Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

BİR YAZIÇI TANIYIRDIM, CƏMİL ƏLİBƏYOV ADINDA

 

 

    BİR YAZIÇI TANIYIRDIM, CƏMİL ƏLİBƏYOV ADINDA

 

Yenixeber.org: İnsan yaşa dolduqca qəlbində tamam başqa duyğular, hissilər baş qaldırır. İstəyib, istəmədiyindən asılı olmayaraq hərdən ömrünün geridə qalmış, bundan sonra yaşaya bilməyəcəyin illərinə qısa bir səyahət edirsən. O illərin içində qalan acı, şirin xatirələrini yada salıb,göz önünə gətirirsən. Bəzən ömrümüzün ötüb keçən illərini payızda budağından düşən saralmış yarpağa bənzədirik. Bu yarpaqlar çürüyüb torpağa qarışır. Qopduqları budaqlarına qayıtması da mümkünsüzdür. Bizim ömrümüz də eynən belədir. Payızı gələndə torpağın üstündən altına getməlidir. Onun qarşısını kəsmək, yolundan qaytarmaq isə ağla gəlməz bir şeydir. Bu təbii bir prossesdir.Bunu bilənlər, dərk edənlər yaşadığı müddətdə ancaq yaxşı işlər görüb özünə əbədilik qazanır, insanların yaddaşına köçür,hər zaman xatırlanır və xoş xatirələrlə yad edilir.

  Bir yazıçı tanıyırdım Cəmil Əlibəyov adında,soyunda. Özü də qiyabi. Bu tanışlığım əsərlərindən və tutduğu vəzifədən irəli gəlirdi. "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarını oxumuşdum. Tutduğu vəzifə də "Azərbaycan gəncləri" qəzetinin baş redaktori idi. "Azərbaycan gəncləri" bütün Azərbaycan oxucular kimi mənim də sevimli qəzetim idi. Və bu qəzetin hər nömrəsində baş redaktor kimi Cəmil Əlibəyovun adını oxuyurdum. 

   İlk dədə mən Cəmil Əlibəyovla 1992-i ilin soyuq dekabr ayının 18-də "Azərbaycan dünyası"-Beynəlxalq əlaqələr mərkəzinin ədəbi- bədi, publistik nəşri olan "Novruz" qəzetinin redaksiyasında (redaksiya o vaxtkı Azərbaycan Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin binasında yerləşirdi)  öz otağında görüşmüşəm. Otaq deyəndə gözünüzün önünə katibəli, işıqlı, geniş, isti otaq gəlməsin. Cəmil müəllim kiçik, soyuq bir otaqda oturmuşdu. Üşüdüyündən paltosunu da çiyninə atmışdı. Otağın qapısı açıq idi.Bağlı olmağının da bir elə əhəmiyyəti yox idi. Çünki otağın havası ilə çölün havasında elə bir fərq hiss olunmurdu. Şəhadət barmağımı qatlayıb arxasıyla açıq qapını döydüm. Cəmil müəllim qarşısındakı yazıyı oxuyurdu, səsə başını qaldırıb məni gördü və həmin anda dedi:

-Buyur oğlum, keç içəri, eşidirəm.

 İlk əvvəl salam verdim, salam aldım,sonra çəkinə-çəkinə:

-Cəmil müəllim, bir-iki xırda yazı (heç vaxt kiməsə deməzdim ki, şeir,hekayə gətirmişəm. Bu mənim tərəfimdən yekəlik olardı. Bu gün də eyni ifadəni işlədirəm.) gətirmişəm.

- Ver,görüm.

  Tələsik- tələsik əlimi paltomun döş cibinə salıb, şagird dəftərinin iki vərəqinə yazdığım yazını çıxarıb Cəmil müəllimə verdim. Diqqətlə oxumağa başladı. Onun nə qədər ciddi və tələbkar olduğundan məlumatlı olduğumdan həyacanla, bir azda ürkək- ürkək nə deyəcəyini gözləyirdim. Az keçmədi ki,başını oxuduğu vərəqdən qaldırdı. Üzündə ilıq bir təbəssüm gördüm. Və bundan sevinib rahatlandım. Həyacanım yavaş-yavaş yox oldu. Cavabını gözlədim. Dedi:

- Pis deyillər.Qəzetin növbəti sayında verəcəm.

 Təşəkkür edib, qəzetin yeni sayının sevincini yaşaya- yaşaya sağollaşıb balaca otaqdan çıxdım.

  Qəzetin növbəti sayının 7-ci səhifəsində "Oxucularımızın yaradıcılığı" başlığı ilə "Yaşa gəlin!", "Talandı dünya", "Sən gördüyün şəhər deyil", "Darıxma gözümün işığı" adlı mənsur şeirlərim çıxmışdı. Amma imzasız. Buna baxmayaraq zəng edib Cəmil müəllimə dərin təşəkkürümü bildirdim. Və sonda onu da əlavə etdim ki, yazılar imzasız gedib. Bu xəbərdən yazıçı mütəssir olub, üzür istədi və növbəti sayda yalnışlığı düzəldəcəyinə söz verdi.

  Aradan çox keçmədi ki,hansı səbəblər üzündənsə qəzetin nəşri dayandırıldı. Aradan bir az keşməmiş qəzet köşklərində geniş formatda "Vahid"adlı qəzet göründüm. Bu qəzetin də baş redaktoru Cəmil müəllim idi. Redaksiya indiki İstiqlaliyyət küçəsiylə kəsişən Adil Babayev küçəsində yerləşirdi. Bu ünvan mənə sovet dönəmindən tanış idi. Bu ünvanda "Elm və Həyat"jurnalı çıxırdı.Və bu jurnalda da dəyərli dostum Ağil Abbas şöbə müdiri işləyirdi.Tez-tez görüşürdük. Onun otağında ədəbiyyatdan,sənətdən, bu günümüzdən, sabahımızdan söhbətlər edər, fikir mübadiləsi aparardıq.

  Cəmil müəllimdən gördüyüm qayğı, səmimiyyət, diqqət mənə imkan verirdi ki, yenidən onun görüşünə  gedim, yeni qəzetini təbrik edib,uğurlar diləyim. Və eyni zamanda imkandan istifə edib yeni yazımı da qəzetə təqdim edim. İş yerim redaksiyaya yaxın olduğundan "İşıq" adlı mənsur şeirimi də götürüb Cəmil müəllimin yanına gedirəm. Baş redaktor bu iş yerində işıqlı,  geniş və isti bir otaqda oturub. Əl verib görüşürük, bir- birimizdən hal-əhval tuturuq. Məni tanıyır. Yeni qəzetinin nəşrə başlaması münasibətilə ürəkdən təbrik edib, uğurlar diləyirəm. Təşəkkür edir. Sonra gətirdiyim "İşıq"adlı mənsur şeirimi Cəmil müəllimə verirəm. Diqqətlə oxuyur. Gözüm ondadır, üzündəki dəyşirikliyi və qəzəbi görürəm. Üzünü mənə tutub:- Oğlum, bilirsənmi Qarabağ niyə əlimizdən getdi?- deyə soruşur. Mənim nə deyəcəyimi gözləmədən özü də öz sualının cavabını verir:- Ona görə ki, Qarabağ bizim deyildi. Planlı surətdə çar Rusiyası və ondan heç nəylə fərqlənməyən SSRİ adlı imperiya oranı erməniləşdirib elə onlara da vermişdi. Qarabağ bizim deyildi,- və əlavə etdi:- Mənim Bakı kəndlərinin birində bağ evim var. Qanımı tökər, canımı verərəm,amma ordan bir qarışda torpaq kimsəyə vermərəm. Çünki o torpağı mənə dövlətim verib, burda rusun əli yoxdur. lazım olsa elə də qytarıb dövlətə verərəm.

 Cəmil müəllimin içində bir yanğı, bir alov vardı. Doğulub boya- başa çatdığı eli, obası da, dünyada olan haqsızlığın, ədalətsizliyin ucbatından ermənilər (təbii ki, havadarlarının köməyi) tərəfindən işğal olunmuş, günahsız insanların qanı tökülmüş, soydaşları qaçqına, köçkünə çevrilmişdilər, qoltuqlara sığınmışdılar. Yazıçı, ziyalı üçün bundan ağır, bundan üzücü dərd olmazdı.  

 Aradan bir həftə keçmişdi, amma yazıdan bir xəbər yox idi. Ona görə də Cəmil müəllimə zəng elədim. Sanki zəngimi gözləyirmiş kimi soruşdu:

-Oğlum, hardasan? Cavab verdim ki, sizin redaksiyaya yaxın bir yerdəyəm.

- Eləsə,dur gəl bura. Şeirinə bir söz əlavə eləmişəm.Gəl,birlikdə baxaq.

-Cəmil müəllim,düz eləmisiniz. Mənim etirazım yox, təşəkkür edirəm,-dedim.

-Yox,oğlum,gəl birlikdə baxaq. Mən də otaqda təkəm, Mənimlə həmsöhbət olmaq istəmirsən?- deyə soruşdu.

- Cəmil müəllim,mənim üçün ayıb olar ki. On dəqiqəyə yanınızdayam,- dedim və otaqdan çıxdım.

  Cəmil müəllimin sözə, söz sahibinə diqqəti, qayğıkeşliyi, böyüklüyü, müəlliflərə səmimi münasibəti mənə necə qol- qanad vermişdisə, mən dediyim vaxtdan da tez çatdım Cəmil müəllimin yanına.

 Salam verib, əl tutdum, kefini soruşdum. -Otur oğlum,otur,-dedi. Boş stullardan birini çəkib üzbə-üz oturdum. Yazını götürüb başdan oxumağa başladı. Məzmunu belə idi. Qaranlıq bir gecədir. Göz- gözü görmür. Bu qaranlıqdan çıxmaq üçün əlimizi bir- birinə uzadırıq, amma əlimiz çatmır. Bundan məkircəsinə istifadə edən düşmən dörd tərəfimizi alır. "Olum, ölüm"qarşısındayıq. Bu vaxt yolumuza gür işıq düşür. İşıqda bir qoca görünür.Soruşuruq ki, kimsən? Cavab verir:-Mən sizin dədənizəm, gəlmişəm deyəm ki, qaranlıqda haqqa qovuşmaq olmaz. Ocaq çatın.Ocaq çatılır və dədə deyir:- İndi ocağa and için.

Yazının bu yerində Cəmil müəllim dayanır. Bax, bu cümləni səndən icazəsiz şeirinə əlavə etmişəm. Etiraz etmirsən?- deyə soruşur. Cəmil müəllimin bu cümləsi mənsur şeirimə qan, can vermişdi. Məyər buna etiraz etmək olardı? Qətiyyən yox! Ona görə də ona təşəkkürümü bildirdim, Çox sağ olun dedim. "İşıq" mənsur şeirim qəzetin növbəti sayında çap olundu. Çox keçmədi ki, "Vahid"qəzeti də nəşrini dayandırdı. Mənim də alicənab, böyük şəxsiyyət və yazıçı olan Cəmil Əlibəyovla əlaqəm kəsildi. Təzə- təzə çıxan qəzetləri izlədim, dostlardan soruşdum, Çəmil müəllimin yerini bilib deyən olmadı. Amma mənim kimi tanınmayan sadə bir yazara göstərdiyi diqqəti və dəyəri hər kəsə, (təbii ki, daha çox söz adamlarına) hər vaxt danışır, təqdir edirdim.

  Aradan uzun illər keçmişdi. Bir gün (daha doğrusu bir gecə) Cəmil müəllimi Gənc Tamaşaçılar Teatrının foyesində paltosunu asılqana verən yerdə gördüm. Sevindim. Tez ona yaxınlaşıb "axşamınız xeyir, xoş gördük Cəmil müəllim"- deyib əlini sıxdım. Tanışlıq verdim. Üzü güldü. Mənə göstərdiyi diqqəti, yazıma elədiy düzəlişi unutmadığımı, sözdən söz düşəndə söz adamlarına bunu danışdığımı dedim. Cəmil müəllimin üzündə sevinc, fərəh, nur gördüm. Sanki qarşımda işıq adam dayanmışdı. Gözləri gülürdü, təşəkkürünü, minnətdarlığını gözlərindəki gülüşündə gördüm. Xəstəydi, danışa bilmirdi. O, həqiqətən də işıqlı, nurlu insan idi. Tamaşanın başlayacağını bildirən sonuncu zəng vurulanda, sağollaşıb ayrıldıq. Bu mənim Cəmil Əlibəyovla sonuncu görüşüm oldu. Böyük yazıçı və əvəzsiz kişi uzun sürən ağır xəstəlikdən 26 oktyabr 2014- cü ildə dünyasını dəyişdi. Allah rəhmət eləsin, ruhu şad olsun.

                                                        Məhərrəm Şəmkirli

 

     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam