Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qan qusacaqsan

 

Eşidin məmurlar!...

Sərfəniz sakit, qarnınız toxdur.

Gözləriniz örtülüb,

Millətdən xəbəriniz yoxdur.

Birinin əyin-başI yox,

Çulu cırıqdır,

Başı açıqdır, ayağı yalın,

Beynini dərdlər çürüdür,

Möhtacıdır, bulamac, yalın

Bilirsənmi, nə ola bilər!?...

Bu millət dişini sıxar dişinə,

Sarılar əzabına, qəzəbinə,

Bax, bu zaman sənin işin fırıqdır.

Zəhərin olmuş o haram pullar,

Bilirsənmi kimindir?

Mənim, onun, bunun, bizlərin,

Sən hardan biləsən axı...

Nə halındır, nə dəmin.

Aç kor olmuş gözlərini,

Anla, dərk edə bil sən!...

Əlləriniz ətəkdən uzun,

Əgər haqq budursa,

Batan gəminizdir.

Qarnın tox fıs-fıs edəndə,

Siz hardan biləsiz ki,

Bu millət acdır.

Siz ona, buna kıs-kıs edəndə,

Əlacsız qalaraq, bir loxma üçün,

Qohumun, dostun, qardaşın,

Öz xalqın it kimi  çökür önündə.

Dağın da, daşın da, dili olsa dillənər,

Necə yəni...?

İnsanam deyən,

Bu qədərmi kirlənər?...

Arvadınız geyinir qızıldan donu,

Xəbərləri yoxdur axı,

Gecələr ac yatır, bəlkə də onu.

Məndə uyarım sizi,

Bu quldurluğun yetişib sonu.

Dilənir qocası, cavanı, keçid başında

Körpə ağlayır,

Ac analar laylay çalır beşik başında.

Ananın gözü yaş, qarnısa acdır,

Tükənib südü,

Özü ac ana, 

Körpəni necə bəsləsin?...

Ay insafsız, zalım rüşvətxor,

Yoxmu sənin Allahın,

Yoxmu vicdanın?...

Ana:- sizləri insafa necə səsləsin?...

Yediyin hər loxma haramdır, haram,

Yazıram sözümü,

Sızlayan ürəyim,

Yaramdır, yaram...

Gün gələr boğulacaqsan,

Qızıl teşt içinə qan qusacaqsan,

Nəfəsin tükənib qusduğun kimi,

Millətin canından, CAN çıxacaqsan!!!...    

Təranə Şəms.29.112018


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam