Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

ÖLÜMÜ ÖLDÜRƏN

 
Yolunu gözlədim gəlib keçmədin,
Göyləri seyr etdim uçub enmədin,
Günləri ötürdüm gözə dəymədin,        
Yoluna duz səpib şeytanmı bəyim?
Yollar da xəyanət edibmi bəyim?
 
Tərksizə dözmədim vaxtı uzatdın, 
Baxışa vurğundum gözü qapatdın,
Görüşə tələsdim yolu şumlatdın,            
Şadlanan ruhumu küsdürdün bəyim,
Közərən közümü söndürdün bəyim.
 
Xətrinə dəymədim nədən incidin?
Əhdsizə dönmədim kimdən incidin?
Şeirə yön verdim sözdən incidin?        
Dostluğun yolunda xəta da olar,
Baxmazlar hər xırda nöqsana bəyim.
 
Ölümü öldürən canlı insansan,
Tanrıdan verilən bir xilaskarsan,
Tarixə düşənsən unudulmazsan,          
Ölümdə qənimtək tanındın bəyim,
Zülmətə dağ çəkdi  qılıncın bəyim.
 
Canlı bir dəliləm ölməməyimdə,
Sirrinə bələdəm ömürlüyümdə,
Sınaqdan kecmişəm bədəlliyimdə,        
Yaşamda bir müddət sınmışam bəyim,
Sonra da  qarantı almışam bəyim.
 
Genində görünməz ədalətin var,
İnsana əvəzsiz sədaqətin var,
Rəftarda bənzərsizünsiyyətin var,           
Bərabər olanlarazalır bəyim,
Səbəblər nədəndir bilinmir bəyim.
 
Ölümün əksinə sipər yaradan,
Qəflətli ölümdən insan qurtaran,
Son anda şikəstdə ümid oyadan,             
Ümidi vermisən yaşaram bəyim,
Sevinib həyatda daşaram bəyim.
 
Əbədi var olsun yaxşı insanlar,
Doğmalar,yaxınlar, dayaq olanlar,
Xəstəyə, şikəstə arxa duranlar,                 
Pis günü görməsə nadanlar bəyim,
Yaxşılıq anlamaz ömürdə bəyim.

Kicik arayış: lüğətdə bədəl -əvəz, bir şeyin yerini tutan,dəyər,qiymət,dəyişmə,təbəllüat kimi izah olunur. 
Quliyev ElxanSarı o.İyun 2018-ci il.
 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar