Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Nadir Ziyadlı- Şeirlər

 

 

DƏCƏL SEVGİLİM

 

Sənə çox nəzərlər baxmışdır hədər

Min il yol gəlmisən sən mənə qədər

Gəl aç qollarını dola boynuma,

Könlümdən gör keçir, nələr,eh nələr.

 

Sənin zəhərli dilin necə şirinmiş

Zəhərli,həsrəti də, şirin mələyim.

Daha yuxular da sənsiz olmayır,

Nə olur, gəl yuxuma, doysun gözlərim.

 

Nədən susdun belə, işvəlim mənim

Nazına möhtacam, cilvələnsənə,

Ay tikanlı gülüm, gözəl sevgilim.

Mənə vüsalından bir pay versənə!

 

                                                                                  NADİR ZİYDLI.2014.15.02.

 

 

 

SƏNƏ QAYIDACAM...
Sənə qayıdacam,sənə nə vaxtsa 
Siləcəm, gözünün kədər-qəmini.
Saçına, gözümlə sığal çəkəcəm,
Sıxacam köksümə kövrək əlini.

Dəli bir hayqırtı salacaq dünya
Həsrətin oduyla alışacağam.
Sənin bircə anlıq təbəssümünü,
Qismətim bilərək barışacağam.

Bəlkə də bu qatar qismət payımmış
Mənə SƏN adlanan dünya yetirdi.
Bəlkə də, qismətdə bir eşq varıymış,
Onu da bu qatar salıb itirdi.

 

 29.07.2014.  Nadir Ziyadli..QIPÇAQ.

 

 

 

 

 

 YUMULUR GÖZÜM...

 

Dünyanın ən gözəl qadını kimi,
Ölümü də sevəndə, gözəlmiş necə.
Bir azca ərköyün, bir azca şıltaq,
Bir azca dəlisov,bir azca uşaq,
Bir az da, xəlvəti özəlmiş necə.

Bu sınaq dünyada, sınıq dünyada,
Əbədi dünyada, yıxıq dünyada.
Bu salxaq dünyada, qırıq dünyada,
Ölüm də sevilən də, gözəlmiş necə,
Qismət tək,tale tək, özəlmiş necə.

Gör neçə illərdi canı ölüyəm,
Elə pərən-pərən, bölük-bölüyəm. 
Verib öz əlimdən bəxt payımı mən,
Tale qapısında təpik döyürəm.
Bu tale qapısıölümdən betər,

Sevimli qadının, ağuşu ÖLÜM,
Harda dinclik varsa cənnətdi ora,
Bəlkə də sevimli qadındı ölüm,
Sevilə-sevilə dizinin üstə.
Sevilə -sevilə, yumulur gözüm... 

 

(Nadir Ziyadli Qıpçaq) 17.08.2014.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam