Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Salxım söyüd” Natavan Niyal

 

Yenixeber.org: Davamı

Üç aydan artıq bir vaxt keçmişdi Şənliyin gedişindən. Bu müddət ərzində Nərmin qaynanası ilə dəfələrlə danışmışdı.

Bəyim arvad nə oyun oynamışdısa, necə düzüb qoşmuşdusa gəlinin inandıra bilmişdi. Oğlumun, gözümün ilk ağrısının arzularını gözündə qoydun. Səni nə görmək, nə də səsini eşitmək istəmir demişdi. Yoxsa telefonunu gedəndə burda qoymazdı. Buralara da gəlmir demişdi. Hərdən qardaşı gedir ona baş çəkir.

Oğlum deyir Nərminlə danışıb nə onun qanını qaraltmaq, nə də özüm əsəbləşmək istəmirəm. Anası ölmüş heç daha Niyala da gəlmir. Bizim günahımız nədir axı. Ağıllı ol qızım. Sənə məsləhətim budur ki, daha mənim oğlumu axtarıb narahat etməyəsən. İmkan ver həyatını öz istədiyi məcrada qursun. Sənin əlindən baş götürüb hərbiyə qaçıb. Bundan artıq cavab istəyirsənmi? Əgər istəsəydi yanında qalardı demişdi.

İdarədə hamı Nərminə gözaydınlığı verirdi. Hamiləliyini hamı bilirdi. İlk hamiləliyi olduğuna görə qarnı nəzərə çarpacaq dərəcədə bilinmirdi.

Ana olacağını sevimli həyat yoldaşı ilə bölüşə bilməməyi bir tərəfə, heç ana olacağını ona deyə bilməmişdi. Hətta bir dəfə əli hər yerdən üzüləndə qərara gəldi ki, qaynanası Bəyim arvada zəng vurub hamilə olduğunu söyləsin və beləliklə də Şənliklə bir əlaqə qurmağın yolunu tapsın. Lakin daha qaynanasına zəng çatmırdı. Deyəsən telefonlarını dəyişmişdilər. Nərmin ona inanırdı. Bilirdi ki, bu qadın hər şeyə qadirdi. Lazım olarsa ailədə hamının nömrəsini dəyişdirə bilərdi. Lakin Nərmin qürurlu qız idi. Axı o sırtıqcasına hərəkət edə bilməzdi.

Valideynlərinin sevincinin həddi-hüdudu yox idi. Nəvələri olacaqdı. Camal kişi uşaq kimi sevinirdi. Neçə dəfə qızına təklif etmişdi ki, gedək Şənliyin işlədiyi hərbi komissarlığa oradan bir xəbər tutaq bəlkə də başında bir iş var demişdi. Nərmin razı olmamışdı. Qaynanasının uydurduğu və Şənliyin adından dediyi sözləri atasına deyib onu incitmək istəmirdi. Küsmüşdü qəlbən. İncimişdi Şənlikdən. Belə namərdlik olardımı? Axı onlar elə ayrılmamışdılar ki, belə sonluqla bitsin. Şənlik gedəndə hər ikisi tezliklə də olmasa, görüşəcəklərinə əmin idilər. Sən demə həyat həmişə biz deyəni demir. Onun öz reallıqları var imiş.

Hamiləliyinin üçüncü ayı tamam olmuşdu. Bacısı Əntiqə təməlli olaraq onun yanına köçmüşdü. Nərminə qulluq edir, əlini ağdan qaraya vurmağa qoymurdu. Nərmin özünü heç də yaxşı hiss etmirdi. Səhər ayılıb yerindən durmaq istəyəndə qarnının aşağı hissəsində küt ağrı hiss etdi. Bir anlığa əlini uzadıb qarnını yüngülcə sığalladı. Ağıllı balam nədən narahatsan dedi. Sonra astaca dikəlib çarpayıda oturdu. Ehmal hərəkət edərək ayağının birini irəli uzadıb çarpayıdan aşağı salladı. Sonra əlini çarpayıya qoyub o biri ayağını da ehtiyatla aşağı saldı. O qədər ehmallı hərəkət edirdi ki, illər sonra tapdığı övladının ana bətnində belə narahat olmasını istəmirdi.

Çarpayıdan düşəndə başı yüngülcə hərləndi. Əl atıb üzbəüz divar boyu qoyulmuş paltar dolabından tutub dayandı. Bir az özünə gəlib güzgünün önünə keçdi. Yumşaq ipək gecəliyin üzərindən əlini qarnının üstü ilə aşağı sürüşdürərək sığalladı. Balam nədən narahatdı görən? deyə özü-özünə düşündü. Canında hiss etdiyi cüzi narahatçılığı da uşaqla əlaqələndirirdi.

Qorxurdu, iki həftədən bir həkiminin yanına gedirdi. Həkim: səhlənkarlıq etmə, tez-tez əlaqə saxla demişdi. Mətbəxə doğru getdi. Əntiqə bacısının hənirtisini eşidib tez ayağa qalxdı. İdman paltarını əynini keçirib dalınca mətbəxə keçdi.

Deyəsən ürəyi bulanırdı. Qrafini əlinə alıb stəkana yarısından su tökdü. Sudan bir qurtum içib stəkanı stola qoydu. Dönəndə, Əntiqəni arxasında gördü.

-Nə tez durubsan?

-Heç, bacı, hənirtini duydum. Necəsən, belə tez durmazdın axı sən?

Saata baxdı. Hələ doğurdan da erkən idi. Saatın əqrəbləri altı iyirmi yeddini göstərirdi.

-Bəlkə biraz uzanasan hələ tezdir məncə.

Əntiqənin üzünə baxıb başını buladı.

-Nə isə narahatam, dedi.

Rəngi avazımışdı. Hamam otağına keçib, üst başını yoxladı. Qanaması var idi. Ürəyi ayağının altına düşdü. Asta-asta gəlib divanda oturdu.

-Bacı, bir yerin ağrıyırmı?

Əntiqənin üzünə baxa-baxa düşünürdü. Desinmi? Bəlkə keçəcək,nədən narahat edim. Bütün ailə üstündə əsirdi. Hamı çoxdan gözlənilən körpəni maraq edirdi.

-Yox sən uzan mən bir az gəzinəcəm, dedi. Özü-özünə psixoloji təsir göstərmək istəyirdi. Amma Əntiqə daha uzanmadı. Keçib aynabənddəki divanda oturub telefonla oynamağa başladı. Lakin fikri bacısında idi. Rəngi heç xoşuna gəlmirdi. Nədənsə birdən narahat olmağa başladı. Ayağa qalxıb mətbəxə keçdi. Çaydanın altını yandırıb gözləməyə başladı.

Camal kişi qızı üçün çox narahat idi. Qızının hamiləliyini biləndən sonra Şənliyin işlədiyi hərbi komissarlığa getmişdi. Əvvəlki müdirdən soruşmuş, işlədiyi yəni getdiyi yeni işin əlaqə telefonunu öyrənmişdi. Nömrəni aldıqdan sonra nəhayət Şənliklə danışmağa nail olmuşdu. Olub bitənlərdən dəqiqliyi ilə bilgisi olmayan Şənlik belə başa düşmüşdü ki, yenə nə isə anası ilə Nərmin arasında söz söhbət yaranıb. Odur ki, çox xətrini istədiyi qaynatası ilə aradan pərdəni götürməmək məqsədi ilə xahiş etmişdi ki, gəlin bu söhbəti uzatmayaq. Mən özüm də hələ ki, biraz uzaq olmaq istəyirəm nə anamla, nə də Nərminlə imkan daxilində görüşmək, ünsiyyətdə olmaq istəmirəm.

-Camal əmi sizdən dönə-dönə üzr istəyirəm. Xahiş edirəm icazə verin mən ailəmin problemini istədiyim kimi çözüm. Yalnız hər an Nərminin yanında olun ki, mənim yoxluğumu beyninə salmasın. Vaxtı çatanda evimə dönəcəm. İkimiz də yorulmuşuq. Valideynlərimi də əzə bilmərəm axı.

-Oğlum axı sənin həyat yoldaşın elə insan deyil axı. O heç vaxt sənin valideynlərini bizdən seçməyib.

- Nə isə. Ümidim sizədir. Nərmini sizə tapşırıram.

-Oğlum məni dinlə, sözüm var sənə.

-Camal əmi məni üzürlü sayın.

Şənlik üz vurmuşdu. Gəlin uzatmayaq demişdi. Danışmağımız haqqında da Nərmin bilməsin. Sizdən çox xahiş edirəm. Mən vaxtı çatanda özüm hər şeyi həll edəcəm. Nərminlə də qəsdən əlaqə saxlamıram. İnşallah özüm hər şeyi həll edəcəm deyib xudafizləşmişdi. Şənlik imkan verməmişdi ona danışmağa. İşim çoxdur demişdi.

Əslində Camal kişi dağdan ağır, həyalı, ciddi bir insan idi. İş yerinə gedib kürəkəni axtarmaq, onunla əlaqə yaratmaq qədər özünə yaraşdırmadığı bir işi etmişdi.

Ona ata olacağını deyəcəkdi. Nərminin hamilə qaldığını ona bildirsin. Lakin heç cürə bunu edə bilmədi. Şənliyin danışıq tərzi, hadisələrə belə kəsə münasibət bildirməsi onu çaşdırmışdı.

Axı Şənlik elə tələskən, tez qərar verən biri deyildi. Görünür daha bezmişdi anası ilə gəlin arasında qalmaqdan. Yaxud da nə bilmək olardı. İnsan çiy süd əmib deyiblər. Bəlkə də artıq Bəyim arvadın illərlə beyninə yeritdiyi fikirlərə təslim olmuşdu. Bəlkə də illərlə dərin bağlarını qırıb atmışdı. Yox əgər elə deyildisə nə üçün bir zəng vurub arvadı ilə maraqlanmır?

Niyə ondan xəbət tutmağa çalışmasın. Bütün bu sorğular beyninə dolub ona rahatlıq vermirdi. Günlərlə düşünür, daşınır lakin bir yana çıxa bilmirdi. Camal kişi sözünün üstündə möhkəm durmuşdu. Nə Nərminə, nə də yoldaşına Şənliklə olan söhbəti açmayacaqdı. Aralarında olan söhbətdən sonra incimişdi ondan.

Əslində Camal zəng etdi onun işlədiyi hərbi hissəyə, Şənliyi tapıb çağırdılar. Şənlik danışdı, Camal dinlədi. Lakin o qaynatasına danışmaq imkanı vermədi. Heç düz əməlli Nərmini də soruşmadı. Camalın fikri Şənliyə ata olacağını bildirib, təbrik etmək idi. Düşünmüşdü. Məndən demək sonrası asan olacaq . O bilsə ki, artıq Nərmin hamilədi və o ata olacaq, bir an dayanmayıb qaça-qaça sevimli həyat yoldaşının yanına gələcəkdi. Fəqət bunların heç biri olmadı. Şənlik qısa kəsdi. Nərminin də, onun da bir müddət aralı yaşamağa, hadisələrə qiymət vermək üçün zamana ehtiyacları olacaqlarını demişdi.

Evə kor-peşiman qayıtmışdı. Gözü Nərminin üzündə qalmışdı. Hər sualından diksinirdi. Ona deyə bilməzdi axı Şənliklə danışdım. Bir müddət səndən aralı qalmağı düşünür. Necə desin? Fikirlərini ailə üzvlərindən heç kimlə bölüşə bilmirdi.

Nərminin anasına söz deyiləsi deyildi. Allah-allah saxlayırdılar onu. Nasaz idi çox. Az-çox Nərminlə bölüşərdi hər dərd sərini. İndi kimsəyə deyə bilmirdi. Sevimli qızı xoşbəxt ola bilmədi həyatda.

Amma Camal kişi müdrik bir insan idi. O pəs edə bilməzdi.

Oğul evladı verməmişdi Allah ona. Üç qız atası idi. Qızları gözünün işığı idi. Onlarsız bir dəqiqə belə təsəvvür etmirdi həyatını. Xüsusən də Nərmin.

Fəqət Nərmin indi onun ən ağrılı yeri olmuşdu. Amma necə deyərlər, bir gözü ağlayır, bir gözü gülürdü. Baba olacaqdı zarafat deyil.

Onsuz da çox gecikmişdi onun bu statusu. Nərmin ailə qurandan bəri bu statusu gözləyirdi. Amma nə az, nə çox düz on il gözləmişdi. Səbirlə, ümidlə gözləmişdi. Heç vaxt qızının evladsız qalacağına inanmırdı. Həmişə nikbin düşünürdü. Onu qucağı qundaqlı görəcəyi günü həsrətlə gözləyirdi.

Şənliklə telefon danışığından sonra ürəyinə soyuq gizilti dolmuşdu. O soyuğu bir vaxtlar qudası Bəyim arvadın bəbəklərində görmüşdü. Üzə vurmasa da o vaxt amma görmüşdü Camal kişi o soyuğu. O soyuq qudasının gözlərindən süzülüb sümüklərini sızıldatmışdı.

Amma əhəmiyyət verməmişdi. O zaman sümüklərini sızıldadan o soyuq indi köksünü yandırmışdı. Şənliyin dilindən süzülüb köksünə dolmuşdu. Sızıldayırdı amma biruzə vermirdi.

Bu son idi. Bu xoşbəxt ailənin son akkordları idi. Lakin müdriklər deyiblər ki, hər son yeni bir başlanğıcdır. Nə gözəl demişlər. Nərmini gördükcə o başlanğıcı görürdü.

Qızının köksünün altında idi o başlanğıc. Hamilə idi qızı. Nəvəsi, ciyərparası gəlirdi dünyaya.

Bir həftə reabilitasiya dövrü keçirdi Camal kişi. Özünü, sözünü toplayıb, qızına həyan olmalı idi. Bu kədərli sonluğu unudub gözəl başlanğıcı gözəl qarşılamalı idilər.

Kişi artıq qərarını vermişdi. Şənliklə söhbətinin üstündən qalın bir xətt çəkmişdi. Ürəyinin başında qubar bağlamışdı ondan eşitdiyi sözlər. Həm də elə danışmışdı, elə yekunlaşdırmışdı ki, kişi dilinin ucundakı sözünü udmuşdu. Şənlik öz aləmindəydi. Fikri zikri anası ilə Nərminin münasibətlərində qalmışdı.

Camal kişi onun sözünü kəsməmişdi, məqam gözlədi ki sözünü, müjdəli xəbəri desin. Lakin alınmamışdı. Camal kişi bunu gizli saxlaya bilməyəcəkdi. Heç buna ixtiyarı da yox idi. Ailəsinin də, elə Nərminin də haqqı idi əslində olanları bilmək. Amma Şənlik xahiş etmişdi.

Qızına insafı gəlmədi. Yoldaşı xəstə də olsa, başqa yolu qalmadı. Şənlik ilə danışdığını bir müddət buralardan uzaq olmaq istədiyini həyat yoldaşına danışdı. Amma dedi nə badə, qızlar bilsin. Qızlar bilsə Nərminə deyəcəklər. Söhbət evin qarşısındakı kiçik güllükdə Səmayə xanım oturub güllərə tamaşa etdiyi vaxt olmuşdu.

Güllük Nərmingilin evi ilə ata evi arasındakı hissədə yerləşirdi. Güllüyün arxa hissəsini sarmaşıq tutmuşdu.

Nərmin həyətə enib, atasıgilə tərəf yönəlmişdi. Anasını görmək, hal-əhval tutmaq istəyirdi. Güllüyün yanına çatanda astadan danışıq səsləri eşitdi. Dayanıb güllükdən gələn söhbəti dinləməyə başladı.

Atasının sözlərini qulağı almışdı. Anladı ki, ayrılığı Şənlik istəyib. Dönüb asta addımlarla cəld oradan uzaqlaşdı. Valideynlərinin söhbəti ona çox mətləbləri aydınlaşdırmışdı.

Daha axtarmayacaqdı. Lakin gözləyəcəkdi Şənliyi...

 

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam