Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Min üzü varsa" -Təranə Şəms

 

Min üzü varsa 

 

Kölgənin işıqda bir izi varsa,

O işıq yol alar sənlə gedənə.

Bir insan oğlunun min üzü varsa,

Ağırlıq edəcək, gödən bədənə.

 

Hər gəda adamdan ər, ərən olmaz,

Baxma sən, çuvaldan  görünən üzə.

Hər bağı sevəndən gül dərən olmaz,

Sıfırlar artdıqca çatmaz ki, yüzə.

 

Yolunun önündə əngəl nə isə,

Əyilmə kimsəyə başını dik tut.

Ürəyin söyləyib qəlbin də bilsə,

Atdığın o daşı, “O” daşını dik tut.

 

Allahı sevməyən nəyi sevər ki?!...

Ədalət önündə başı əyilməz.

Haqlısan,haqsızsan nəyi sezər ki?!...

Yalanla naxoşsa o düz əyilməz!...

 

Sözlərim yük olsa kimə, kimsəyə,

Düşünsün, düşünsün birdə düşünsün.

Kəlmələr azaddır dolmaz kisəyə,

Yatmış olan hər kəsə, birdə düşünsün!...

 

Önümdə dayanıb balaq yelləmə,

Yeri sən, astaca kamur dəyməsin.

Bağbanam söyləyib torpaq belləmə,

Allahı sevəni, bəndə əyməsin.

 

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam