Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

YALANI YERİDƏNLƏR- Məhərrəm Şəmkirli

 

YALANI YERİDƏNLƏR

Yenixeber.org: Adamda hansı sifət olmalıdır ki, yalan danışıb xalqı aldada. Bu gün belələri bir deyil,iki deyil.Bəlkə də minlərlədir. Onlar TV ekranlarında nə qədər ağ yalanlar danışırlarsa, bir lə də ekran qarşısında mənim üzüm qızarır, qulağım uğuldayır. Hirsimdən, hikkəmdən  bilmirəm kimi qınayım, kimi söyüm? Bəzən öz- özümü qınayıram ki, sən niyə bu zəhirmara qalmış TV- lərə baxırsan, sonra da eşitdiyin xəbərlərdən əsəbləşib ürəyini tutursan. Ay balam,baxma,bu zəhirmarlar, baxma! Niyə baxmayım? Axı o qədər xoş xəbərlər eşitmək istəyirəm ki. Məsələn: Eşitmək istəyirəm ki, Ordumuz hücuma keçib erməniləri çıxdıqları yerə kimi qovublar, eşitmək istəyirəm ki, iri- iri məmurlar işə bizim kimi ictimai nəqliyatda gedib- gəlirlər, eşitmək istəyirəm ki, anayasamız hamıya eyni gözlə baxır, eşitmək istəyirəm ki, filan nazirin villalarını, ticarət obyektlərini dövlət müsadirə edib, eşitmək istəyirəm ki, filan məmurun rüşvət alan əli kəsilib, yalan danışan dili dibindən çıxarılıb, eşitmək istəyirəm ki, azərbaycan dili Azərbaycanda hakim dildir, eşitmək istəyirəm ki, tibb müəssisələrində əhaliyə xidmək pulsuzdur, eşitmək istəyirəm ki, bütün nazirlər özlərinə yox xalqa işləyirlər, eşitmək istəyirəm ki, takisilər avtobus dayanacaqlarından, metro girəcəklərindən, piyada səkilərindən tamamilə yığışdırılıb və s. və.i.

  Və birdə bilirsinizmi nəyi eşitmək istəyirəm? Yox, bilmirsiniz. Eləsə deyim: İstəyirəm ki, Azərbaycan Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev danışanda həqiqəti danışsın. Bilsin ki,həqiqətin üz qaraltığını hələ ki, görən olmayıb. Həqiqətdən qorxmasın. Bilmirəm bu adam ekran qarşısına çıxanda gördüklərini danışır, yoxsa rəhbərliyin dediklərini? Axı görmədiyimizi danışmağımız ən ağır  günahdır, Allahın qəzəbinə gələrik. Allahdan qorxmaq lazımdır!

   Axşam xəbərlərində hansı kanalı açırsan Mais Ağayev ordadır, elə üyüdür tökür. Bu yaxınlarda qırmızı- qırmızı deyir ki, 20 Yanvarda daha takisi sürücüləri barmaqları ilə nə sərnişinlərin gözünü çıxarır, nə də uca səsləri ilə insanların qulaqlarının pərdəsini deşirlər. Bəzi xəbərsizlər də ona zuy tutub bir anlıq olan rahatlığı alqışlayırlar, uğur kimi qəbul edirlər. Ay zavallılar, nə vax ədalət görüb onu alqışlayacaqsınız?! Bu yerdə adam az qalır ağzından biədəb sözlər çıxara və elə bu yalan danışanların qabırğasına döşəyə. Amma abrını gözləyir. Mais Ağayeva görə avtobuslar dayanacaqlara çox rahat girib- çıxırlar. A balam,nə olar bir çıxın şəhərə, avtobus dayanacaqlarına baxın və həqiqəti görün. Bu xalq yazıqdır, onu yalana öyrətmən.

   Və mən bir də onu eşitmək istəyirəm ki, ölkənin ən böyük “siyasətşunası” Mübariz müəllim mətbuat konfranslarında pafosla, hay-küylə danışmasın. Ona görə ermənilər çoxdan acından ölüb, yer üzündən siliniblər. Vallah, sizləri bilmirəm, şəxsən mən bu kişini ekranda görəndə az qalıram televizoru götürüb pəncərədən çölə atam. Mübariz   müəllim, insafın olsun, bizi ürək xəstəliyinə salma.

   Məmurların yalanlarından canımızı qurtarmağın yegan yolu kimi ya TV- lərin qapanmasını irəli sürməliyik, ya da Azərbaycan kanallarına baxmaqdan bir dəfəlik imtina etməliyik.

Məhərrəm Şəmkirli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam