Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

ZAMANIMIZIN TƏLƏBLƏRİ

 Yenixeber.org: Elmi və iqtisadi inkişafımıza mane olan maddi aristotal məntiqin insanlarımızın beynindən silinməsi üçün vacib olan qeri-səlis məntiq nəzəriyyəsini Professor Lütfi Rəhim o. Ələsgərzadə kəşf etmişdir. Praktikada özünü doğrultmuş həmin kəşfin olkəmizin idarə edilməsinə tətbiqi üçün biz kimi və nəyi gözləyirik?

Məni bu mövzunu işləməyə vadar edən 31.10.2018-ci il tarixdə saytların birində Qarabağ veteranı olan bir vətəndaşın başına gətirilən müsibətlərin dərci olmuşdur. Saytdan qısa bir parcanı oxucuların diqqətinə catdırıram: “ Qarabağ veteranı ,qocaman müəllim Prezidentdən kömək istəyir: “Bir qrup şəxs saxtakarlıqla əmlakımı əlimdən alıb”. Səbail rayonu,Badamdar qəsəbəsi məcburi köçkün İmanov Ramiz Əyyub oğlununun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,1-ci Vitse prezidentə, DİN və Baş Prokurora ünvanladığı müraciətin surəti sayta daxil olub.

Müəllif müraciətində bir qrup şəxs tərəfindən ona məxsus torpağın saxtakarlıqla sənədləşdirilərək başqasına satıldığından bəhs edilir. Həmin müraciət 7782 nəfər oxucu tərəfindən mütaliə olunub.

Axı, yerli hakimiyyət orqanları onlara aid olan xırda məsələlərin həllində cinayətlə,saxtakarlıqla məşğul olursa Ali orqanlar işini buraxıb yerində həlli mümkün olan məsələlərləmi məşğul

olmalıdır? Dövləti vəzifədə əyləşib saxtakarlıqla məşğul olanlar sorğu sualsız həbslə cəzalarını almalıdırlar. Təəssüf ki, həmin yaramazlara arxa duranlar, mənsəbpərəstlər var ki, yerlərdən də yuxarılara şikayətlər yazılır...

Baş girləyənlər isə çalışırlar ki, alilərə yarınmaqla iri vəzifələrə sahib olub kuratorluq etsinlər.Bir qisim səlahiyyətli şəxslər isə işə keçməyən təklifləri ilə Milli Məclisdə lövbər atıblar.

Bu günlərdə BDU-nin rektoru haqqında “povestlər” yazıb saytlarda cıxış edirlər. Yazılanların nə qədər həqiqət olub-olmadıqları haqqında bir vətəndaş olaraq mən hec nə deyə bilmərəm. Ancaq bu yazılanlar haqqında onu deyə biləm ki, “daldan atılan daş topuğa dəyər” demişlər. İndi rektor yıxılandan sonra ona balta çalanların sayı çoxalıb. Balta çalanlar ədalət carçısı idilərsə A.Məhərrəmov vəzifədə olanda sözlərini deyəydilər. Azərbaycan xaricdə biabır olandan sonra bu yazılanların heç bir əhəmiiyəti yoxdur. Rektorun qüsurlarını vaxtında və üzünə demək lazımıydı.

BDU-da rektorun qusurlarını vəzifədə olan müddətdə üzünə deyən kişi olub və bu səbəbə görə də həmin şəxs vəzifəsindən azad edilibdir.

Həmin şəxs mənim ən yaxın dostum fizika-riyaziyyat elmləri doktoru Bəhmən Yunus oğlu Sultanlıdır.Onu mən 1997-ci ildən tanıyıram və bu gün də dostluğmuz davam edir.Bəhmən müəllim düşünüb danışan dərin bilgili bir şəxsiyyətdir. Ona mən şeirlər, məqalələr həsr edib mətbuatda çıxış etmişəm və həmin çıxışlar da kitablarımda öz əksini tapıb :

Oxşarsız alimdir fəlsəfəsində,

Bənzərsiz fəhmində siyasətində,

Dəyişməz yazardır tənqidlərində,

Əyilməz əfzəldir əməllərində,

Məntiqin,idrakın özüdür Bəhmən.

2013-cü ildə Bəhmən Sultanlının ”DÜZÜN SÖZÜ” adında kitabı nəşr olunmuşdur. Həmin kitabın “BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ MƏHKƏMƏ” adlı çıxışında yazmışdır: Rektor xoşuna gəlməyən əməkdaşları,əxlaqlı,vicdanlı,vüqarlı, səviy- yəli, mənəviyyatlı adamları sındırmaq, özünə tabe etdirmək ücün BDU hüquqşünasının, bir çox mətbuat orqanlarında adı mənəviyyatımıza, əxlaqımıza zidd əməllərinə görə çox hallanmış,BDU-da mənfi imic qazanmış kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədovun vasitəsilə ittihamnamə tərtib elətdirir,üstünü yazaraq cəza dərəcəsini müəyyənləşdirmək üçün BDU-nun Azad Həmkarlar İttifaqına (AHİ) ünvanlayır. AHİ humanist kimi tanınan, prinsipallığı aşağı olan bir nəfər görkəmli alimdən, müxtəlif peşə sahibi olan bir necə əməkdaşdan, bir neçə hüquqşünasdan ibarət 20-25 nəfərlik heyət yaradılaraq öz başçısının sədrliyi altında iclas keçirir. Sədr ittihamnaməni oxuyur,onun motivləri əsas tutularaq münasibət bildirilir. Söz müttəhimə verilir (“ittihamnamə” və “müttəhim” sözləri öz anlamında işlədidildiyinə görə dırnaqda yazmağa ehtiyac duymadım- B.S.) Professor ağsaqqal müttəhimin ailə başcısı olduğunu,əmək stajını, bir çox başqa yüngülləşdirici motivləri nəzərə almağı tövsiyyə edir.Sonra qapalı məsləhətləşmə aparılır,indiki BDU rektorunun əyilməzi-əyməyə,sınmazı sındırmağa,özünə tabe etdirməyə imkan verən tapşırığı nəzərə alınaraq qərar çıxarılır. Bu qərarda rektorun humanistlik göstərib cəzanı bir qədər yüngülləşdirməsi ücün müəyyən imkan saxlanılır. AHİ –nın sədri rektorun humanist olduğunu müttəhimin nəzərinə çatdıraraq onun hüzuruna göndərir. Rektor “ humanist addım” ataraq cəzasını

yüngüllədirmək ücün imkanlar axtaracağını müttəhimə bildirir...

BDU-nun Rektoru Azad Həmkarlar İttifaqını,kadrlar şöbəsini,başqa sektorları öz əsasnaməsini pozmağa məcbur edir. BDU-da AHİ-məhkəmə, rektor-Ali Məkəmə,BDU-nun hüquqşünası-namuslu, vicdanlı,səviyyəli əməkdaşları əyməyin, sındırmağın, rektora tabe etdirməyin yolunu müəyyənləşdirmək, hüquqi cəhətdən əsaslandırmaq funksiyasını daşıyır. Abel müəllimin ziyanlı iş üsulu haqqında yazılmış çoxsaylı məqalələrdə (başqa qəzetlərdə də BUD-dakı özbaşınalıqlara aid çoxlu yazılar dərc olunub) deyilənlər bir yana qalsın,onun universitetin Azad Həmkarlar İttifaqını öz əsasnamısinin tələblərindən,öz fuksiyasından yayındıraraq öz üzvünün haqlarını qorumaq əvəzinə onu öz üzvünə qanunsuz cəza tələb edən orqana çevirməsi, universitetdə rüşvəti, özbaşınalığı rəsmiləşdirən əmrləri,qərarları Azərbaycan Respublikasının qanunlarına, Azərbaycanın dövlət hakimiyyətinə olan münasibətinin əyani göstəricilərindəndir...

12.04.2003

(Hürriyyət qəzeti,noyabr,2003)“ Bəhmən Sultanlının ABEl NƏHƏRRƏMOVUN AVTORİTARİZMİ” tənqidi yazısı da həmin kitabda verilmişdir (Hüriyyət qəzeti,17.09.03)

Fizika-riyaziyyat elmləri doktoru Bəhmən Sultanlının Abel müəllim haqqında tənqidi yazıları tək mətbuatda yox, internetdə də dərc olunaraq minlərlə oxucuların diqqətini çəkirdi. Bu tənqidi yazılar rektor Abel müəllimi qəzəbləndirir , onun haqqında yazılmış həmin haqlı tənqidi yazıları saytlardan sildirməyə çalışırdı.

Aqillər mətbuatda elm haqqında belə bir haqlı deyim vermişlər: ”Elmi olmayan milləti qul kimi alıb satırlar”. Faktlara əsaslanıb mən də belə demək istəyirəm: hər hansı bir ölkədə rüşvət və mənsəbgüdmə xərcəng xəstəliyinə çevrilib elm insanlarının sinir sistemində kök atıbsa o xalqın varlığı və inkişafı qaranlığa düçar ola bilər.

Təcrübədən görünür ki, rüşvət və mənsəbgüdmə istehsalatda və onu idarə edən vəzifəli şəxslərdə özünü daha qabarıq göstərir.Dərd burasındadır ki, bizim müstəqil respublikamızda həmin xəstəlik yüksək elmi rütbə sahiblərinin rəhbərlik etdikləri saıyılıb seçilən dövlət əhəmiyyətli bir Nazirliyində nazir vəzifəsində işləyib elmlər doktoru akademik olan və Bakı Dövlət Universitetinnin akademiki elmlər doktoru kimi şəxsiyyətlərin beynində kök atmşıdır.Adları qeyd edilən müəssisələrin rəhbərlərindən birinin fəaliyyətinin səsi-sorağı Böyük Britaniyadan, digərinkinin isə küy-kələyi,danqıltısı İspaniyadan gəlir. Neyləmək lazım olduğnu əvvəlki “İdarə etmə elmini bilirikmi?” publisistik yazımda tam olmasa da qismən göstərmişəm. Ən yüksək elmi rütbə həmin şəxslərə,dövlətə məbləğı heç bir varidatla müqayisə olunmayan, ölcüsü bilinməyən xərcə başa gəlir. Onlar elmimizin ulduzudurlar. Mənim bu kimilərinə heyfim gəlir. Respublikamız müstəqil və müasir içtimai quruluşda fəaliyyət göstərsə də elmili vətəndaşlarımız hələ də kecmişin abu havası ilə nəfəs alırlar.

Respublikadakı indiki ictimai iqtisadi quruluşun, idarə etmənin, elminin yararlı hallardan yayındığını və inzibati metodların effektsiz olduğunu (nə qədər insanları idarə etmədə kobud səhvlər buraxdıqlarına, cinayət işlədiklərinə görə həbs etmək olar?) nəzərə alıb indiki ictimai iqtisadi quruluşu və bununla əlaqəli olan idrə etmə metodlarından imtina edib yeni ictimai

iqtisadi quruluşa sahib olmaq zamanın tələbidir. Qeyd edilən tələbin mümkün olduğunu professor Lütfi Rəhim oğlu Ələsgərzadənin kəşfində görmək mümkündür.

Professor L.R. Ələsgərzadə 1965-ci ildə reallığa fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini meydana gətirmişdir.O, müsahibə verərək demişdir: “ Mən öz işlərimdə qeyri–səlis məntiqə əsaslanaraq süni intellektə (idrak) önəm verirəm. Qeyri-səlis məntiq insan məntiqinə yaxındır, mən də sahəni inkişaf etdirməyə çalışıram. Qeyri-səlis məntiq sübut olunmalı və inkişaf etdirilməlidir. Onun Azərbaycanda inkişafını və tətbiqini zəruri hesab edirəm “.

L.R.Ələsgərzadə əsərləri ilə adamların beynindən MADDİ ARİS- TOTAL MƏNTİQİNİ öz qeyri-səlis məntiqi ilə dağıtmışdır.

Yeri gəlmişkən 44 misralıq qoşma tipli “TAHİR EYLƏDİ”fəlsəfi şeirimdən 12 msira:

Keçmişi düşünüb qələm götürdüm,

Vücudum titrədi fəğan eylədi.

Sevinci yaşayıb Azadlıq gördüm,

Müstəqil dövlətim şadman eylədi.

....................................................

Bir məkan dərsinin qüsursuzluğu,

Bir məkan hökmünün təsərrufluğu,

Bir insan dərkinin hüdudsuzluğu,

Lütfinin beynində zühur eylədi.

....................................................

Yaşılgöz cənaba qoşulmamağı,

Milləti,dövləti unutmamağı,

Bayrağı,Quranı birgə tutmağı,

Varisi cahanda tahir eylədi.

Kiçik arayış:Lüğətdə tahir-təmiz,pak; təsərruf- yiyələnmə kimi izah olunur.

Ümid edirəm ki, “QOŞULMAMA” siyasətini yeridən Respublikanın Prezidenti İlham Heydər oğlu Lütfi Ələsgərzadənin qeyri-səlis məntiq nəzəriyyəsini- “Onun Azərbaycanda inkişafını və tətbiqini zəruri hesab edirəm” vəsiyyətini həyata keçirəcəkdir. Onun vəsiyyətinin Azərbaycanımızda həyata keçirilməsi ilə də səlahiyyətli vətəndaşlarımızın, idarə edənlərin beynində kök atmış maddi aristotal məntiqə birdəfəlik zərbə olacaqdır.

. Quliyev Elxan Sarı o. noyabr 2018-ci il.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?