Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Qanlar qaynasın"Təranə Şəms

 

 

Qanlar qaynasın 

 

Aynalar silindi üzlər göründü,

Bəs, o çirkli əllər kimin cibində?...

Satılmış vicdanla nələr bölündü,

Qanunsuz, qanunlar hansı biçimdə?...

 

Siyasi hökümlü bir insan gərək,

Millətin başını bir yerə yığa.

İlləri itirsək say doxsan gərək,

Birləşək, birləşək gülməsin dığa!...

 

Əl qoyun seçimə vaxtımız dardır,

Tələsək, tələsək zaman gözləmir.

Allahın özü də, bizlərə yardır,

Düşmən iş başında, aman gözləmir.

 

Şüurda inqilab, başda inqilab,

Təffəkkür dəyişsin, zəka söz desin.

Cavanlar ayılın, yaşda inqilab,

O, baş ki, işləyir niyə döz desin!...

 

Millətin mənliyi niyə alçalır?...

Çıxsana ortaya söz deyən ol sən!...

Kasibin balası niyə ac qalır?...

Ayıl ki, az verib çox yeyən ol sən!...

 

Yuxlayıb qalma sən, önə çıxsana!...

Qoyma ki,əzmini düşmənin qapa.

Qıfıllı zənciri özün qırsana,

Bizimsə gələcək, qoy xalqım tapa!...

 

Gücünün qüdrəti birlikdən keçir,

Çiyinlər birləşib, əllər oynasın!...

Məhsulun bolluğu dirlikdən keçir,

Açılsin, buxovlar qanlar qaynasın!...

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam