Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabir Rüstəmxanlı haqqında yeni kitab

 

Xalq şairi, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı haqqında yeni kitab işıq üz görüb. 


"Xeberinfo.com":  Məlumata görə, “Sabirim – müasirim” adlı kitabda S.Rüstəmxanlının müxtəlif vaxtlarda şair-tərcüməçi Akif Əhmədgilə verdiyi müsahibələr, publisistik yazılar oxucunu o düşüncələrlə baş-başa qoyur. Kitabda verilmiş “Meydan...On il əvvəl və sonra”, “Millət vəkili Sabir Rüstəmxanlı şair Sabir Rüstəmxanlının hüzurunda” adlı müsahibələr təkcə illər öncə dövri mətbuatda dərc edilmiş yazılar deyil, həm də yaxın keçmişimizdə baş vermiş qanlı-qadalı günlərə bir ziyalının, yazıçının münasibəti, şahidliyi və gələcəyə baxışıdır. Müsahibələrində Sabir Rüstəmxanlı Sovet qoşunlarının törətdiyi 20 Yanvar hadisələri, Dağlıq Qarabağ probleminin baş qaldırması, müstəqil dövlətimizin gələcəyi ilə bağlı düşüncələrini bölüşməklə yanaşı, ədəbiyyata gəlişi, ilk şeiri və kitabı, eləcə də ədəbi mühitlə bağlı fikirlərini də ifadə edib.

Kitabda həmçinin Sabir Rüstəmxanlının bir sıra şeirləri də yer alıb. 1990-cı ildə Sabir Rüstəmxanlının baş redaktoru olduğu “Azərbaycan” qəzetində dərc olunmuş “Xankəndidə üç saat və yaxud iki od arasında” adlı məqalə də diqqət çəkir. Yazının müəllifi Akif Əhmədgil “Drujba narodov” jurnalının redaksiya heyətinin üzvü Yuri Kaleşşukun Xankəndiyə gedib Qarabağdan reportaj hazırlamaq istəyindən və bu istəyin yarımçıq qalmasından söhbət açır. Əcnəbi yazıçını müşayiət edən yazı müəllifi bölgədəki ağır vəziyyəti maraqlı bədii dillə təsvir edir.

Kitabın tərtibçisi Tamerlan Əhmədlidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam