Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

      QƏDİR NİYƏ "DONUZ " QƏDİR OLDU?

         

                                  

         (Hekayə)                                       

   - Qədir, ay Qədir. Ə, dur gün- günorta oldu ki. İşin- gücün yoxdur deyin, bütün günü yatacaqsan? Noolar, mənə əl yetirsən dünya dağılar? Axı mən də adamam, mən də yorula bilirəm. And olsun, bizi yaradan o bir Allaha ki, çox vaxt itdən də betər yoruluram, amma açıb-ağartmıram. Canımın ağrısından, sızıltısından gecələr yata da bilmirəm.

   Gülüsümün nöqtəsiz, vergülsüz ah, ufunu eşidən Qədir sağ böyrü üstündən, sol böyrü üstünə çevrildi və ucadan: - Niyə səhərin şirin yuxusunu burnumdan tökürsən, ay kor Vəlinin qızı? Bilmirsən ki, mən səhərin şirin yuxusunu dünyanın heç bir var- dövlətinə dəyişmərəm? Sən özünü nə qədər yeyib- töksən də, deyinsən də, xeyri yoxdur. Mən belə gəlmişəm, belədə gedəcəm. On il səhər növbəsində oxudum, onun hər gününü gecikdim. Çünki şirin yuxudan məni atamdan başqa kimsə oyada bilmirdi, o da döyə- döyə, söyə- söyə - dedi Qədir.

   Bu vaxt həyət qapısı bərkdən döyüldü. Gülüsüm əlindəki süpürgəni divarın dibinə qoyub,- Gəlirəm, gəlirəm. Bir balaca səbrin olsun, - deyə- deyə həyət qapısına tərəf getdi. Qapını açanda qarşısında Qədirin xalası oğlu, on ildən çox kolxoz sədri işləyən Qəzənfəri gördü. Ona, sabahın xeir Qəzənfər qardaş,- dedi. Hər vaxtın xeyir Gülüsüm- cavabını aldı.

   Qəzənfər kolxoz sədri işlədiyi bu uzun müddətdə hər kəsin hayına hay vermiş, əlindən tutmuşdu. Son vaxtlar qohumlarına daha çox diqqət yetirməyi göz qabağında idi.

   - Ay Gülüsüm, Qədir evdədir?

   - Qəzənfər qardaş, hə, evdədir, amma yatır. Keç içəri, yaxşı samavar çayımız var, sən bir stakan içənə kimi  mən də Qədiri oyadaram.

   - Yox, a Gülüsüm, qalsın sonraya. Tələsirəm, işim başımdan aşır. Sən Qədiri qaldır.

    Gülüsüm qaça- qaça özünü verdi yataq otağına: - Ə, Qədir, tez elə xalan oğlu Qəzənfər səni çağrırır.

     Qəzənfərin adını eşidən Qədir yerindən dik atıldı. Şalvarını tələsik geyinə- geyinə:

    - Hanı az?

     - Qapının ağzında səni gözləyir.

   - Az, evə dəvət elədin?

- Elədim a Qədir, elədim. Dədələrimizin goru haqqı elədim. Tələsdiyini dedi. Sən bir az əlli ol. Bu boyda kolxozun dağdan ağır kişisini qapı ağzında çox gözlətmə. Ayıbdır!

Qədir bu dar macalda:

- Az, sənə min dəfə deməmişəm elə and içmə?

-Demisən, a gözün qadasın alım. Amma mənim ondan böyük andım yoxdur.  Mənim dədəm yaxşı ata, səninki isə gözəl qayınata olub. Onların goru mənim üçün pirdi a Qədir.

  Qədir köynəyinin düyməsini bağlaya- bağlaya bir anda darvazanın yanında oldu:

- Xala oğlu, sabahın xeyir. Niyə içəri gəlmirsən? Gülüsüm qəşənk samavar çayı dəmləyib. Bir stəkan içərdin.

   Qədir heç vaxt Gülüsümün nə vaxt qalxdığını, nə vaxt samavara köz saldığını görməmişdi. Zalım oğlu səhərlər tezdən dururdu ki, Gülüsümün necə samavar qaynatdığını da görəydi də. Amma hər zaman çay dəsgahının yüksək səviyyədə olduğunu görürdü. Ona görə də Qəzənfəri çay içməyə inamla dəvət edirdi.

- Ə, mənim çay içməyə vaxtım var? İşim- gücüm tökülüb qalıb. Gedək idarəyə.

   Kolxoz idarəsi Qədirgilə çox yaxın idi. Ona görə də bir neçə dəqiqəyə idarəyə çatdılar. Nə idarənin həyətində, nə də içərisində bir kimsə yox idi. Xadimə Güldəstə istisnalıq təşkil edirdi. Qəzənfər sədr işləyəndən Güldəstə də idarədə xadimə işləyirdi. Hər gün səhərin gözü açılmamış  idarəyə gəlir, hər tərəfi tərtəmiz silib- süpürürdü. Çox səliqəli və təmizkar qadın idi. Kimsə onun bu illərdə bircə dəfə də olsa işə gecikdiyini görməmişdi. Qəzənfər Güldəstə arvada sabahın xeyir deyib, kefini soruşdu. Keçib yerində oturdu. Qədirə də bəyəndiyi yerdə oturmasını təklif etdi. Qəzənfər üzünü Qədirə tutub:

- Qədir, heç soruşmursan səhər tezdən səni bura niyə gətirmişəm?

- Xala oğlu, deyərsən bilərəm.

Qəzənfər ciddi görkəm aldı:

- Xala oğlu yox, yoldaş sədr. Bura dövlət idarəsidir, rəsmiyyət lazımdır.

   Qədir allanan kimi oldu. Hətta bir balaca qızardı da:

- Oldu, yoldaş sədr.- deyib, ciddi görkəm aldı.

-Deməli,belə yoldaş Hüseynov. Yuxarıdan ciddi partiya tapşırığı gəlib. Mən də çox götür- qoy elədim. Axıda sənə güvənib boynuma götürdüm. Bir də mənim nə həddimdir ki, yuxarının tapşırığını yerinə yetirməyim. Partiya töhməti verib, mitilimi atarlar bayıra. Qalaram sənin kimi işsiz, gücsüz.

   Qədir işarədən qanan adam idi. Hissh elədi ki, kolxozda yeni sahə açılır və bayaq " yoldaş sədr" dediyi xalası oğlu o sahəni ona tapşırmaq istəyir. Ona görə də dedi:

-Allah eləməsin, yoldaş sədr. O nə sözdür deyirsən? Məndən nə asılıdır de, can- başla qulluğunda durum.

   Qəzənfər mıs- mıs deməyin artıq olduğunu bilib, bir başa mustafaya keçdi:

- Yoldaş Hüseynov, bu günlərdə qardaş Ukraynadan 1 5 0 baş cins donuz göndərəcəklər. Biz də onu artırıb ölkənin ərzaq proqramının yerinə yetirilməsində pay sahibi olacağıq. Sən olacaqsan donuzçuluq fermasının müdiri.

   Qədiri təəccüb qarışıq heyrət götürdü.  Mən əminliklə deyərdim ki, bir müddər ağzı da açıq qaldı. Əliylə qulağını bir, iki dəfə dartdı. Sədrin dediyini eşitmirmiş kimi soruşdu:

- Nə dedin, yoldaş sədr?!

- Yoldaş Hüseynov, dedim ki, yeni yaradılan donuzçuluq təsərrüfatını sənə tapşırıram.

   Qədir xalası oğlundan belə bir təklifi yatsa yuxusunda da görməzdi. Amma indi səhərin gözü açılmamış, yuxunun bal kimi şirin vaxtında ona donuza baxmağı təklif edirdi. Ona görə də bütün rəsmiyyətə tüpürərək:

- Ə, yekə kişisən, bu nə təklifdir mənə edirsən? Məqsədin kəndin- kəsəyin içində məni bihörmət eləmək dir? Yadındadır, sən təzə kolxoz sədri olanda məni mal fermasına müdir göndərdin. Mən də sənə sağ ol deyib, başımı saldım aşağı, gecə- gündüz işlədim, üzünü yuxarıların yanında ağ elədim. Bir böhtançıya inanıb məni işdən çıxartdın. İşsizliyimdən istifadə edib adımın əvvəlinə bir "mal"sözü əlavə elədilər.Deyirsən bir gün də donuzun müdirliyindən çıxanda, admın qabağındakı "mal"ı çıxarıb, "donuz"əlavə eləsinlər?

   Xala oğlu Qədirin dedikləri Qəzənfəri cin atına mindirdi. Mindiyi atdan nə vaxt düşəcəyi də heç ağla batana oxşamırdı. Əlini şapıltıyla qarşısındakı mizə vurdu. Mizin üstündəki qrafinka yanındakı istakana dəyib cingildədi. Qəzənfərin qəzəbli səsi otaqla bir oldu:

- Ə, yekə kişisən, ağzına gələni danışma! Allahın olsun! Sənə "mal Qədir"adını rəhmətlik Püstə xalam qoymuşdu. O da uşaq vaxtı. Yazıq arvad elə- belə o adı sənə demirdi ki. Mal kimi hərəkət edirdin. Elə o hərəkətinə görə də səni əsgərlikdə donuza baxan qoyublar. Bilirəm onların dilini qara maldan da yaxşı bilirsən.

   Qədir xalası oğlunun faktla danışmağından anladı ki, tilova düşüb, tilovdan da çıxmaq onun üçün mümkünsüzdür. Ona görə də yumuşalmağa başladı:

- Nə deyirəm, sən deyən olsun.

- Bax, bu başqa məsələ indi oldun əziz- xələf xala oğlu. Elə indi durub gedirsən bir baş "qurd dərəsi"ndəki baxımsız qalıb uçub- dağılmış mal toylasına. Gör orda, neyləmək lazımdır ki, səliqə- səhman olsun. Cəkinib eləmə, nə qədər inşaat materialı lazımdır denən.  İnşaat birqadirinə tapşırmışam, səhər tezdən işçiləriylə orda olacaq. Uzağı üç günə toyla təmir olunub qurtarmalıdır. Donuza baxacaq işçiləri də özün seç, - deyə Qəzənfər son tapşırığını da Qədirə verib ayağa durdu və əlavə etdi,- üzüm sahələrinə baş çəkməliyəm- deyib otaqdan çıxdı.

   ...Səhəri gün Qədir donuza baxacaq işçiləri də müəyyənləşdirmişdi. Onlardan biri kəndin ən mağmın, dilsiz- ağızsız, pəltək sakini Ənvər idi. Ənvər anadan gəlmə pəltək deyildi. Sonralar olmuşdu. O da qorxudan. Kolxozun tarixində ən əzazil qoruxcu kimi ad çıxaran Qaraş bir salxım üzüm dərdiyinə görə onu atdöşü eləmişdi. Elə o vaxtdan Ənvər kəkələməyə başlamışdı. Buna görə hüquq- mühafizə orqanı Ənvərin atasının şikayəti ilə Qaraşın sıxma- boğmayla bir neçə min manatını alıb sərbəst buraxmışdı. Əsas da oydu ki, Qaraş dövlət əmlakını qoruyurmuş. Ənvər bir az da ağıldan o söz. Heç ona kimi saya da bilmirmiş. Ona görə də kənd cavanları onu ələ salmaq üçün soruşurlarmış:

- Ay Ənvər, ə,neçə donuzun var?

   Ənvər də deyirmiş:

- Ala donuz, qara donuz, boz donuz, 150 donuz.

   Bu Ənvər işə başlayandan sonra baş verəcək.

   Tövlənin təmiri Qədirin sayəsində Qəzənfərin dediyindən də tez başa çatdı. Qardaş Ukraynadan 150 baş cins donuz  vaxtında, vədəsində "Şəfəq" kolxozuna gətirildi.      

   Vaxt quş qanadlı olur deyillər. Pırr eləyib uçdu, ha elə dalınca çata bilməzsən. Qədirin donuzçuluq təssərüfatına rəhbərlik eləməyindən tam yeddi il keçmişdi. Bu yeddi ildə çox sular bulanıb durulmuşdu. Donuzçuluq "Şəfəq" kolxozunun ən çox gəlir gətirən sahələrindən birinə çevrilmişdi. Hərdən Rayon Partiya Komitəsinin birinci katibi Qəzənfərə deyirdi: - Ay Qəzənfər, halal olsun sənə, az müddətdə bu sahədə böyük naliyyətlər əldə elədin. Gərək elə qabaqcadan sənin kolxozunu donuzçuluq üzürə ixtisaslaşdıraydıq.

   Qəzənfər raykomun bu tərifindən bir balaca şişən kimi oldu və dedi: - Yoldaş katib, biz "istinni" musurmanıq axı! Buna yol vermək olmaz. Biz ancaq iribuynuzlu və xırda buynuzlu mal- qara saxlamalayıq. Donuzu qardaş xristian respublikaları saxlasın.

- Deməyinə düz deyirsən, amma yuxarıya nə "istinni" musurman. Mərkəz bizdən ət gözləyir. Ət! Gözlənilən ətin fərqi də var. Gərək filan qədər mal, qoyun əti olduğu kimi, filan qədər də donuz əti olsun. Bildin?

- Əlbəttə, bildim yoldaş katib.

     Kənddə Qədir adda bir neçə nəfər vardı. Hamsının da adının qabağında ayaması: "pota", "qaz", "nemes", "qara" və s. Bu Qədirlərin arasında mallığı ilə seçilən"mal" Qədirdə vardı. Yeddi il olardı ki, Qədirin adının qarşısındakı "mal" sözünü "donuz"la əvəzləmişdi kənd camaatı. Bu bizim hekayəmizin qəhrəmanı Qədir idi. Pardon, pardon, düz demədim. "Donuz Qədir".

   Aradan illər keçdi, kolxoz da dağıldı, onun maldarlıq, qoyunçuluq və təbii ki, donuzçuluq sahəsi də. Yeni quruluşda yeni- yeni sahələr yarandı. İndi pota,qaz, nemes, qara Qədirlər oldular, fermer, komersant, sahibkar Qədirlər. Bircə donuz Qədir, donuz Qədir kimi qaldı. Ona görə ki, o şirin yuxusuna haram qatıb bir işin qulpundan yapışa bilmədi.

 Məhərrəm Şəmkirli: Novxanı bağı. 20-25 iyul 2018-ci il.

      

  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam