Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

 “İKİ YANA BAXAN ÇAŞ OLAR”

 Yenixeber.org: Bundan başqa “Ustadına kəm baxanın gözündən qan damar”kimi bir atalar kəlamı da işlədilir. “Facebook.com”da çıxış edərkən həmin başlığı ermənilərin ünvanına işlətmişdim. Axı Ermənistanı Azərbayacanın torpaqları hesabına dövlət də yox, dövlətçik edən işğalçı Rusiya dövləti olmuşdur. İrəvanda yerini möhkəmlədən ABŞ bu gün Rusiyanı cənubi Qafqazdan çıxarmaq üçün Ermənistanı  Rusiyanın əksinə getməyə məcbur edir.

Cəmi əhalisi iki milyon nəfər olan Ermənistanda baş nazir vəzifəsinə yiyələnən Nikol Paşinyan və ABŞ-ın dəstəyi ilə Armen Səkisyan Prezident vəzifəsində fəaliyyət göstərir. İndiki dönəmdə  Paşinyan tələyə düşüb. KTMT-nin Baş katibi Yuri Xacaturovu Yerevana dəvət edib həbs etdirmiş, sonra da Rusiyanın təzyiqi ilə həbsdən azad etdirmişdir.Belə bir hərəkət isə Rusiya kimi bir dövləti tam hörmətdən salan erməni baş naziri Paşinyanın xəyanəti kimi sübuta yetirilmişdir. Rusiya bununla kifayətlənməyib insan ölümündə günahlandırılan Ermənistanın keçmiş prezidenti olmuş Robert Köçəryanı da həbsdən azad etdirmişdir. İndiki dönəmdə Ermənistan hakimiyyətində Rusyanın və ABŞ-nın maraqları üz-üzə gəlibdir. Kicik bir cırtdan dövlətçik olan Ermənitanda Armen Sərkisyan, Nikol Paşinyan, cani prezidentlər- Serj Sərkisyan və Robert  Köçəryan didişirlər. Beləliklə vassal dövlətçik olan Ermənistan hakimiyyətində hərc-mərclik və onun darmadağın olması şəraiti yetişmişdir.   

 Bəs ABŞ Ermənistanı Rusiyanın əlindən ala biləcəkmi? Ermənilərin satqınlığını Rusiya ermənilərə kecməyəcəkdir.Ən yaxşı halda Rusiya Azərbaycana Qarabağın azad olmasına imkan verıcəkdir.

7-lərin ittifaqı başa kimi getməyəcək. SSRİ dağıldıqdan sonra ABŞ-nın həmkarları olan AFR,Fransa,İtaliya ABŞ-ı eşitmir. Türkiyə üzünü Rusiyaya tutmuşdur. Çin resıblikası iqtisadi və hərbi sahələrdə ABŞ-a meydan oxuyur. Avropa ölklərinin ən qüdrətlisi olan AFR Rusiya Federasiyası ilə iqtisadi əlaqələrini mökəmləndirir və Türkiyə ilə  iqtisadi, siyasi əlaqələrini yaxşılaşdırmağa doğru istiqamət götürmüşdür.

Rusiyanın ərazisi 17075 min kv kilometr, ABŞ-n ərazisi 9363 min kv kilometrdir. Rusiyanın əhalisinin sayı isə ABŞ-n əhalisinin sayından iki dəfə azdır. Demək istədiyim odur ki, ABŞ əbədi olmayıb tükənən təbii sərvətlərinindən bol-bol istifadə etdiyi halda Rusiya təbii sərvətlərindən cüzü həcmdə istifadə edir. Enerji daşıyıcıları ilə   Böyük Orta Şərq (İraq və İran) zəngin olduğundan ABŞ işğalçılıq siyasətini bu ərazilərdə davam etdirir.

Yer kürəsində tükənməyən təbii sərvətlərlə zəngin olan ölkə ancaq Rusiyadır. Rusiyanın   çatışmayan cəhəti odur ki, müasir tələblərə cavab verə bilən məhsuldar istehsal texnologiyası aşağı səviyyədədir. Bu səbəbdən də Rusiya qiymətli xammal ( neft,qaz) ixracatçısı kimi fəaliyyət göstərir və daxildə maliyyəyə olan ehtiyacını  kifayət həcmdə təmin edə bilmir.

Qoy oxucular məni Rusyanın tərəfdarı kimi başa düşməsinlər. Saatda 20 min kilometr sürətlə gedib nüvə reaktoru ilə işləyən raketi və kosmik silahı (kosmik silahı olduğunu gizlədir) olan Rusyaya ABŞ heç bir silahla “xox” gələ bilməyəcəkdir.Hal hazırda Rusiya onu idarə edə bilən dahiyə möhtacdır. Yeganə təhlükə isə Çin əhalisinin yavaş-yavaş Rusiya ərazisinə köç etməsindədir.                                          

  Quliyev Elxan Sarı o. Avqust 2018-ci il.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam