Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

NAZİR KİŞİYƏ

 AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB NOVRUZ MƏMMƏDOVA MÜRACİƏT

 

Yenixeber.org:

 

 

 

 

 

Yollarım dağıldı var deyə-deyə,

Əzabım çoxaldı xar deyə-deyə,

Ərzi hal yazıldı Başqan Aliyə,

Sayılıb seçilən Nazir kişiyə.

 

Dar yollar sızlayır çala-çuxurdur,

Resorlar sındırır qazma quyudur,

Axsaqlar çırpınır yola oyundur,

Faktları söyləyək Nazir kişiyə.

 

Açaqmı sandığı tökək pambığı,

Yolları bəzəyir büdcə yastığı,

Bizlərə yasaqdır büdcə varlığı,

Köməkçün üz tutaq Nazir kişiyə.

 

Xar yola yapışıb fəna çökəklər,

Dar yolda gül açıb dəlmədeşiklər,

Arxada boy atıb beton “hücrə”lər,

Olanı göstərək Nazir kişiyə.

 

Xidmətlər zəifdir məyus olmuşuq,

Xahişlər işləmir dilxor olmuşuq,

Sahiblər eşitmir ucuz olmuşuq,

Ünvanı veririk Nazir kişiyə.

 

 

Liftlərmiz dağılıb sıradan cıxıb,

Səbrimiz tükənib qaydadan çıxıb,

Ağrımız çoxalıb əlacsız qalıb,

Dərdləri deyirik Nazir kişiyə.

 

 

Düzünü deyirsən düşmən olursan,

Yazırsan,pozursan haqdan olursan,

Faktlardan danışsan peşman olursan,

Ərzi hal icraya qəbul edilsə,

Min yaşa deyərik Nazir kişiyə.

 

Hörmətli Novruz Məmmədov! Əhmədli qəsəbəsi Gəncə prospekti 95 və 97 saylı binalarına nəqliyyat işləmir və işləməsi də mümkünsüzdür. Xəzər univermaqında avtobusdan düşüb 5 perevalla (aşırım) piyada gəlib yaşadığımız həmin binalara çatırıq. Bu binalara dar yolla ancaq minik avtomobilləri gələ bilirlər. Qışda qar yağanda yoxuşları heç Niva markalı avtomobillər də qalxa bilmirlər. Bu iki bina dağın döşündə inşa olunub. Bilirsiniz ki, Əhmədlinin dərə-təpələri sürüşən ərazilərdir.Qeyd etdiyim təpədə hazırda sürətlə qazıntı işləri aparılır. Həmin qazıtıdan 30 ədəddən və hər birisinin çəkisi 2 tondan çox olmaqla iri daş parçaları çıxarılıb və daş çıxarma davam edir. Zəlzələ zamanı və yağış yağan vaxtı istər istəməz həmin iki tonluq qaya parçaları sürüşüb bizim yaşadığımız 95 və 97 saylı binaları altına alacaqdır. Göstərilən nöqsanlarla əlaqədar olaraq suallar meydana çıxır: 1. Sürüşmə zonalarına, yolların və liftlərin təmirinə cavabdeh olan dövlətin məsul idarə rəhbərlərinin məsuliyyətləri nə üçün tələb edilmir?

2. Bu iki -95 və 97 saylı binaların qarşısından keçən dar yolla getmək istəsəniz minik avtomobilinizdə rahat əyləşə biləcəksinizmi?

3. Avtovaqzaldan Əhmədli metosuna işləyən 7 saylı nəqliyyat vasitəsi Xəzər univermaqına kimi işləsə və peresadkaların sayı azalsa daha yaxşı olmazmı? Xəzər univermaqından bizim yaşayış binamıza çatmaq üçün beş perevalla yanaşı 92 ədəd pilləkandan istifadə edirik. Biz vətəndaşlara edilən sitəmlərə nə vaxt son qoyulacaq?

Hörmətlə Quliyev Elxan Sarı o. oktyabr 2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam