Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ƏDƏBİ NÖVLƏRİN BRİLYANTI

 

 Yenixeber.org: Mən şair deyiləm. Lakin şeir yazanda bacardığm qədər onun qaydalarına uyğun olaraq fikrimi oxuculara çatdırmağa çalışıram. Şeirin tərifini anladığım formada kitablarımın birində təxminən belə vermişdim: Yazar fikri və duyğusunu yığcam formada oxuculara çatdırmağın ən yaxşı vasitəsi olan ədəbi növün lirika formasından istifadə edir. “Lirikada gerçəklik, xarici aləm lirik qəhrəmanın (müəllifin və ya personajın) daxili aləmi,şəxsi hiss həyacanları,duyğu və fikirləri formasında təqdim olunur” (ASE cild 6, səhifə 236).

LİRİKA ədəbi növlərin brilyantıdır.Nizami Gəncəvini dünya miqyasında tanıdan da onun lirikası olmuşdur.”1196-cı ildə Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini,nəhayət, bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İskəndərnamə” (təqribən 1203) poemasını qələmə almışdır” (ASE,c.vıı,səh.244 ).

Lirika ilə məşğul olub şeir yazan şəxs ən azından N.Gəncəvidən,İ.Nəsimidən,M.Ə.Sabirdən,S.Vurğundan, Aşıq Ələsgərdən,B.Vahabzadədən, müasirlərimiz Ənvər Əhməddən, Yavər Moranküllüdən, yaradıcı gənc aşıq-şeir musiqi sənətinə dəyərli töhfələr vermiş Aydın Çobanoğlunun xidmətlərini “ÖMRÜN ETMƏYƏCƏK VƏFA DEDİLƏR” kitabının tərtibçısi və ön söz müəllifi Filologiya elmləri doktoru,professor Qəzənfər Paşayevin yaradıcı

aşıq-şair Aydın Cobanoğluya həsr olunmuş həmin araşdırmasından faydalanmaları,öyrənmələri lazımdır.

Aydın Çobanoğludan bir dördlük: (səh. 101)

Bəxtinə yazılıb səfa, dedilər,

Çobanoğlu sürməz səfa dedilər,

Ömrün etməyəcək vəfa, dedilər,

Onu həyat özü bilər,dedim mən.

Yaradıcı Vətən oğullarından kimisi didərkin düşür, kimisi qətlə yetirilir,kəmağıllısı isə”Din adıyla oğraşlıqla, Məşğul olma,sən ay molla” kimi tərbiyəsiz ifadələrlə şeir-meyir düzəltməklə savadsızlığnı təsdiq etmiş olur və özü tənqid hədəfinə çevrilir.

Müstəqilliyimiz dövründə şeir yazanların sayı çoxalsa da keyfiyyətlərindən daınşmağa dəyməz. Kitab nəşr edən nəşriyyatların bəzisi elə şeirləri kitab halında dərc edir ki, oxucunun qanı qaralır.Həmin nəşriyyatlardan biri də “Elm və Təhsil” nəşriyyatıdır.

04.10.2018-ci il tarixdə “Xeberinfo.com” saytı Ziba Hüseynovanın “Muğam mənim həyatımdır” şeirlər(əgər buna şeir demək olarsa) kitabına öz münasibətini bildirmişdir. Sürtüklük, mərifətsizlik və ədəbsizlik “Məni cəkib sən təkliyə,Əlləyirsən məni molla” misrasında öz əksini tapmışdır.

Bu kimi yazarlar çoxdır. Keyfiyyətsiz yazarlar yazır, bəs ədəbsizliyi nəşriyyat və ona rəy verənlər nə üçün qəbul edirlər?

Bu çıxışım məqsədsiz deyil. “Elm və Təhsil “ nəşriyyatının bu birincı kobud səhvi deyil. 2016-ci ildə kiril əlifbsında bir şeirlər kitabı nəşr etmişdir. Kitabı kiril əlibasında dərc edən redaktor nə səbəbə anlamamışdır ki,dostumun kitabını kiril əlifbasında dərc edənə kimi təqribən13 il bundan əvvəl kiril əlifbasında yazışma ləğv olunub? Şübhəsiz ki, indiki nəsil həmin kitabı oxumayacaqdır. Lirikadan az dərəcədə anlayışım olsa da həmin kitaba öz sözümü

sayt vasitəsi ilə deməmişəm yox, deyə bilməmişdim ona görə ki, kitabın müəllifi kəndimizdə yaşayan mənim ürək dostumdur. Dostumun qəlbinə çox dəyməyim deyə məktubla şeirlə bir araya sığmayan səhvlərini (hələ burada hərf səhvlərindən söhbət getmir) ona xatırlatdım.Bunu da əlavə olaraq qeyd edim ki, dostum şeirlərini yazıb qurtarandan sonra kitabı dərcə verməmişdən əvvəl məni köməyinə çağırsa da mən bunu edə bilmədim. Ona görə ki, Bakı ilə kəndimizin arasındakı məsafə 450 km , gedib gəlməyə və yaşamağa maliyyə vəsaitim də yox idi. Anlaşılmaz xırda-para, lazımsız bir sıra ifadələri və kiril əlifbasında yazılan bütünlüklə kitabı yenidən latın əlifsında vermək üçün heç olmazsa mənə minimum 15 gün vaxt lazım idi.”Elm və Təhsil” nəşriyyatı da bu səhvləri görməyə məsul idi.Görə bildimi,yox şəxsi marağı xatirinə görmək istəmədi.

Nəticə olaraq onu deyə bilərəm ki,dövlətin məsul şəxsləri dövlətin vəsaitinin qayğısına (ABB,MTN,Rabitə və İTN, Əmək və ƏSMN,GK,VN,Kənd TN...) necə qalıblarsa “Elm

və Təhsil” nəşriyyatı da nəşr etdikləri kitablarda kobud nöqsanlara göz yumur və nəşriyyatları var qazanmaq xatirinə çürüdərək hörmətsiz edirlər. Bu yerdə bir atalar məsəli yada düşür ”Qonşu qonşuya baxar, canını oda yaxar”.

 

 

Quliyev Elxan Sarı o. 05.10.2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam