Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

DƏRDƏ MƏLƏYİM

DƏRDƏ MƏLƏYİM

 

 

DƏRDƏ MƏLƏYİM  

 

Fərqinə varmadız deyilənlərin,  

Didərgin olubdur zərrə Mələyim.  

Qurbanı oldunuz acı dillərin,  

Yurdundan köçübdür Zöhrə Mələyim.  

 

Fələkli acılıq qapı bağladı,  

Hönkürtü, ayrılıq ürək dağladı,  

Zülmətli halətdən bəbək ağladı,  

Bataqlıq dərs deyir mənə Mələyim.  

 

Səmadan daş yağdı yurdum çalxandı,  

Xunxardan xar qaldı mülküm talandı,  

Fitnədən,fəsaddan ömrüm odlandı,  

Varlğım köçübdür külə Mələyim.  

 

Qəriblik naləsi mühit dərsidir,  

Həsrətlik idmisi əsrin kəsridir,  

Ayrılıq əbədi nəslin əksidir,  

Çarəsiz dərdlərdir nəvə Mələyim.  

 

Yadıma düşdükcə ömrüm, söykəyim,  

Hər səni andıqca sözüm, diləyim,  

Göz yaşı tökdükcə fəxrim,bəbəyim,  

Sevincim qarışır qəmə Mələyim.  

 

Nənə də unutmur tək ad gününü,  

Baban da gözləyir o şad gününü,  

Mustafa izləyir büsat gününü,  

Bircə qız nəvədir buta Mələyim.  

 

Xoşbəxtlik doğuran insan zehnidir,  

Bədbəxtlik gətirən insan dilidir,  

Yenilik kəşf edən insan elmidir,  

Haçadil düşməndir vara Mələyim.  

 

Düşməni dost bildi cüt əzizlərim,  

Şərləri dinlədi “çox” bilənlərim,  

Xarları eşitdi söykəndiklərim,  

Cəm cismim bağlıdır dərdə Mələyim.  

 

Çox gördü xoş günü zaman Anana,  

Xor baxdı yaxşıya, aman qanana,  

Birdimi , beşdimi nöqsan sanana,  

Göz yaşı tökdürür mənə Mələyim.  

 

Qövr edir qəlbimdə kədərləndiyin,  

Körpəlik dövründə əzabkeşliyin,  

Bir uzaq məkanda didərginliyin,  

Dözürəm hicrana hələ Mələyim.  

 

Didərgin həyatı yaşayar körpə?!  

Gəlidimi həyata qüsurlar örtə?  

Razımı qalarlar sizlərdən ölkə?

Vaxt gələr qayıdar yurda Mələyim.  

 

Kiçik arayış: lüğətdə aman- rəhm, mərhəmət kimi izah olunur  

Quliyev Elxan Sarı o. aprel 2018-ci il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam