Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Məntiq”lər diqqət çəkir

Məntiq”lər diqqət çəkir

 

 

 

 

”Məntiq”lər diqqət çəkir

 

 

Yenixeber.org: Hörmətli oxucular. Təqaüd artımına yazdığım “Sağır faiz” adında bayatılarda “məntiq” sözünü işlətmişəm. Həmin sözün oxuculara tam aydın olması ücün izahat verirəm.

Məntiq barədə Alman filosfu HEGEL Georq Vilhelm Fridirixin “Məntiq elmi”əsərində məlumat verilmişdir. Hegel fəlsəfəsinin ən qiymətli nailiyyəti “Məntiq elmi” əsərində tam şərh olunmuş dialektikasıdır (ASE,cild 10,səh.168).

1.Məntiq –təfəkkürün forma və qanunları haqqında elm. Məntiq həmçinin insan şüurunda obyektiv gerçəkliyin düzgün inkasını bildirən obyektiv termin kimi işlədilir.

2.Professor Lütfi Rəhim o. Ələsgərzadə 1965-ci ildə reallığa fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini meydana gətirmişdir. O, müsahibə verərək deyir:”Mən öz işlərimdə qeyri-səlis məntiqə əsaslnaraq süni intellektə (idrak) önəm verirəm. Qeyri-səlis məntiq insan məntiqinə yaxındır,mən də bu sahəni inkişaf etdirməyə çalışıram. Qeyri-səlis məntiq sübut olunmalı və inkişaf etdirilməlidir. Onun

Azərbaycanda inkişafını və tətbiqini zəruri hesab edirəm.”

3. Lütfi Rəhim o.Ələsgərzadə əsərləri ilə adamların beynindəki maddi aristotal məntiqini öz qeyri-səlis məntiqi ilə dağıtmışdır.

Şeir-müraciət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Dövlət Tarif Şurasının, Respublika İqtisadiyyat Nazirliyinin və Satış marketlərinin əməkdaşlarına aiddir.

SAGIR FAİZ

Narahatam qeyrətindən,

Əzablıyam qüdrətindən,

O günə qurban kəsərəm,

Azad olsan vəzifəndən.

 

Söz danışdın pensiyadan,

Hay haraylı artımından,

Nəfəs verdin əyri işə,

Nazir təyin olunandan.

 

İşbazları anlayansan,

Hədiyyəylə maraqlısan,

Pay-bölüşün təftişlərdə,

Hax yığandan bac alansan.

 

Yardım artır altı faiz,

Qiymət qalxır on bir faiz,

Aristotal məntiqində,

Maddiyyətdə sağır faiz.

 

Məyus olduq xəbərindən,

Ucuz-məcaz işlərindən,

Artımın da xəstə halda,

Ruhlanırsan əməlindən.

 

İri canda durum olmaz,

Yoxsul gədə işıq saçmaz,

Papaq seçib bığ qoysa da,

Köksüz gəda kölgə salmaz.

Gənclərimiz köçüb itir,

Alimlərimiz küsüb gedir,

Xaricilər sərvət görüb,

Əqrabayla uçub gəlir.

 

Kərəmlik insanın soy kökündədir,

Dərinlik kişinin irz genindədir,

Kamillik mətinin özülündədir,

Tanrıdan verilən satılmır barda.

 

Şüurun saflığı mayəsindədir,

Mənliyin sərvəti təməlindədir,

Yazarın qeyrəti qələmindədir,

Haqq işə dəstək var Ulu Tanrıda.

 

Az qalıb keçərsən haqqın çarxına,

Fırlanıb düşərsən çarxın mıxına,

Əl verib çıxmısan zülmün taxtına,

Hövsələ, dəyanət vardır Tanrıda.

 

Qiymətlə milləti cəkməyin dara,

Müstəqil dövləti satmayın xara,

Verməyin imkanı zatsıza,sara,

Arxadır Oğula Uca Tanrı da.

 

Qeyd: sar yırtıcı quşdur

Hörmətli oxucular! Əmək və ƏSMN-liyinin fəaliyyəti haqqında düzgün məlumat bilmək istəsəniz “Xeberinfo.com” saytında verilmiş aşağıdakı mövzulara diqqət yetirin:

1.Səlim Müslümov Hacı İbrahim Nehrəmlini niyə qoruyur? “25 min avroluq saat dil açıb dillənə bilər” 01.07.2015-ci il, mətni oxuyub 71095 nəfər;

2.Səlim Müslümovun sehrli vemtas sistemi 03.06.2016-cı il, mətni oxuyub 7146 nəfər;

3. Səlim Müslümovun imarəti 05.12.2016-cı il,mətni oxuyub 7158 nəfər.

Bu kimu yazılara əhəmiyyət verilməyəndə Ataların bir cümləsi yada düşür: ”.Çaxçağın çaqqıldadığı özünə qalır, dəyirman daşı öz bildiyini tutur”. He-he-he....Gömrük Komitəsindən sonra növbədə kim dayanıb? mtn-nin “şərəf”li generallarını isə heç unutmzq olmaz.

Mən istəmərəm ki, adlarını qeyd etdiyim təşkilatlardakı şəxslər nəinki cəzalansınlar, heç pis söz də eşitməsinlər. Axı onların da ailəsi və körpələri var.

Ancaq təbliğatla, cəzayla sovetdən qalma maddi aristotal məntiqi iri, xırda vəzifədə əyləşənlərin beyinlərindən çıxarmaq mümkünsüzdür.Dövlət strukturlarıda əyləşmiş iri vəzifə sahiblərinin hamısı küllü məbləğdə dövlət vəsaitinin talanmasını həyata kecirməklə məşğuldurlar.( ABB, MTN, Rabitə və İnfformasiyaTtexnologiyalar Nazirliyi, GK...)

İctimai quruluş ücün ən böyk sosial bəla mənzil və ailəni təmin etmək üçün iş-məşğuliyyət məsələsidir. Keçmiş 150-200 rublla, indiki 250-400 manat və yaxud bir min dollarla yaşayış mənzili almaq, ailə

saxlamaq, körpələr böyütmək, onlara təhsil vermək də mümkünsüzdür. Sıxışdırmaqla yaradıcı alimləri, bacarıqlı gəncləri ölkədən didərgin etmək,qeyri obyektivliyə meydan vermək xoşagəlməz halların əsasını təşkil edir.

Zəhmət insanlarına şərait yaratmaq lazımdır. Aşağıda qeyd etdiyim bir faktı qoy oxucular keçmişə tərif kimi başa düşməsinlər. İttifaq dönəmində dövlətin iri müssisələrində işlyən zəhmət insanları növbəyə yazılmaqla vəsait ödəmədən yaşayış üçün mənzil sahibi olurdular. Biz ata-ana övladları isə yeddi nəfərdən tutmuş altı nəfəri təqaüdə çıxana kimi bütün varidatımızı və ömrümüzü yaşayış mənzili almağa sərf etmişik. Məgər biz dünyaya elə təkcə bunun üçünmü gəlmişdik? İndi bir otaqlı mənzilin sahibi olmaq üçün 50 min dollar tələb olunur. İşlə təminat da yoxdur.İctimai quruluşu irəli aparan onun elmi və gəncləridir.Ailə quran hər bir gənci üç otaqlı mənzillə təmin etmək gündəmdə durmalıdır.

İlkin olaraq xalqımızın ruhunun və vərdişlərinin təzahürü-xilqətimizə zidd olan maddi aristotal məntiqin varlığına şərait yaradan halların kökünə bir dəfəlik balta çalmaq lazımdır.

Cəmiyyətimizi sağlamlaşdırmaq və maddi vəziyyətini yaxşılaşdırmaq üçün bizim Respublikamızda kifayət

qədər potensial iqtisadi imkanlar var. Bu imkan Prezidentimizin çıxışında özünü daha aydın göstərir.

Onun nitqindən bir cümləyə diqqət yetirək: “...iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir”. Xoş gəlıcəyin əsasını qoyan İlham Əliyev növbəti prezident seçkilərində də qalib olacaqdır.

Quliyev Elxan Sarı o. 16.02.2018-ci il.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam