Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Natavan Niyal“Salxım söyüd”

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yenixeber.org: Davamı

 

Köksünün altında qərar tutmuş ciyərparəsi yaman şıltaqlıq edirdi, hey anasını dümsükləryirdi. Elə bil bayıra çıxacağı günə tələsirdi. Göydə Allaha, yerdə həkiminə birdə pərvanə kimi başına dolanan atasına söykənmişdi Nərmin. Anası hələ də aylardı xəstəxanada yatırdı. Daha ayağa durmağına, evinə dönəcəyinə ümidi kəsilmişdi Səmayə xanımın. Balaca bacısı Nərminə təhkim olunsa da öz missiyasını yerinə yetirə bilməmişdi. Ortancıl bacı ana ilə birgə xəstəxanada qalırdı əvvəldən ona görə qız həm gedib xəstəxana üçün, həm də atası üçün öz evlərində yemək hazırlayırdı. Atası tapşırmışdı. Qızım, Nərmingildə yemək hazırlama, evin havası təmiz olsun.

Əntiqə pilləkənləri tələsik enib həyətin yuxarı tərəfindəki evlərinə gedəndə ayağı burxulmuşdu. Evdə ins-cins yox idi. Atası isə xəstəxanaya getmişdi. Kişi hər səhər tezdən durub xəstəxanaya, Səmayə xanımın yanına gedirdi. Sonra qayıdıb günortaya yaxın yemək aparıb birdə gedirdi.

Evlərinə çata-çatda ayağı neçə burxuldusa oturdu yerə. Ayağı topuqdan ya sınmışdı, ya da çıxmışdı. Hər nə idisə yaman incidirdi qızı. Neçə dəfə istədi dursun ayağının ağrısı beyninə vurdu. Əl atdı ki, xalatının cibindən telefonu götürüb atasını yığsın. Amma telefonu yox idi. Nərmingildə, aynabənddə qalmışdı. Əlini ayağına atıb bir az ovxalamaq istədi. Ayağı şişmişdi. Heç cür qalxa bilməyəcəkdi. Çarəsiz qalmışdı. O tərəfə bu tərəfə boylanın qalxmaq istədi. Əlacı kəsildi. Hərəkət edib ayağını qabağa uzatdı. Əllərini yerə dayaq verib dizləri üstündə dayandı. Birtəhər iməkləyib evə girə bilsə telefonla zəng edəcəkdi, ən azı bir təcili yardım çağıra bilərdi.

Amma gedə bilmədi. Ayağı zoqquldayırdı. Onu ağlamaq tutmuşdu. Axı bu nədir başlarına gələn??? Hər şey üst-üstə gəlir. Anası aylardı xəstəxanada, bacısı illərlə həsrətində olduğu övlada hamilə ikən bir gözü ağrıyır, bir gözü gülürdü... Atası xiffətdən ayaq üstündə üzülürdü. Xəstəxana ilə ev arasında qalmışdı. Gündə iki dəfə şəhərin bu başından o başına gedirdi. Neçə nəqliyyat dəyişirdi.

Axşam Nərmin evə dönəndə Əntiqə ayağı gipsdə divanda uzanmışdı. Topuğdan sınmışdı ayağı. Ona da artıq qulluq edən lazım idi. Sınıqçı demişdi ehtiyatlı ol pis yerdi. Çalış tərpətmə çox ən azı on gün hərəkət eləmə. On gündən sonra ayağını yerə basıb asta-asta gəzə bilərsən, o da evin içində.

Üç gün idi Nərmin həm xəstəxanaya iki adamlıq, həm də ev üçün yemək hazırlayır atasına qulluq etməyə çalışırdı.

Əntiqə dilinə sudan başqa heç nə vurmurdu. Qızı məcbur edə bilmirdilər. Ehtiyacı olduqda iməkləyib ayaqyoluna gedirdi. On gün deyir dözəcəm.

Televizora xod verdi. Seysmoloji xidmət idarəsinin rəisi danışırdı.

«...Zәlzәlәlәr tәbiәtin әn dağıdıcı vә dәһşәtli һadisәlәrindәndir. Bәzәn böyük saһәlәri

tutaraq, nәticә etibarı ilә vulkanik püskürmәlәrin törәtdiyi fәlakәtlәrdәn dәfәlәrlә tәһlükәli

olur. Dәqiq ciһazlarla aparılan sistematik müşaһidәlәr göstәrir ki, Yer һeç vaxt seysmik

sakitlik şәraitindә qalmır. Hәr il sәkkiz, on min һiss edilәcәk dәrәcәdә zәlzәlә baş verir...» Oturur məqsədsiz-məramsız onu dinləyirdi. Ara bir zəlzələ sözünü eşitsə də, tam olaraq öz aləmində idi. Düşünürdü... Elnən gələn bəla toy bayramdı. Həyatımızda olmasın zəlzələlər.

Ailəmizi pərən-pərən etdi. Aylardı bir stol başına yığışa bilmirdilər. Günləri, saatları paramparça olmuşdu.

Şənliyə xitabən: Həyat məni səndən ayırdı. Səni uzaqlara atıb, məni tənha qoydu. Nə əlim çatır, nə də ünüm yetir. Ürəyi ilə danışırdı.

Bu anda köksünün düz altında bir təkan hiss etdi. Balası elə bil hiss etmişdi anasının qəlbindən keçənləri. Anladığını bildirirdi anasına. Əlini tələsik ürəyinin üstündən bir az aşağı sürüşdürüb balasının çırpıntılarının üzərində saxladı. Canım qızım, səndə mi hiss etdin ananın narahatlığını? İndi daha qızı ilə danışacaqdı. Hisslərini bölüşəcəkdi onunla. Əslində balasının oğlanmı, qızmı olduğunu bilmirdi. Ancaq dilinə, ürəyinə qızım gəlirdi həmişə. İstəmirdi gedib yoxlatsın. Allahdan qorxurdu. Deyirdi Allaha acıq gedər. İllərdi mən övlad həsrətindəydim. İndi mən onu kimliyini öyrənməyə can atmıram. Övladımdı... Mələk sevgidən onlara yadigar qalacaq ilahi varlıq.

Əntiqənin nıqqıltısına fikirdən ayrıldı. Veriliş çoxdan bitmişdi. İndi başqa veriliş gedirdi.

Cəld ayağa qalxıb aynabəndə keçdi. Əntiqəyə yaxınlaşıb başını sığallayaraq soruşdu:

-Necəsən bacı? Nə gətirim sənə?

Əntiqə başını qaldırıb kədərli gözləri ilə bacısına baxaraq cavab verdi:

-Atam səni mənə tapşırmışdı. Amma indi özümə baxan lazımdı.

Üzünü yastığa sıxdı. Çiyinləri titrəyə-titrəyə hıcqırtı ilə ağlamağa başladı.

-Dəli qız, niyə ağlayırsan??? Nə olub??? Ağlama.

Əntiqə ağlayaraq davam etdi:

-Daha nə olsun ki? Nə bilirik qapımızın arxasında daha nələr dayanıb, nələr gözləyir bizi?

 

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam