdılar.

Bir an içində ağ xalatlı həkimlər adamları kənarlaşdırıb onu xərəyə qoydular. Hamilə gəlinə kömək edib özünə gətirməyə çalışırdılar. Camal kişinin üzünə meyit rəngi çökmüşdü. Əlacsız halda sevimli qızının solmuş çöhrəsinə baxırdı.

Həkim Nərminin nəbzini yoxladı. Göz qapağını qaldırıb baxdı. Təzyiqi düşüb dedi. Yanındakı ağ xalatlı qıza şərbət gətirməyi tapşırdı. Bu dəqiqə keçəcək dedi. Naşatır spirti vurulmuş tamponu yungülcə burnunun qarşısından iki dəfə o tərəf bu tərəfə keçirdi. Nərminin göz qapaqları titrədi. Kipriklərini yavaşca aralayıb gözlərini açdı. Atasını başı üzərində görüb, tez ayağa qalxmağa cəhd etdi. Sifəti avazımışdı. Əlləri ilə qarnını sığallayıb gülümsədi.

- Balama nə olub doctor? - deyə sual vedi.

Həkim:

- Hanı sənin yoldaşın? Kiminlə gəlmisən?

Camal kişi həkimə baxıb, qızımdır - dedi. Bir yerdə gəlmişik.

Dikəlib oturmaq istəyəndə həkim əli ilə işarə etdi ki, uzan hələ müayinə edəcəyik. Atasına baxıb ani qərar Verdi:

- Əntiqə, qolumdan tut kömək et qalxım. Gedək burdan. Görmürsənmi kişi necə narahatdır. Doktor təşəkkür edirəm.

Nərmini tutub yıxılmaqdan saxlayan oğlan hələ də yaxınlıqda dayanmışdı. Bayaq ağlayan kiçik qızın anası hər şeyi unudub gözlərini Nərminə zilləmişdi. Diqqətlə ona, ətrafındakılara baxırdı.

- Bunun yoldaşı burdamı? - deyə həkim gözlərini qaldırıb ətrafına baxdı. Onu tutan oğlanı görüb, Sənsənmi bunun yoldaşı?

Kənardan onlara göz qoyan gənc qadın onlar oradan çıxana kimi arxalarınca baxıb başını mənalı mənalı tərpətdi. Sonra o da qızının əlindən tutub yenidən növbəsinə qayıtdı.

Nərminin təzyiqi düşmüşdü. Kor peşiman halda xəstəxananın həyətində oturmuşdular.

- Əntiqə qızım, sən otur bacınla mən bir taksi çağırım gətirim gedək evə.

Nərmin başını Əntiqənin çiyninə qoyub gözlərini yummuşdu. Şərbət təsirini göstərirdi.

Kiçik qızçığazla anası , bir də cavan bir qadın uşağın əlindən tutaraq yanlarından keçib getdilər. Qadın Nərminə sarı baxa-baxa gedirdi. Əntiqənin dişi bağırsağını kəsirdi. Az qalırdı gedib qadının yaxasından tutub var gücü ilə silkələsin. Axı burda baxmalı nə görmüsən demək istəyirdi. Atası taksini içəri sürdürmüşdü. Yavaşca Nərminin qoluna girib maşına apardılar.

Üstündən neçə gün keçmişdi. İki bacı aynabənddə oturub tum çırtlayırdılayır, ordan burdan söhbət edirdilər. Əntiqə o günü xəstəxanada Nərminə diqqət kəsilən qadından söz salmışdı.

- Daha ona heç bir söz demədim. Amma bir Allah bilir ki, yalnız sənin xətrinə dillənmədim. Çox maraqla və təəccüblə tamaşa edirdi.

Nərmin gülümsəyərək,

- Yəqin o qədər qaraçılıq salıbsan ki, o da maraqlanıb da.

- Yox məncə elə deyil... Mənə elə gəlir ki, o qadın səni tanıyırdı. Bilirsənmi lap Şənlikgilin kəndçilərinə bənzəyirdi ona görə deyirəm.

Fikri uzaqlarda idi. Əntiqənin səsini eşitsə də qadın söhbətinə bənd olmadı. Atasının xəstəxanadakı məyus baxışlarını unuda bilmirdi.

***

Şənlik Niyaldan qayıdandan sonra yaman bədbinləşmişdi. Özünü bağışlaya bilmirdi. Anasının sözlərini uda bilmirdi. Gecə gündüz Nərmini düşünürdü. Niyalda qaldığı günləri “gəlin otağı”nın qapısını açmadı. Neçə gün qaldısa gah eyvanda, gah da içəri otaqda yatdı. Nərminə Sənsiz bu qapıdan girmərəm demişdi… Girə bilməmişdi də...

Ön xəttdə olmasa da, qərərgah cəbhədən çox uzaqda deyildi. Düşmən yaman fəallaşmışdı. Hər gün atəşkəsi pozurdu. Əsgərlər irəli can atırdılar. Ali baş komandanın bir əmrinə bənd idilər.

Özünə yer tapa bilmirdi. Anasından da incimişdi. Nərminin adından dediyi sözlərə inanmasa da yeddi qatından keçmişdi. Axı anası bilə-bilə ki, onlar bir-birindən ayırmaq müşküldü, yenə də dediyini deyirdi. Oğlunu incitdiyini bilə-bilə, olanı olmazı deyib onun ürəyini bulandırmışdı.

İşdən ona xüsusi nömrəli telefon vermişdilər. Öz telefonunu daha demək olar ki, heç işlətmirdi. Ara bir götürüb baxır, batareyasını doldurub işlək vəziyyətdə saxlayırdı. Bu nömrədən arabir atasına zəng vururdu. Telefon zənglərinə biganə olmuşdu. Bu ayrılıq başqa ayrılıq idi. Aralarındakı bu soyuqluğu anasından bilirdi. Dəfələrlə telefonu əlinə alıb anasını yığmaq istəmişdisə də, sonra fikrindən daşınmışdı.

Bəyim arvad hər gün oğlunun zəngini gözləyirdi. Telefon hər çalanda hövlənak gəlib telefonu götürür, Şənlik olmadığını görüb məyus olurdu…

Ardı var........


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam