Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

TÜKƏNMƏYƏN HƏYAT SEVGİSİ...


  •  
  • "Xeberinfo.com":Sevgi uca zirvə olsa da, bir ömur boyu onun şəfqəti hər an bizimlə yaşayır. Bütün sevənlərin qəlbində olduğu kimi, mən də sevgini bənzərsiz, kimsənin gözləri görməyəcək, hiss etməyəcək, özəlliklə nələrə qadir olduğunu, insanların həyatına rəng qatdığını və bu əsrarəngiz gözəlliyi həyatın özündə görürəm. Hərdən göylərin ənginliyini seyr edərkən o sevgini asimanda toplaşan buludların sevişərək vüsalın sevincinə bənzədirəm. Sanki sevişən buludları seyr etdikcə öz görünüşləri ilə şəstlə bizlərə demək istəyir. Baxın, sevgi hər an bizimlədir.Nə qədər dolub, boşalsaq da, ey sevənlər bizim də sevgimiz var. Hərdən əsən küləyin onlara mane olduğunu görəndə qəlbim titəyir, sanki gözlərim önündə sevişən buludların yox olacağı an, mənim də sevgim bitəcək deyə çox məyyus oluram. Səmada pəmbə buludlardan yaranan iki sevgili əl-ələ, göz-gözə həsrətlə bir-birinə baxsalar da, xəfif-xəfif əsən meh sanki,qısğanclıqla ağ topa buludları dağıtmağa calışaraq sevənləri bir-birindən ayırmağa tələsir. Sevgidən yoxluğa zərrə-zərrə əriyən səmadakı sevişən buludlar uçaraq, mənim qəlbimə doğru axır və mən xəyaldan ayılıram. Bu an gözlərimdən süzülən yaş gilələri yanağımı istlatdığını hiss etməmiş kimi özüm-özümə pçıldayıram . Demək tərk edən yoxluğun imiş məni ağladan. Əsasən deyirlər, gözlər həsrətdən ürək yanarsa yaş tökər. Görən məni kövrəldən hansı hissdir? Bəlkə məni vəcdə gətirən qəlbimi göynədən ilahi varlğın insan qəlbinə əta etdiyi sevgidir? Ömrümün xəzan çağında məni sinsidən, bəlkə həyatı sevməyim, vurğunluğumdur? Yox-yox bu tökülən göz yaşları ömrümdən, aylarımdan, illərimdən düşən yarpaqları itirdiyim üçündür. Hansı ki, o səhfələr vərəqləndikcə həyatımın boşluqları məni özü ilə çəkib aparır. Öz içində boğulan xəyallar məni geridə qoyduğum yollara yenidən yolçu edərək nə demək istəyir görən? İnsan həyatın gözəlliyini bəzən ömrünün payız çağında hiss edir, duyur.Arxasında buraxdığı göz yaşlarından islanmış yolların bir daha geri dönməyəcəyini bilərək nə qədər ağır olsa belə, ömrünə sıralanan yaşları yenidən geri dönmək, heç böyümməmək, uşaq qalmaq könlündən keçir. Bir baxın, görün xəyallar məni özü ilə olub bitənlərə necə də yolçu etdi.Eh... ey ürəyim səni tərk etmir həyatın nə acısı, nə də sevgisi. Bəlkə də gənc olsaydım bu düşüncələr məni yormazdı. Bəzən heç özümü anlamıram. Sanki həyatın bitəcəyi günü gözləyirəm. Amma nədən bilmirəm. Sanki bəzən qəlbimə həsrətdolu leysan yağır. Bu yağan yaqışdan ətrafa yayılan torpaq qoxusu mənə nələri xatırlatmır ki?! Düşündükcə xatirələr burulğanında gözlərin önündə yanan şamın ətrafında pərvanələr özlərini oda fəda edir. Onun yoxluğu isə yaddalara silinməyən izlər yazır ki, pərvanələr, sevgi naminə özünü oda atdı. Sevgidən yaranmış kül isə, varlıqdan yoxluğa deyil, zaman-zaman sevənlərin qəlbində yanaraq yenidən çatılır. Bir sözlə həyat varsa sevgi var, sevgi varsa həyat var. Yaşanan ömür isə arxada qoyduqun səhfələnə biləcək ömür kitabındır. Sevgi ilə yaşanan ömür, isə qaynayan bulaqdır, bu bulağın suyu içiləndə nə qədər dişləri göynətsə də, qəlbini könlünü isidir. Axı görməmək mümkünmü həyat varsa, insanın həyata olan sevgisi, tükənə bilməz qədər tükənməzdir.
  •  
  • TƏRANƏ ŞƏMS...08.11.2014.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam