Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bəhri-təvil


 Yenixeber.org: Qələm tutub mənəm deyən, hər gözələ sənəm deyən, dolsa bulud çənəm deyən,  ağlım uçuq, səyəm deyən, eşit məni dinlə məni. Sözüm dəyər sillə kimi, zil təpinər, bəm ağlayar, biz olmasaq, yad edəcək ildə kimi, ürək yanıb qəm ağlayar, qoy ağrısın, yansın ürək, gözümdə çöp didə kimi. Qələm əlsiz yazılmaz, torpaq belsiz qazılmaz, qulaq duyar, dil danışar, hər deyilən söz olmaz, yanan ocaq köz olmaz, tüstü vurar yandırar, bir  dəlini,  qandırar, ürək xəstə deyilsə insan olan bayılmaz, ruhun əgər yatıbsa, top atılsa ayılmaz, yuxu gördün əyrini düz danışmasan, deyilənlə barışmasan,nədəndi bəs, bilmədin sən, belə yuxu  yozulmaz, eyhamı ki, vurmadın ha, sətiraltı söz olmaz. Lovğa-lovğa yayı dartmaq olmayır, sular qaba dolmayır,  iş də budur,  kimsə  görür, sormayır, əgər ölmək istəsən kilim kəndir olmayır, elə zaman gəlib ki, düz də düzü xırda-xırda doğrayır, düşən çalır, yeri itmir izi qalır, pay nə isə onu alır, nəyi sayır, nəyi qalır, hər nədirsə bilmirəm, göz ağlasa, söz ağlasa, palıd qopsa qoz ağlasa, məndə buyam silmirəm, sıra-sıra, say-say olan  dişi çöldə, əyri ağız olanlara gülmürəm. Danmaq olmur, biz insanıq, biz adamıq, yaxşı deyil,  pis insanıq, kimləri biz kim sanırıq. Adamsızıq, yaş yanırıq, ürək doyub daş yanırıq, zil səsimiz xırıldayır, nə edək ki, baş yanırıq, deyən yox ki, qaç yanırıq, süfrəyə düz dərdlərini, aç, yanırıq, nə yedik ki, boşdu qarın, qurhaqurla ac yanırıq...
Təranə Şəms   01.06.2018   

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam