Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

QEYRİ ADİ İSTEDAD

QEYRİ ADİ İSTEDAD

 

 

 

QEYRİ ADİ İSTEDAD

 

Yenixeber.org: İş keyfiyyətim qaydasında olsa da təqaüdə möhtac olmağım və özəl müəssisələrdə işləməyin mümkünsüzlüyü mühitə baxışlarımı bədbinləşdirmişdi. Demək olar ki, bütün günüm kompüterün qarşısında keçirdi.Bu vaxtlarda həmkarım, həmyerlim İbvrahim Çoban oğlu ilə görüşlərdə özündən kiçik qardaşı Aydın haqqında məlumat alırdım...

Aydınla ilk gürüşüm 70-ci illərin əvvəllərində keçmiş beş mərtəbə deyilən binanın qarşısından keçən tramvayın içərisində olmuşdu. İkinci görüşümüz isə 83-85-ci illər arasında Mərdəkandakı Bakı broyler quşçuluq fabrikinin kiçik –akt zalında baş vermişdi. Yerlərdən verilən sifarişlərə Aydın saz havacatlari ilə yanaşı özünün yazdığı şeirlərlə çalıb oxumasından bəlli olurdu ki, artıq o, aşıq yox, şair-aşıqdır.

Bu görüşdən mənə aydın oldu ki, Aydın şair-aşıq kimi püxtələşmə ərəfəsindədir.Bəli, o, yaradıcılığında yeni bir incəsənət sahəsinin yaradılmasının elmi bazasının özülünü qoymuş olduğunu anlaya bildim.

Aydın Çobanoğlu haqqında mükəmməl kitab yazıldığını özündən böyük qardaşı və həmkarım İbrahimdən məlumat alırdım. Nəhayət onun adıyla nəşr olunmuş “ÖMRÜN ETMƏYƏCƏK VƏFA DEDİLƏR” kitabını 25 noyabr 2014-cül il tarixdə həmkarım İbrahim mənə hədiyyə olaraq təqdim etdi.

Şeirlərində məni çox təsirləndirən kənddə təsərrüfat və istehsalat avadanlığı sahəsində mahir sənətkarlığı ilə yanaşı saz çalıb oxumağıyla şöhrət qazanmış Atası Çoban kişiyə həsr etdiyi “Atalar görməsin oğul dağını” mərsiyəsidir(səh.209):

“Mənim kimi köçsün hamı dünyadan,

Nə ağla, ay oğul, nə kəs səbrini!

Atalar görməsin oğul dağını,

Kaş nəvələr qazsın baba qəbrini”!

 

Sözündən güc alıb, nuru zülmətə,

Sevinci kədərə daşıdacağam.

Çobanoğlu deyə bu gündən belə,

Adını adımla yaşadacağam.

 

Keçən əsrin ortalarında dünyaya göz açdığımdan Əlimərdanlı kəndində iki nəfərin Cavad Ağamalı oğlu İsmayılovun və İbrahim Mirzə oğlu İsayevin fitri istedad sahibi olduqlarını bilirdim. Aydın Cobanoğlunun yaradıcılığını araşdıranda mənə məlum oldu ki, kəndimizdə ücüncü qeyri adi talant sahibi Aydınçobanoğludur.

Yeri gəlmişkən bunu qeyd edim ki,”LƏYAQƏT SİMVOLU” adında iri həcmli birinci sənədli hekayəmi Cavad İsmayılovun həyat və fəaliyyətinə həsr etmişəm.

Bir oxucu kumu məni ağrıdan halllardan biri də budur ki, Aydını yaradan Tanrı onu görücü ilə qrşılaşdırmışdır (səh.101):

Bilinməz heç qədri gülün, dedilər,

Can-can deyən şirin dilin, dedilər.

Az qalan oduna elin, dedilər,

Aşıq el yolunda ölər, dedim mən.

 

Bəxtinə yazılıb cəfa, dedilər,

Cobanoğlu sürməz səfa, dedilər.

Ömrün etməyəcək vəfa, dedilər,

Onu həyat özü bilər, dedim mən.

Şeir yazarlığında Molla Panah Vaqif, Dədə Ələsgər,Səməd Vurğun və Süleyman Rqstəm yolunu gedən Aydınçobanoğlunun bütün şerlərində oxucunu cəlb edən axıcılıq vardır.

İnsan gözəlliyini ustad şair kimi vəsf edə bilidir:

Mina boylu,şux qaməti,

Düz ilqarı, sədaqəti,

Məhəbbəti, ünsiyyəti,

Sözü gözəl olmalıdır. (səh.38)

 

Naz ilə sallandı,yanaq allandı,

Mehriban dilləndi,dodaq ballandı,

Örpəyi yelləndi, evə yollandı,

Aydını dərdlərə saldı bəxtəfər. (səh.85)

 

Dilini şəkərdən,baldan eləmə,

Qəddini yaşıldan,aldan eləmə,

Aydını ağ üzdə xaldan eləmə,

Ömür azdı, yarananlar köçəndi. (səh. 95)

O, qanunsevər olduğunu deməklə yanaşı

obyektiv gercəkliyin onun beynində düzgün əks olduğunu-məntiq elmindən də xəbərdarlığını oxuculara çatdıra bilibdir:

Həyatım,vüqarım, yetkinliyimdir,

Vicdanım, məsləkim,bütövlüyümdür,

Aydınam,iradəm, məntiqliyimdir,

Müqəddəs kitabım,-əsas qanunum! (səh. 96)

 

Mahir sənət korifeyləri də unudulmayıb:

Çobanoğlu sözün deyər bir kərə,

Bir dinə, mənsəbə bağlıdı hərə,

Sazda Ədalətə,səsdə Əkbərə,

Şeirdə Bəhmənə İtaətim var.(səh.108)

 

QOÇ KOROĞLU SORAĞINA GƏLMİŞƏM

Qönçələnib bu çiçəklər,bu güllər,

Ətirlənib bu çəmənlər,bu çöllər,

Al geyinib bu obalar, bu ellər,

Qədim oğuuz torpağına gəlmişəm.(124)

 

Çobanoğlu, səslə, eli, obanı.

Təbrizi, Mərəndi, həm Marağanı!

Seyr elə Şəruru , gəz Naxcıvanı,

Qoç Koroğlu sorağına gəlmişəm. (səh.124)

Aydınçobanoğlu aşıq musiqi sənətini Sovetlər biliyindən əlavə Qərbdə , Böyük Orta Asiyada və Şərqdə də təbliğ edib tanıtdıra bilmişdir.

Həmyerlimiz professor Qəzənfər Paşayev yazır: ”Aşıq Aydın Çobanoğlunun ilk uğurları 1975-77-ci illərə tasadüf edir. I Ümümittifaq festifalının Laureatı adını 1977-ci ildə qazanıb. 1977-79-cu illər-Gənc Aşıqların Respublika baxış müsabiqələrinin qalibi, 1984—cü il Polşa Xalq Respublikası Zelena-Qura şəhərində keçirilən XI Beynəlxalq Folklor Festifalının Laureatı, 1985-ci ildə isə II Dünya müharibəsində qələbənin 40 illiyinə həsr edilən Ümumittifaq festifalının laureatı, 1987-ci il- Oktyabr Sosialist İnqilabının 70 illiyinə həsr edilən II Ümumittifaq Xalq Yaradıcılığı festfalının Laureatı, sənətdəki uğurlarına, zəhmətkeşlərin və gənc nəslin estetik tərbiyəsində mühüm xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Sovetinin fəxri fərmanına,1988-ci ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci il-Almaniya Demokratik Respublikasına (fevral,mart) “Dostluq səfəri”ndə Xalq çalğı alətləri ansamblı ilə birlikdə rəhbər kimi Abşeron Rayonunu təmsil etmiş və çıxışlarına görə fəxri fərmana layiq görülmüşdür.

Onun aşıq sənətinə dair publisistik-elmi araşdırma xarakteri daşıyan çıxışı da diqqət çəkir. Professor Q.Paşayev yazır: “02-08 aprel 1988-ci il tarixdə Sank-

Peterburqda kecirilən XVI “Folklor və gənclik” Ümumittifaq elmi təcrübi konfransında “Aşıq sənətinin öyrədilməsi yolları” mövzusunda məruzə ilə çıxışı müxtəlif millətlərin nümayəndələrinin və sənətşünaslarının hafizələrində xalqımızın əvəzsiz incisi olan aşıq sənəti, aşıq musiqisi barədə aydın təsəvvür yaratmışdır”.

A.Çobanoğlu 1990-91-ci illərdə Türkiyənin Konya şəhərində kecirilən“Konya Aşıqlar Bayramı”nda Qarslı aşıq Murad Çobanoğlu ilə yarışmada festifalın baş mükafatına –Atatürk qızıl medalına layiq görülüb.

Kitabın tərtibçisi Professor Q.Paşayev qeyd edir: “İvanova-Frankovsk konservatoriyası “SSRİ Xalqları müsiqisi” kafedrasının müəllimi, musiqişünas A.M. Turqanskaya: “Ecazkar aşıq sənətindən çox böyük həzz aldım. Mənə elə gəlir ki, doğma mahnılara vurğunluğu aşıqlardan öyrənmək lazımdır. Sizə böyük yaradıcılıq uğurları arzu edirəm ki, Sizin incəsənətinizlə bütün SSRİ xalqları tanış ola bilsiblər!”

Çıxışımın sonunda Aydınçobanoğlunun ünvanına alimlər tərəfindən söylənilən faktları qeyd edirəm.

1.Professor Q.Paşayev yazır:Yaxşı yadımdadır,o,ADU-nun filologiya fakultəsini bitirəndə görkəmli folklorşünas alim, prof. Vaqif Vəlyevin rəhbərliyi ilə “Aşıq Nəcəfin həyat və yasradıcılığı” mövzusunda diplom işini yazmışdı. Diplom işinin müdafiəsində Xalq şairi, prof. Bəxtiyar Vahabzadə demişdi: ”Bu diplom işi

həcminə və mövzu əhatəsinə görə namizədlik işinə layiqdir. Mövzunun adını dəyiş, “ II Dünya müharibəsi illərində Tovuz aşıqları” adlandır və müdafiə et”.

2.İyirmi ildən artıq Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvü kimi, gənc alimlərin elmi rəhbəri kimi, onlarla doktorluq və namizədlik dissertasiyaların müdafiəsində rəsmi opponent kimi cıxış edən tədqiqatçı kimi, respublikada folklor üzrə Əlaqələndirmə Şurasının sədri kimi tam məsuliyyətlə deyə bilərəm ki, Aydının diplom işi indiki tələbləri nəzərə almaqla, azca əl gəzdirməklə namizədlik dissertasiyalar qarşısında qoyulan tələblərə cavab verir.

3.Nəhayət bir oxucu kimi Aydınçobanğlunun yaradıcılığı haqqında fikrimi aşağıdakı qeydlərimlə yekunlaşdırıram. Aydınçobanoğlu snətə şair,bəstəkar, ifacı-müğənni, publisit kimi qədəm basıb qeyri adi-fitri, görünməmiş istedad (neobıknovennıy talant)sahibi olduğunu sübuta yetirmiş,incəsənətin yeni bir təzahür- Şair -aşıq -musiqi yaradıcılığı formasını meydana gətirmişdir. Bax bu forma incəsənətdə təkrarsız və əvəzsizdir.

Aydınçobanoğlunun həyat və fəaliyyətini əks etdirən ”ÖMRÜN ETMƏYƏCƏK VƏFA DEDİLƏR” kitabındakı şeirlərinindən seçmələr edib internetə ötürməklə onu təbliğ etməyə çalışıram ki, vətəndaşlarımız şeirləriylə aşıq musqi sənətini zənginləşdırən yaradıcı oğlunu yetərincə tanıya bilsinlər. Bu kitab cəmi beş yüz nüsxədən ibarət dərc olununmuşdur. Belə qiymətli bir

kitab satışa nə də kitaxanalara verilmir. Bu kitab Aydınçobanoğlunun kimliyini təsdiq edən yeganə rəsmi sənəddir. Həmin kitab ücün hüdüdsuz əziyyət cəkib faktları toplayanlar Aytən Aydın qızına, Səyyad Aydınoğluna, tərtibci və ön sözün müəllifi Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevə can sağlığı və fəaliyyətlərində yeni uğurlar arzu edirəm.

(Birinci hissənin sonu)

Quliyev Elxan Sarı o. 01 may 2018 ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam