Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

YER PLANETİ TƏHLÜKƏ QARŞISINDADIR

 Yenixeber.org: Hal hazırda Yer kürəsində mövcud olan dövlətlər sırasında silahlanma xərclərinə görə birici yerdə ABŞ,ikinci yerdə ÇİN və ücüncü yerdə Rusiya Federasiyasıdır. ABŞ –nın hərbi xərcləri 800 milyard dollar,Rusyanınkı isə yüz milyard dollar məbləğindədir.

Dildən və başdan xəstə gəvəzə ağzıgöyçəklər isə ara bir ücüncü dünya müharibəsinin baş verəcəyindən fərziyyə yürüdürlər. Həmin gəvəzələr anlamaq istəmirlər ki, bu müharibə baş verərsə Yer kürəsi kosmosda bir daha olmayacaqdır.

Hal hazırda silahlanmanın sürəti həmin üç dövlətlər üzrə gündən günə artır. Bu haqda internetdən alınan bir məlumata diqqət yetirək. Rusiyanın sınaqdan keçirməyə hazırlaşdığı sualtı strateji pilotsuz aparatı “Poselton”nun maksimum sürəti məlum olub. Həmin supersilah haqda prezidennt V.Putin 2018-ci ilin martında elan etmişdi. Daha sonra internet səsvermə yolu ilə bu silaha “Poselton” adı vermişdi.

“Poselton” nüvə mühərrikli sualtı silahdır,təqribən torpedonu xatırladır. Bu pilotsuz sualtı döyüş aparatı nüvə başlığı ilə təchiz oluna bilir və sualtı qayıqdan buraxılmaqla qeyri-məhdud mənzilə malikdir.

Nüvə başlığı ilə təchiz edilmiş “Poselton” ABŞ-nın Atlantik okeanı sahillərində partlasaydı hündürlüyü 100 metrə çatan sunami dalğaları yaranardı və bir çox iri şəhərləri radiyasiyalı dəniz dalğaları basardı. Bu isə milyonlarla insanın həlak olmasına gətirib çıxarardı.

Hər bir sualtı qayığın inşaası 2.7 milyard dollara başa gəlir. Bu tipli sualtı qayıqların sayı 18 və 19-cu sualtı qayiqlarıdır. Hesablananda görünür ki, ümumi məbləğ 51.3 milyard dollardır.

TASS-a məlumat verən bildirib ki, daşıyıcı sualtı qayığı tərk edəndən sonra “Poselton” bir km dərinlikdə saatda 200 km sürətlə hərəkət edəcək.

İnternetdən verilən məlumata görə Rusiyanın kosmik silahı da var. Ancaq bu barədə geniş məlumat verilmir. Yer kürəsinə tək başına sahib olmaq istəyənlər öz yaşayışlarını da itirə biləcəklərini vaxt varkən anlamalıdırlar.

Rusyanın yüz illərlə istifadəsi üçün yeraltı və yerüstü sərvətləri tükəməzdir. ABŞ yerüstü və yeralti sərvətlərini insafsızcasına istismar etsə də Alyaskada sərvəti bol-boldur. Soyuqluq səbəbindən hələlik tam istifadə edə bilmir. Demək istədiyim odur ki, nə RF, nə də ABŞ-ın iqtisadi cəhətdən çökməsi mümkünsüzdür. Hər iki dövləti ancaq Yer kürəsınə tək başına tam ağalıq etmək, siyasi zorakılıq, mənəmlik, apardıqları müharibələr,öz aralarında didişmələr çökdürə bilər.

Evində arvadı ilə dilbirliyi tapmayıb 70 yaşında prezident olan və Yaxın Orta Şərqdə müsəlman ölkələri Suriyaya,İrana və Tükiyəyə qarşı separatçı quduzlarla əlbir olub yeritdiyi siyasətin çürüklüyünü anlamaq istəməyən , yüksək pafosla danışan, siyasətdən kəm olan, daim Rusiya haqqında mənfi mövqe tutan Donald Tramp Rusiya haqqında dilindən belə bir deyim buraxmışdır: “ Rusiyanı mən sevməyə bilərəm, ancaq onun təbii resursları var”.

ABŞ siyasətçiləri və silahlı qüvvələrin rəhbərləri daim Rusiya barəsində iqtisadi və hərbi sənaye sahəsində sərt siyasət yeritdikləri səbəblərindən Rusiya yeni dağıdıçı silahları yaratmağa məcbur olur.

Qərb mətbuatı isə Rusiyanın maliyyə ehtiyatlarının tükəndiyi haqqında yaydığı məlumatlar isə boş hay-küydən başqa bir şey deyil.Rusiyanın maliyyə ehtiyatları tükənməyib ki, hər biri 2.7

milyard dollara başa gələn “Paselton” silahlı 19 sayda sualtı qayığı inşa edə bilmişdir. Beləliklə tam əminliklə demək olar ki, “Rusiyanın maliyyə ehtiyatları tükənib” kimi yayılan məlumatların hamısı küləyə basmadır.

Qoy oxucular məni ruspərəst kimi başa düşməsinlər, ancaq həqiqəti demək və onu anlamaq lazımdır ki, tükənməz təbii sərvət və ehtiyatlara sahib olan böyük Rusiya ilə güləşmək olduqca mürəkkəb və ağıla sığmaz məsələdir. Möhkəm sülhə nail olmaq insan yaşayan YER kürəsinin kosmosda daimi fəaliyyət göstərməsinin qarantıdır.

 

Quliyev Elxan Sarı . 14.01.2019-cu il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam