Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

GÜLXAR HƏSƏNOVA ANILDI

 Yenixeber.org: Bu günlərdə Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə Azərbaycanın xalq artisti, Azərbaycan opera sənətinin korifey sənətkarı müğənni Gülxar Həsənovanın Azərbaycan Dövlət Akademik Filarmoniyasında 100 illiyinə həsr olunmuş yubley gecəsi keçirilmişdir. Gecəni giriş sözüylə Respublika Mədəniyyət nazirinin müavini Vaqif Əliyev açmışdır. Vaqif müəllim öncə tamaşaçıları salamlamış, sonra böyük sənətkarın həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat vermişdir.

Gecənin aparıcısı Hafiz Quliyev ilk sözü əməkdar artis, mahir muğam ifaçısı Təyyar Bayramova vermişdir. O, öz ifası ilə gecəyə gələnlərə bir dünya muğam sevinci yaşatmışdır. Etiram Hüseynovun da ifası gürultulu alqışlarla qarşılanmışdır. Bu ifalardan sonra yubliyar haqqında söz demək üçün Respublikanın xalq artisdi, hər bir tamaşaçının dəyər verdiyi, maraqla dinlədiyi, vaxtıyla bir səhnədə Gülxar xanımla tərəf -müqabil olan qocaman sənətkar Canəli Əkbərov səhnəyə dəvət olundu. Böyük sənəkar səhhətindəki problemə baxmayaraq, bu gecəyə gəlməyini özünə şərəf bildiyini dilə gətirib, Gülxar Həsənova ilə olan sənət və ailəvi dostluğundan şirin xatirələrini danışdı. Canəli müəllimin sənət dostu haqqında danışdığı unudulmaz xatirələri tamaşaçıların çoxunu o illərə apardı. Gülxan xanımın müharibədə həlak olan qardaşının qarakağızını almağına baxmayaraq səhnəyə çıxmağını fədəkarlıq kimi dəyərləndirdi. Bu sənətkarın böyüklüyü və dövlətinə, millətinə olan sevgisi, xidmətiydi.

Gecə boyu Gülxar Həsənovanın iştirak etdiyi "Vaqif", "Şah İsmayıl" və başqa tamaşalardan fraqmentlər göstərildi. Bənzərsiz səsiylə Ərəbizəngi əlində qılınc meydana çıxanda sanki bu gün imiş kimi tamaşaçılar ayağa qalxıb onu gürultulu alqılarla alqışlayırdılar. Bu xalqın böyük sənətkarına, sevimli müğənnisinə ən böyük sevgisi, dəyərləndirməsi idi.

Sonra səhnəyə bu günün Ərəbizəngisi- əməkdar artist Gülüstan Əliyeva çıxdı. Onun da ifası rəğbətlə qarşılandı.

Yazıçı- publisist Mustafa Çəmənli onun haqqında yazdığı yazılardan və xatirələrindən danışdı.

Gecənin sonunda Gülxar Həsənovanın yaxın qohumu Mayıl müəllim öz adından və Gülxan sənətinin pərəştişkarları adından ölkə prezidenti cənab İlham Əliyevə Azərbaycan mədəniyyətinə, incəsənətinə olan böyük diqqətinə və şəxsən Gülxar Həsənovanın 100 illiyinin respublikada qey edilməsi haqqındakı sərəncamına görə sayğılarını bildirdi, təşəkkür elədi.

Gecənin yekunu olaraq gənc muğam ifaçılarının ifasında "Qarabağ"şikəstəsi dinlənildi. Bu, ifa insanların qəlbində Qarabağ sevgisini,Azərbaycan sevgisini artırdı, torpaqların tezliklə qaytarılacağına böyük inam yaratdı.

Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam