Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

DAYAQ

 

          Sənədli povest (ardı) 

 

"Xeberinfo.com":  5-10 baş xəstəlikdən ölmüş çolpadan, gicbəsər baş mühasibin səhvi üzündən törəyən nöqsanı əsas tutub bataqlıqda batıb qalmış fabriki ayağa qaldıran bacarıqlı direktoru və Baş Quşçuluq Sənayesi İdarəsində  öyrədilib üzə dayanan yanları enli bir göygöz matışgənin sözü ilə Moskva Kənd Təsərrüfatı Akademiyasının məzunu, nazir hüququnda işləyən kənc bir kadrın nə ücün həbs ediməsini  nə Ali dairənin ekspertləri, nə də Respulika  Kənd Təsərrüfatı Nazirliyi satılan hər baş broylerin çəkisinin artmasını nəzərə çatdırsa da, həbs edən hüquq mühafizə orqanları qarşısında çatışmazlıqların və nöqsanların şişirdiməsində elmi əsaslarla arqumentlər gətirə bilməmiş, kifayət qədər sübutlar, tələblər qoymamış, soruşmamış və onları müdafiə etməmişdi. Bir kəlmə hamı həqiqəti unudub, şəxsi maraqlarının hayında olmuşdular.

Müdafiə etməyənlər ona görə soruşulmadılar ki, həbsi təşkil edəndən hər ay uçot və hesabatda görünməyən əmək haqqlarını-dolyalarını alırdılar. Həbs edənlər də əvvəlcədən istədikləri məbləği həbsi təşkil edəndən almışdılar. Bəs həbsi təşkil edənin məqsədi nə idi?Əgər T.Rəfibəyov qalıb işləyəsi olsaydı dövlət planlarının yerinə yetirilməsində, istehsalda məhsuldarlığın və əmək məhsuldarlığının artırılmasında birinci yerə çıxaraq respublikada bir ulduz kimi parlayacaq, dargözün yuxarıdakı mənsəbpərəstlərlə əlaqəli işləyib dövlət əmlakını taladiğını sübuta yetirəcəkdi. Bu isə nə mənsəbpərəstlərə, nə də gözügötürməzə sərf etmirdi.

Respulikanın Kənd Təsərrüfatı Hazirliyinin tabeliyində olan bir sahədə şişirdilmiş bu üzdən iraq cinayət işinin səsi-sorağı mənə Bakıdan beş yüz kilometr məsafədən gəlib catırdı. Mən bu haylı-küylü biabırcılğa və quşçuluğa yersiz yamanan ləkəyə dözməyib Abşeron rayonunun tabeliyindəki istehsal sahəsindən 1976-cı ilin mart ayında uzaqlaşası oldum. Bu o vaxt idi ki, partbilet almışdım və anlamırdım ki, Rayon Partiya Komitəsinin razılığı olmadan işdən yayınmaq, rayonu tərg etmək olmaz.

T.Rəfibəyovdan sonra İQS-də direktor vəsifəsinə təyin olunmuş Aqil Babayev mənə telefonla zəng edib dedi ki, Birinci katibdən xəbərsiz sənin vəzifəndən getməyinə görə məni katib bir təhər edib, xahiş edirəm onun qəbulunda ol. Saat bir tamamda Birici katibin katibəsinin yanına gəlib ad, familyamı bildirdim. Katibə xəbəri Birinci katibə çatdırıb “gözləyin”,-dedi. Elə bundan sonra   Birinci katib otağından çıxıb məni görüncə hirslə ” Gəlib çıxmısan? Gözlə  gəlirəm”,- deyib getdi. Nahardan sonra məni qəbul etdi. (Onun kim olduğunu Anam mənə çatdırmışdı. O, həyatında çox çətinliklərlə qarşılaşmış, köməksiz qalmış, əzab -əziyyətlərlə böyümüşdü) Katib Ali partiya məktəbinin məzunu, iqtisad elmləri namizədi Gəncəli Tamara Əhməd qızı Hümbətova idi. Olduqca hirslə danışırdı, mənsə sakitcə qulaq asırdım. Məni hədələyirdi. ”Bilirsən sənin başına nə oyun açaram, partbileti alıb hara qaçmısan...? və s.” Onun qara qorxularını dinləyəndən sonra dedim: “Mənə danışmağa icazə verərsinizmi?” Dedi ki, de görüm.  “Mən filankəsəm”,- deyə cavab verdim. Elə bil ki, dərin bir gölə daş tullamışdım. Danşığımızda asca sükut yaranmışdı. Hər ikimiz Ana tərəfdən  qardaş nəvələriydik. Filankəsliyimlə ondan heç nə ummurdum. Sadəcə olaraq quşculuqdakı biabırcılıqdan mən iyrənmişdim. İstintaq orqanlarına cavab vermək məni bezdirmişdi. Kənd təsərrüfatı sahəsindən uzaqlaşmağa qərar vermişdim. Sükutdan sonra dayım Fərhadı, xalam Bəzəyi, Anamı xəbər aldı. Onun danışığında bir titrəyiş varıydı, sanki dayım danışırdı. Gördüm ki, onda bir sevinc hissi də var, gülümsəyirdi. Bundan sonra: “STATKOM-un bölgədəki şöbəsinin rəis, Mərdakandakı kiçik quşçuluq sovxozunda direktor vəzifələri boşdur, göndərim get işlə”, deyə mənə böyük ümid verdi. Mənim isə rəis, direktor vəzifələrində işləyib rəqəmləri təhrif etməkdən, ona-buna rüşvət daşımaqdan tam zəhləm getdiyindən verdiyi vəzifələrdən imtina etdim.  Hiss etdim ki, imtinam ona xoş gəlməyib. Dedi ki, özün bilərsən. “Sağ olun”,- deyib getdim. Müvəqqəti olsa da artıq möhkəm dayaq varıydı. İctimai quruluşun əsasını mənsəbpərəstlik təşkil etdiyindən və xarakterimin buna zidd olduğu səbəbindən dayağa söykənmək və vəzifədə işləməkdən imtina etmişdim. Ancaq düzünü deyim ki, uyğun və başağrısız bir iş təklif etsəydi təklifini həvəslə qəbul edərdim. Sonralar mən Qobu DRQT-də işləyən dönəmdə T.Ə.Hümbətova hökumət tərəfindən Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ada layiq görülmüşdü.

Rus şovinizmi Ata-Ana tərəfimizdən olanların başına o müsibət qalmamışdı ki, gətirməsin. Kimisini Sibirə, kimisini Qazaxıstana sürgün etmiş, kimisi rayondan didərgin olub Gəncədə gizlənmiş, kimisini Vətən müharibəsində şikəst etmiş, salamat qayıdanını isə vəzifəsində dəli dərəcəsinə catdırmışdı. Tamara Əhməd qızının Ana təfəfindən babasının başına didərginlik müsibəti  gətirilmişdi. Tamara Hümbətova vəsifəsindən azad olub təqaüdə çıxandan sonra onun haqqında təqrinbən bir saatlıq telefilm çəkilmişdi. Jurnalistin sualının birisinə əlləri ilə gözlərini örtüb, başını aşağı salıb ağlamaqla cavab verdi. Hansı səbəbə görə ağlayırdı???...  Bu səbəbin günahkarı rus şovinizminin əməlləri ilə bağlı idi. İnsan o vaxt ağlayır ki, artıq çıxış yolu yoxdur və bütün qapılar üzünə qapanıb. Çox təəssüf ki, film iki dəfə televiziyada verilsə də ona tam baxa bilməmişdim. Onun haqqında əlavə bildiyim o idi ki, həyat yoldaşı STATKOMDA işləyir, Bakı Soveti metrosunun yaxınlığında yaşayırdılar. 

 On ay Bakı azbestsementkirəmid məmulatı kombinatında baş mühasibin müavini vəzifəsində işləyəndən sonra köcürmə yolu ilə respublikada ilk yeni istifadəyə verilmiş Qobu damazlıq reproduktor quşçuluq təsərrufatında (DRQT) 1977-ci iln yanvar ayında baş mühasib vəzifəsinə təyin edildim. Direktor gənc, uzun müddət respublikada ən iri quşculuq fabrikində  baş mühəndis vəzifəsində işləmiş, olduqca səviyyəli Sərdar Səmədov adında təcrübəli şəxs idi. Dörd il Sərdar Səmədovla  işlədikdən sonra onda qəribə bir xəstəlik üzə çıxmışdı.  Onun əllərindən, gövdəsindən noxud irilikdə bərk tumurcuqlar şişib qalxırdı. Dəqiq deyə bilmərəm bu xəstəlikdənmi, yosa nədənsə o, işləmək həvəsində olmadı. Ərizə ilə vəzifəsindən azad oldu.

Müharibə iştirakçısı Ali Partia Məktəbinin məzunu, Azərbaycan KP MK -nın şöbə müdiri, Bakı süd, ət kabinatlarını yenidən qurub tam gücü işə salaraq orada direktor vəzifələrində işləmiş, hüquq mühafizə orqanlarının kombinatlarının ətrafında lövbər atmış agenturalarını qovub çıxardan, Iqtisad elmləri namizədi Mehdi Məmməd oğlu Məmmədov tespublika hökumətinin qərarı ilə 27 may 1981-ci il tarixdə yeni yaradılan Azərbaycan SSR Nazirlər Kabuneti yanında müstəqil Baş quşçuluq sənayesi idarəsinə rəis vəzifəsinə təyin edilmişdi.

Respublikanın quşculuq sənayesində 1980-ci ilə nisbətən ümumi məhsul istehsalı 26 milyon rubldan 1981-ci ildə 34 milyon rubl həcmində-31 % artması, həmin illərdə müvafiq olaraq 485 min rubl zərərdən çıxaraq 2 milyon 970 min rubl məbləğdə mənfəətlə başa vurmasının səbəbləri görəsən nə imiş?

Elə həmin ildəcə fabriklərdə heç bir yeni qurğu-avadanlıq quraşdırmadan  istehsalın sürətlə inkişafının səbəbləri onun rəis təyin ediməsilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən  çıxarılıb müstəqil idarə etmə hüququ əldə edlməsi, Baş idarənin işlərinə hüquq-mühafizə orqanlarının müdaxiləsinə və Rayon Partiya Komitələrinin rəhbərlik etmələrinə-üç qat pilləli rəhbərliyə son qoyulması, əsaslı kadr islahatlarının keçirilməsi  və təsərrüfatlarda kök salan ikili mühasibat uçotunun  yığışdırılması olmuşdu. İttifaq dövründə iqtisadi inkişafa mane olan qaydaları aradan götürməyi bacaran M.M.Məmmədov kimi istedadlı kadr yuxarı dairələrdə əyləşən mənsəbpərəstlərin gözünə durmuşdu. Hüquq-mühafizə orqanları isə kimin əlində 4-5 kq qarışıq yem, 5 ədəd yumurta və s. tuturdusa onları həbs edir, bu kimi sosialist əmlakını dağıdanlara qarşı möhtəşəm “mübarizə” aparırdılar. Ali dairədən möhkəm sifariş olmurdusa direktorlara toxunulmur, uçot- hesabatda əks olunmayan  levıy əmək haqlarını-dolyalarını alıb sakitcə yerlərində özlərini bəsləyirdilər.

M.M.Məmmədovun əməyinin bəhrəsiydi ki, SSRİ və Macarıstan hökumətləri ilə sıx əlaqə saxlanılıb SSRİ-nin sayılıb seçilən, Qafqazda və Yaxın Şərqdə analoqu olmayan, 111 milyon dollar dəyərində olan əsas fondlara malik, 1.5 min nəfər işçisi və tam həcmdə istehsal obyektləri ilə yanaşı ictimai-sosial obyektləri özündə birləşdirən SİYƏZƏN BROYLER FABRİKİ inşa edilib xalqımızın istifadəsinə verilmişdi. 27.05.1981-il tarixdən 05.01-1989-cu il tarixə kimi 7 il 7 ay 9 gün rəis vəzifəsində işlədiyi “AZƏRQUŞSƏNAYE”  İstehsalat Birliyində 1 və2 saylı Yeni Bakı broyler fabrikləri (65 milyon dollar), Dəvəçi broyler fabriki (18 milyon dollar) və bir sıra xüsusi təyinatlı damazlıq təsərrüfatları da (29 milyon dollar) qoyulan vaxtda   tikilib  istimara  buraxılmışdı.

Onun xidmətlərini saymaqla qurtarmaq olarmı? Bakı, Cəlilabad, Qaraqaşlı broyler fabriklərini, və Bakı, Gəncə, Biləsuvar, Naxçıvan, Pirsaat, Ağsu quşculuq fabriklərini yeni texnika ilə təmin edərək tam gücüylə işə salmış, iri həcmli yeni quşçuluq fabriklərinin inşa olunması üçün layihə smeta sənədlərini hökumətin təsdiqindən keçirmişdi.

Faktlar onu göstərir ki, M.M.Məmmədov xalqa lazımınca xidmət etmişdi. Çox təəssüf ki, fil həkimlərindən təşkil olunmuş o vaxtki ali dairə sahibləri 1985-ci ildən onun xidmətlərini görə bilməmiş və yaxud görmək istəməmişdi.  Baş quşculuq sənayesi üzrə məhsul istehsalı artdıqca Moskva hökuməti onun əməyini plyusla, Bakı hökuməti minusla qiymətləndirirdi.

Onun fəaliyyətinin minusla qiymətləndirilməsinin səbəbi nə idi? M.M.Məmmədov quşculuğun müstəqilliyini təşkil edəndə rüşvətxorluğa şərait yaradan amillərin demək olar ki, bel sütununa var gücü ilə balta çalmışdı- pilləli  rəhbərlik ləğv edilmiş və onun razılığı olmadan hüquq mühafizə orqanlarının əsassız yoxlamalarının qarşısı alınmışdı.        

Yeri gəlmişkən quşçuluğun bir ulduzu haqqında. Tarixlər  yaddaşımda dəqiq olmasa da olan hadisələri yaxşı xatırlayıram. 30.08.2013-cü il tarixli müxalifət qəzetindəki çıxışımdan bir paca belə olub : “Abbas Abbasova qarşı mənim bir mənfi münasibətim yoxdur. Onun istehsal fəaliyyəti bu gün də gözlərimin qarşısındadır. Bakı quşculuq fabriki, Mərdəkan bildirçin sovxozu, Mərdakandakı Bakı broyler  quşçuluq fabriki. Nəhayət şefi  tərəfindən respublikadan məcburi qaçqın düşərək Özbəkistanda vəzifə sahibi olması... O. Bakıya gələndən sonra... Xırdalandakı Bakı quşçuluq fabrikində baş direktor vəzifəsində əyləşdi...Sonra Abşeron RPK-nin birinci katibi vəzifəsinə irəli çəkildi. Ən yüksək vəzifəsi isə NK sədrinin müavini vəzifəsi olub. Şöhrət Ordeni kimi yüksək ada layiq görülüb. Onu odda yanmaz, suda batmaz hesab edirdilər. Hal-hazırda isə “AzerRos”un rəhbəridir. A.Abbasovun xarakterində insanlara qarşı mənfi münasibət yoxdur. O, siyasət adamı kimi yox, yaxşı iş-istesalat adamıdır.  İş adamı kimi ən yüksək  keyfiyyətini Bakı broyler quşculuq fabrikində göstərib”.

Təqribən 79-81-ci illər idi. Abbas Abbasov Bakı broyler fabrikində direktor vəzifəsində işləyəkən yüksək istehsalat-məhsuldarlıq göstəricilərinə nail olub, Abşeron rayonunda tanınmağa başlamışdı. Onu fabrikdə vəzifəyə təyin etdirənin-şefinin sözünü eşitmirdi. Daha doğrusu işləməyi bacaran A.Abbasov pilləli idarə etmə üsulunu sevmirdi. Fabrikdə körpə broyler quşları arasında birdən birə kütləvi ölüm halları başlanmışdı. Ancaq təcrübəli həkim də ölümün nədən baş verdiyini aydınlaşdıra bilmirdi. Axı bu kütləvi ölüm xəstəliyə də bənzəmirdi... Nəhayət əlacı A.Abbasovu həbs olunacağı ilə hədələyib gecənin birisində respublikadan uzaqlaşdırmaqda gördülər. O, Özbəkistan respublikasındakı Quşçuluq birliyində rəis müavini vəsifəsində işləyəsi oldu.              

Sərdar Səmədovdan sonra onun yerinə Abşeron rayonundakı donuzçuluq sovxozundan  yekəpərin birisini gətirib direktor təyin etdilər. İdarə binasının qarşısındakı yeməkxananın binasının üstünə qoyulub radio xəttinə qoşulmuş radionun səsini yeni direktor istədiyi vaxt kəsir, otağındakı maqnitafonu ona qoşur, konsertlə hamını şad edir, bəzən də öz səsini mikrafon vasitəsilə radioyaya qoşub yeməkxanaya verdiyi sifarişi tələb edirdi. Keyfi duranda da da “qoz dəstəsi” adlandırdığı araq butulkasının axırına cıxıb özünü  İspaniyanın döyüşkən öküzü kimi aparırdı. Fabrikin işciləri görmədikləri, təsəvvür edə bilmədikləri insana bənzər, ağ, gmüş və qızılı rəngdə dişləri olan  bir varlıq müşahidə edirdilər. Nəhayət onun adını kəşf etdilər-xalis İrəvan(eşşəyi) heyvərəsi. Sənədləşmədə səhər-səhər ayıq vaxtı bir göstəriş, günorta nahardan sonra başqa göstəriş verir, axşam isə verdikləri göstərişləri inkar edirdi.

Quş və donuz hər ikisi heyvan olsa da onların istesalatını təşkil etməyin spesifik xüsusiyyətləri var. Əhalini ət məhsulu ilə təmin etməkdə başlıca rolu oynayıb ən tez yetişən quş və donuzdur. Başını qarnı idarə edən, bütün günü çoşqa ətini tərifləməklə, arağı ”qoz dəstəsi” adlandırmaqla, kefinə yaramayan işçini basıb döyməklə damazlıq təyinatlı quşçuluq təsərrüfatını idarə etmək mümkün idimi? İki yüz qramlıq araq stəkanındakı arağı  başına elə cəkirdi ki, az qalırdı stəkan da qarnına getsin. Boy uca, qarın yekə, araq dolu butulkalar şkafında, çoşqa və broyler çolpalarından kabab bol-bol, ağıl da topuğunda. Göz dəyməsin belə partiya kadrına.

Belə heyvərələri direktor təyin edən Rayon Partiya Komitələrini və Baş idarələrinin rəbərlərini mən günahkar hesab etmirdim. Qanunlar ayaqlar altında qalıb tapdalandığından, mənsəbpərəstlik Qaunları seyflərdə həbs etdiyindən Ali dirədələrdə əyləşənlər öz qohumlarını -bu kimi hevərələri  yağlı vəzifələrdə əyləşmlərini yerlərdə idarəedici səlahiyyətli şəxslərə məcburi olaraq sırıyırdılar.

Əvvəlki direktor Sərdar bir sıra işçilərin xahişiylə xidməti avtobusun marşrutunu Əzizbəyov metrosuna kimi uzatdığı halda bu heyvərə həmin marşrutu ləğv etdiyindən mən səhər saat 7-də evdən cıxıb üç marşrutla işə ancaq saat 9.30-da çata bilirdim. Bir gün səhər tezdən mən işə gələnə kimi növbəti sutkalıq cücələrin əhaliyə satışı həyata keçirilmiş, satış fakturası isə rayonun dövlət mülıkiyyətinin mühafizə dəstəsinin rəisi olan mayorun əlinə keçmişdi. Bəli mayor direktoru güdürmüş. Mayoru isə direktor kabinetinə buraxmırdı ki, işi var mayor hələlik gözləsin. Boğaza yığılan mayor zorakılıqla direktorun otağına daxil oldu. Cücələr şatılmışdı. fakturada iki nəfərin- direktorun, fakturanı yazan sıravi mühasibin imzası varıydı. Əgər satış fakturası bu formada SƏDM-in əlinə keçərsə malı buraxanı, satanı və direktoru məsuliyyətə cəlb edəcəkdilər. Satışda günahım olmasa da məni də sorğu suala çəkəcəkdilər. Mayorla direktor öcəşən vaxtı imkan tapıb direktora göz vurdum. Nəhayət anlamaz direktor başa düşdü ki, iş cəncəllidir, mayor əl çəkməyəcək. Danışığının tərzini yumşaldıb mayorla mehribanlaşmağa başladı. Bundan istifadə edib fakturanı mayorun əlindən alıb bayıra cıxdım və fakturanı cücəni verənə və satana imzaladıb, pul vəsaitini xəzinəyə mədaxil etdirdim. Mayor direktorla dartışıb qurtardıqdan sonra gəlib məndən fakturanı tələb etsə də imzaların yerində olduğunu görüb fakturanı özümə qaytardı... Bundan sonra direktorla yanaşı alış-satışda məsul şəxsləri bir qədər ”təriflədim”.

Əlaqələrimiz direktorla pis olsa da bu hadisədən sonra bir dəfə ovucunda bir xışma pul mənim otağıma girdi. Mən pulu almayıb “Mənə heç nə lazım deyil, aparın özünüz xərcləyin”,- deyib puldan imtina etdim. Hətta mühasibə aid olmayan elementar əməliyyatları mənə irad tutur, bəzi hallarda küçə söyüşləri ilə məni təhqir edirdi...

Saat bir tamamda nahar edirdim. Telefonda hirslə məni otağına çağırdı. Cavab verdim ki, naharımı edib gəlirəm. Qışqırdı: “Haharın zəhirmara dönsün , sənə demirəm bura gəl”. Əlacım kəsilib qapını açıb koridora çıxanda onunla üzbəüz gəldim. Məndən bir qarış hündür, çəkisi bir yüz kiloqramdan çox olan bu pəzəvəng yaramaz qulağımın dibinə möhkəm bir zərbə vurdu. Mən əsib özümü tarazlayandan sonra altdan yuxarı bunun sinəsinə bir zərbəylə cavab verdim. Bu heyvərə arxada olan iqtisad şöbəsinin qapısına dəyib, sonra sürətlə  öz kabinetinə qaçdı. Səsə, tappıltıya otaqlardan işçilər koridora çıxdılar. Bu heyvərə axşama yaxın Baş idarənin  rəisi, dünya görmüş Mehdi Məmməd o. Məmmədovun qəbuluna düşüb deyir: “Baş mühasib məni döydü, mənə işləməyə imkan vermir”. Mehdi Məmmədov da bunu özü Bakı ət kombinatında işləyərkən tanıyırmış. Rəis heyvərəyə cavabında ”Mühasib sənin ortandan durur, o, səni necə döyə bilər, get adamlarla rəftarını qaydaya sal”,- deyib onu başından eləyərək yola salır.

Ət satışı üzrə yazılan fakturaların heç birisi təyinatına gedib çatmirdi. Bu yaramaz ət satışında elə bir həngamə törətmişdi ki, işlədiyi müddətdə respublikada cəmi fondsuz satılan  ətin hamısı  onun payına düşmüşdü. Təsərrüfatda döyə bilmədiyi  maddi məsul şəxslər yalnız prokurorların qohumları idi. Bu insana oxşar vicdansız mənliyini o qədər itirmişdi ki, təsərrüfatın yollarında yem daşıyan nəqliyyat vasitələrindən tökülüb tarpağa qarışmış “qarışıq yemi” (5-10 kq) torbasına doldurub aparan ailə başçısı, ali təhsilli baytar həkimini də hüquq mühafizə orqanlarının sərəncamına verib həbs etdirmişdi. 

Qulağımın dibinə dəyən zərbə, küçə söyüşləri məni hədsiz incitmişdi. Ona satira yazmaqla  mənə edilən fiziki və mənəvi zülmləri unutmağa çalışırdım. ”Sana düşübdür” qoşmasından iki dördlük:

Həmədan bazarı köcübdür bura,

Dişləri al-əlvan köşək satıram.

Gəzirəm müştəri küllü cahanda,

Hər başı manatdan ucuz satıram.

 

Qanacaq, mərifət paylanan andan,

 Anadan gec gəlib dala düşübdür,

Gədalar fermada sayılan başdan,

Cərgəyə qoşulub sana düşübdür.

                                iyun 1982-ci il.

Çıxılmaz vəziyyətdən çıxmağın yeganə yolunu işimi tərg etməkdə görürdüm. Mühasibatlığn mənə aid olan otağının qapısını bağlayıb yaşadığım qəsəbəyə qayıtdım. Əlacsız qalan bu heyvərə məni 1982-ci ilin iyun ayında vəzifəmdən azad etmişdi.

Haqsızlığı görən M.M. Məmmədov az sonra 1982-ci ilin iyul ayında məni  Baş idarənin mühasibat uçotu şöbəsində baş mühasibin müvini vəzifəsinə təyin edib, elə həmin ilin oktyabr ayında Baş idarənin ən iri fabriki olan Bakı quşçuluq fabrikinə müvəqqəti olaraq baş mühasib vəsifəsinə əmri imzaladı. Mən keçmiş baş mühasibin stulunda əyləşməyib ətrafıma baxdım. Fabrikin maliyyəsini idarə edənlər- baş mühasib, onun müavini, xəzinadar rus millətindən, əmək haqqı şöbəsinin rəisi yəhudi, baş iqtisadçısı erməni qadınları idi. Üzlərinə tüpürməyə  dəyməz belələri ilə rəhbərlik şəxsi maraqlarına cavab verə bilən faydalı işi görmək, istənilən fırıldağı həyata keçirmək əlbəttə asan idi. Fabrikə işə gələndə birinci olaraq ucotun qruluşunda dəyişiklik apararaq dövlət tərəfindən inifikləşdirilmiş formaları tətbiq etdim. Bilirdim ki. bura ilanlar yuvasıdır. Aşkar, gizlin söyülürdüm. Bu az imiş kimi tanıdığım SƏDM-in rəisi-mayor mənə fabrikin fəaliyyətini təhlil edən çox saylı suallar siyahısına rəsmi cavab yazmağımı tələb etdi. İşimi buraxıb sualların cavabını hazırlamağa girişdim. Nəhayət DİŞ-in UBXSS nümayəndəsi fırlanıb mühasibatlığa girərək satış qaimələrinin qeydiyyat kitabını yoxladıqdan sonra  bir qüsur tapa bilməyib çıxıb getdi. Aylıq dolyalarını ala bilməyən səlahiyyətli şəxslər fabrikə yem və fabrikdən ticarət obyetlərinə məhsul daşıyan avtomaşınları izləmələri mənə aydın oldu. Anladım ki, burada işləmək mümkün olmayacaq. İllik hasabat vaxtı debitorların saxtalaşdırıldığını görə bildim. İri məbləğdə debitor borcuna bank vasitəsilə ünvanladığım ödəniş tələbnaməsi sonradan təşkilat tərəfindən inkar edilirdi.  Bu məni mökəm çətinliyə salsa da Baş idarənin Mühasibat uçotu və hesabatı şöbəsinin rəisi K.Kərimova dedim ki, xırda qüsurlara baxmayaraq illik hesabatı mən tərtib etdiyim kimi qəbul etsəniz həsabatı təhvil verə bilərəm.

 Axı heç kəs istəmirdi ki, səhvlər üzə çıxsın. Nə burdakı maddi-məsul şəxslər, nə də M.M.Məmmədov səhvlərin aşkara çıması ilə, həmin səhvlərin üzə çıxarsa məsul şəxslərin məsuliyyətə cəlb olunmasıyla maraqlı deyildilər və bu səhvlərlə mən də maraqlı deyildim. Qısası heç kim keçmişləri eşələyib köhnə palan içi tömək istəmirdi. Bununla yanaşı mənə aydın idi ki, bu harınlamışlar yuvasında işləmək asan məsələ deyil.  Bunlar məni bir fırıldaq qurub həbs etdirə bilərdilər. Məhsul satışında tətbiq etdiyim unifikləşdirilmiş forma çoxlarını levıy pullardan məhrum etmişdi. Çox sonralar fabrikdə təftiş zamanı küllü məbləğdə nəqd pul vəsatinin mənimsənilməsi  üzə çıxmışdı və xəzinadar da həbs edilmişdi.

Fabrikin 1983-cü ilin birinci rübünü də 300 min rubl mənfəətlə başa vurmasını kollegiya toplantısında M.M.Məmmədova məlumat verib, onun əmri ilə 1983-cü ilin iyun ayının əvvəlində Mərdəkanda yerləşən Bakı broyler fabrikinə baş mühasib vəzifəsinə təyinat aldım. Bu fabrikdə işə girməyimin balıca səbəbi yaşayış yerimə yaxın və istesalat sahəsinin bir tipli olması idi. Burada yumurtar toyuqların və yumurta məhsulu istehsal olunmaması səbəblərindən uçotu qurmaq və məsul şəxsləri izləmək asan idi.

Bir qədər Mehdi Məmməd oğlu Məmmədov haqqında. O, 1928-ci ildə Ucar bölgəsində dünyaya göz açıb. Altı yaşından körpələr evinə düşüb. 1942-ci ildə, on beş yaşında ikən könüllü olaraq cəbhəyə gedib. Berlinə qədər döyüş yolu keçib. Ucar pambıqtəmizləmə zavodunda fəhləlikdən direktor müavini vəzifəsinə qədər yuksəlib. İyirmi beş yaşında ikən Ləki pambıqtəmizləmə zavoduna direktor təyin edilib. 1963-cü ildə Azərbaycan KP MK-nın şöbə müdiri təyin olunub. 1971-1981-ci illərdə Bakı süd və ət kombinatlarının direktoru vəzifəsində işləyib. 27 may 1981-ci ll tarixdə o vaxtkı Azərbaycan NK yanında yeni yaradılmış ilk müstəqil Baş Quşçuluq Sənayesi İdarəsinə rəis təyin edilib. 05 yanvar 1989-cu il tarixdə təqaüdə göndərilib. Bu abzas 29.12.1993-cü il tarixli “AZƏRBAYCAN” qəzetində, mənim “GƏLSİN” və “AZƏRBAYCANDAN  MÜASİR  DÜNYAYA  BAXIŞ” kitablarımda dərc olunub. Bu abzası təkrar-təkrar qeyd etməkdə məqsədim odur ki, M.M.Məmmədov müharibənin od-alovunda sınaqdan çıxmış, istesalatda kifayət qədər təcrübə qazanaraq idarə etməni mükəmməl bilirdi. Lakin quşçuluqda kök salmış bir qrup quduzlaşmış yırtıcı isə heç bir şeylə hesablaşmadan R.Allaverdiyevlə T.Rəfibəyovun başına gətirdikləri müsibəti M.M.Məmmədov kimi dayağın- dəmir-betondan hazırlanmış insanın başına gətirməyə çalışırdılar. Onlar keçmişdə olduğu kimi yenidən Bakı broyler fabrikində  adamları həbs etdirməyə calışsalar da məqsədlərinə çata bilmədilər.

 

Ardı var... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam