Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MƏN BU OLMUŞAM...


  • "Xeberinfo.com":Bəzən, könül pçıltılarım mənimlə qol-boyun kövrək iniltili səslə qulağıma sanki, nalə çəkir.Həyat...! Ömür...! Çatılıb yana-yana qaralan KÖMÜR...Bəli danılmayan həqiqət! Nə gedir ömürdən, gündən, səndən gedir. Ömür yoluma nəzər salıb qaşqabaqlı həyatımı düşünəndə bəlkə də, bağçada xəzan vurmuş gülə bənzəyirəm... Solan gül danışası olsa sizlə dərdini necə bölüşər? Deyər, həyat məni küsdürdü, dilimi lal etdi susdurdu, sevgi, məhəbbət, yox olan həqiqət, sanki həyatı mənə qatbaqat süzdürdü.Görən küsən, susan həyatıma ayna tutsam nələri görərəm? Uşaqlığından doymayan şıltaq kövrək bir cocuq, hansı ki, o günlərə əlini uzatsa, əlləri üşüyər tutar onu soyuq.Arzuların qanadında gömüləm uşaqlıq, şıltaqlıq, itdi bir anlıq. Nəyi görürəm? Sevdalı gəncliyimin, naləsi, iniltisi vəfasızlığın pçıltısı,bax bu gün ittiham edir bunlar məni. Hər ömrümdən düşən yarpaq məni çəkir dara. Deyir, yana-yana bax, sən gedirsən hara? Tələsdin, tələsdin bir ömürboyu, Səni acıtmadımı keçdiyin həyat yolu? EH...! Bu verilən sualların cavabını kimdə, harda, nədə axtarım? Necə hər ötən ömür səhifələrini geri qaytarım. Geri qaytarım ki,gülsün üzümə, baxsın gözümə, üzmü qalıb, söz deyim düzü- düzünə. Hər an burulğanlar içində həqiqətin gözünə dik baxan, özünü çatıb yaxan, qürur axtaran, mənliyi önündə əyilməyən yaşaya bilərmi qayğısız? Bunlar azmış kimi həyatın namərd üzü daima məni əlləri yuxarı, ağ bayrağı əlimdə görmək istədi. Mən isə qüruruma baş əyərək, aşıb-daşan çayın axarına qarşı üzdüm, üzdüm və birdən qollarım boşaldı, sanki candan üzüldüm.Üzüldüm-üzüldüm, zaman-zaman sıralanıb muncuq tək ipə-sapa düzüldüm. Görən hansı qüvvə qıracaq ipə-sapa qatar olan ömrümü? Onsuz ki, taleyimlə fələk yetərincə oynayıb, daha məndə hey qoymayıb. Yalnız və yalnız aynada görünən acı həqiqət,o günlərə baxanda boynunu bükər və deyər. Özün qatdın həyatına zəhər, axtardığın nədir? Ya köhlən, ya kəhər? Hara qaçacaqsan? Özündən....izi qalan ömürdən, qapını döyəsi ölümdən! Yox, yox..! Həqiqət sən-sən, müsibət sən-sən, heyrət sən-sən! Kimdə nə axtarırsan? Ömrünə xəzanı sən gətirdin, gül açan ömrünü sən itirdin, yox etdin varlığını, bilmədin sevginin ağırlığını, bitirdin, sən bir həyatı bitirdin! Budur sənin əməlin, təməlin dərdim var deyib belinə bağladığın kəmərin, GÜNƏŞİ batırıb gözlədiyin QƏMƏRİN...heç söyləmə yoxdur TƏPƏRİM...Dözəcəksən, xəyalların ruhunu üzəcək, dərdinlə sevgili olub qol-boyun gəzəcəksən, vida edib o küsgün qaşqabaqlı həyatına, kölgə kimi göründüyün aynada əriyərək yox olub gedəcəksən və zaman gələcək ölümün gözünə də dik baxaraq ÖLƏCƏKSƏN...Var idin indi yoxsan, öz yükünə gözləri tox olmusan, dümənə isə sancılan OX olmusan bir ömürboyu... Düşməninsə özün, özün olmusan.. Bax budur acı-acı öz gözünlə süzərək, səstlə qarşımda durmusan, və deyirsən.MƏN BU OLMUŞAM...

TƏRANƏ ŞƏMS.02.11.2014.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam