Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BİLƏNDƏRİN VARİSLƏRİ(Sənədli hekayə)

  Yenixeber.org: Əxlaqın məskəni soyun təkindədir

(Atalar sözü)

Hqqoğlu ata anasıyla bərabər tək bacısını da itirmişdi. Mövcud Sovet hakimiyyəti ona təhsillə yanaşı ixtisas təhsili almasına şərait yaratmışdı.

Alman faşizmi ilə mübarizəyə cəlb olunan zaman döyüşdə sol çiyni faşist gülləsi tərəfindən dagıdılmış və sol qolu tam yararsız vəziyyətə düşərək gödəlmiş bir dəri bir sümüyə çevrilmişdi. Paltarlarını geyinmək üçün həyat yoldaşının köməkliyi ilə həyata keçirirdi.

Bununla belə mövcud hakimiyyət onu ixtisasına tam uyğun olan məsul vəzifəyə təyin etmişdi. Mövcud hakimiyyətlə barışmayan kiçik bir qrup fürsət əllərinə keçəndə maliyyəyə aid sənədlərini oğurlayır, o gecə vaxtı işdən evinə qayıdan zaman döyüb öldürməyə çalışırdılar. O da evinə qayıdanda yoldan kənar yerlərdən istifadə edir, yaxud da ona yaxıların köməkliyindən istifadə edirdi.Yamanların əlləri hər yerdən üzüləndə ondan yuxarı dövlət təşkilatlarına imzasız materillar da yazırdılar. Gecələr evinə silahlı basqın edirdilər. Bax bu səbəbdən də həyətində güclü köpək it saxlayırdı.

Quduzluqla məşğul olan həmin mundar şəxslər Haqqoğluna qarşı təxribat törətmək üçün bacardıqları bütün yol və vasitələrdən istifadə edirdilər.

Haqqoğlu məsul vəzifədə işləyib yüksək əmək haqqı alsa da doqquz baş ailəni qazandığı əmək haqqı ilə təmin etmək mümkünsüz idi. Mütləq şəxsi təsərrüfat yaratmaq lazımıydı. Haqqoğlunun yaxın şəxslərindən biri ailənin kicik oğlu Bədirxana əkiz doğulan quzularından birini hədiyyə vermişdi. Qara rəngli bu quzuya ailənin birinci övladı Bədirxan həvəslə xidmət edirdi. Bədirxandan yşca kiçik olan qonşunun Biləndər adlı oğlu da bu qara quzuya heyran olmuşdu. Tez-tez Bədirxana baş çəkir quzuyla maraqlanırdı. Quzunun yemi bəsincə olub yaxşı xidmət göstərilsə də nədənsə qəfildən öldü. Bədirxan quzunun qəfildən ölməsindən yanıb yaxılaraq agladı və “Quzu” adında sızıltılı hekayə yazdı.

Heyvan saxlanılan yerdən qalxma tövlənin bir hissəsində on beş başa kimi toyuq da saxlanılırdı.Müşahidə nəticəsində məlum oldu ki, yumurta verən toyuqların ikisi yoxa çıxıb. İzlədikcə məlum oldu ki, səhər tezdən toyuqlar uçub bacadan aşagı düçən kimi Biləndərin bəslədiyi dişi it toyuğu yerə düşən kimi qapıb aparır. Bunu Biləndərə və “həyalı” anasına xatırladılsa da ana-bala üzə durdu ki, sübut edin, bizim it öz həyətimizdəki yuvasında olur.

Hər biri iki kq-dan çox çəkidə yumurtar toyuqların yoxa çıxması Haqqoğlunun ailəsini yerindən tərpətdi. Gecə yarıya kimi yuxulayandan sonra Bədirxan oyanıb tüfəngi (Haqqoğluna müharibə iştirakçısı olduğuna görə ov tüfəngi saxlamağa icazə verilmişdi) patronla doldurub səhərin açılmasını gözləməyə başladı. Bədirxan gördü

ki,Biləndərin dişi boz-qəhvəyi rəngli iti toyuq çıxan bacanın altında toyuğun uçub düşməsini gözləyir.Bədirxan bayıra çıxanda it həyətin sağ tərəfinə Bədirxan isə sol tırəfinə yüyürdü. Tüfəngin açılması ilə oğru boz-qəhvəyi rəngli it gəbərdi. Bu birici xoşa gəlməz hadisə idi.

Biləndər anasının tərifindən- qocaqlığıdan, hamıdan güclü olduğundan, çox bilməyindən, fərasətli olmağından o qədər lovğalannmışdı ki, artır belinə bağladığı kəmərindən behbud da asmışdı.Bu lovğalıq ona gətirib çıxarmışdı ki, bəd əməllərinin birinə görə ağzına dəyən zərbədən bir həftə bayıra çıxa bilməmişdi.

Qaraş adında iti öləndən sonra Haqqoğlunun həyətinə öz başına ağ rəngdə qulaqlı bir it gəldi. Zəncirlənməyi xoşlamırdı. Başqa həyətlərdəki keyimləri həyətə daşıyıb gətirirdi.Həyətə yad adam gələndə onu tutmur, qarşısını kəsib ona hürürdü. Bədirxan hara getsə onunla gəzməyi xoşlayırdı. Təsadüf nəticəsində Bədirxan görə bilib ki, heç bir it, və yaxud it dəstəsi ona yaxın düşə bilmir. Ancaq qonşu olan Bİləndəri görən gözü yox idi. Heç kimi tutmasa da Biləndəri bir it kimi qapmağa çalışırdı. Bədirxan təsadüf nəticəsində öyrənə bilmişdi ki,Biləndərin əlinə fürsət keçəndə iti əlindəki vasitə ilə döyürmüş.Bir səhər evin arxasına keçəndə Bədirxan görür ki, vəfalı ag iti də ölüb. İstər istəməz onda belə şübhə baş qaldırdı ki, qara rəngli quzu və qulaqlı ağ köpək it özləri ölməyib, kim tərəfindənsə zəhərlənib öldürülüblər.

Haqqoğlu quzunu Bədirxana hədiyyə verən yaxın baş çobandan tərbiyə görmüş güclü bir it xahiş etmişdi. Baş çoban baş tərəfdən şirə oxşar orta çəkili qızılı rəngində bir köpək it gətirib Bədirxana təhvil verdi. Köpək it Bədirxana tez alışdı. Gündüzlər yatar, gecələr zənciri 15 metr uzunlu- ğunda həlqəli trosa bənd edilirdi. Zəncir onun bağazına nə qədər dar bağlansa da bəzən zəncirdən azad ola bilirdi. 2.5 litrlik qabda köpəyə hörrə verilirdi,köpək verənin üzünə baxır yeməyə toxunmurdu.Bədirxan onun bu hərəkətinə bir qədər baxıb evə getdikdən sonra köpək hörrə qabını dişləri ilə götürüb başqa bir yerdə hörrəni içirdi.

Bir müddətdən sonra məlum oldu ki, Biləndərin ag dişi iti Bədirxanın yeni köpək iti ilə dostluq edir.Bİləndərə məsləhət gorüldü ki, həyətdə dişi it saxlamaq olmaz. Lakin deyiləni eşidən olmadı.

Bir axşam Bıdirxan köpəyi yoluxmaq üçün bayıra çıxanda gördü ki, qızılı köpəyin qarnı yarılıb, bağırsaqları yerə tökülüb,titrəyir, aglayır. Tez evə girib tüfənki götürərək evin arxasına keçib yaxında olan af rəngli dişi tulanı gəbərtdi...

EPİLOQ əvəzi: Aradan yarım əsr bir vaxt keçsə də qızılı köpək itin günahsız olaraq Haqqoğlunun həyətində Biləndər tətəfindən behbudla doğranılmasını Bədirxan hələ də unuda bilmirdi. Ata-ana və kəndin Ağsaqqallılarının durumlu olması, bu xoşagəlməzliyi örtbasdır etmələri sonra törənəcək xoşagəlməzliklərin qarşısını aldı. Ancaq vaxtı ilə behbudla gəzən Bilədərin

harada yaşayıb fəaliyyət göstərməsi bu gündə məlum deyil.Deyilənə görə Biləndər itgin düşüb...

 

Qohum,qonşu ilə və cəmiyyət arasında xoş rəftar əbədi olmalıdır. Əxlaq insanlara havadan verilmir. O soyun təkində olur.

Biləndərlər bu gün də, müstəqil olduğumuz məkanda kifayət qədər mövcuddurlar. Əsasən bu kimilər müxalif partiyaların sıralarındadırlar. Bunlar saytlar vasitəsilə ağına-bozuna baxmadan kimdən bir qaşıq ”hörmət” görürlərsə əsasən səlahiyyətsiz elm insanlarına ləkə atmağa çalışırlar.

Bir qaşıq “hörmət” xatirinə yaramaz əməllərlə məşğul olanlara,şəxsi maraq xatirinə nahaqq işlərə qoşulanlara üzümü tutub deyirəm:-Ən yaxşısı bu olar ki, insana baş ucalığı gətirməyən yaramaz işlərdən əl çəkəsiniz və potensial imkanlarımızdan istifadə edərək mərd oğullarla əlbir olub torpağımızı əlimizdən almağa çalışanlara qarşı birlikdə mübarizə aparasınız.

 

Quliyev Elxan Sarı o. 30.01.2019-cu il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam