Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

NECƏ ÖLƏRSƏN

 


Alnının yazısı qaradır neyçün,
Nəfsinin çoxluğuğu paradır neyçün,
Ruhun da, ölgündür yaradır neyçün,
Suala cavabı, necə verərsən?...

Gözünün aclığı  yaşına keçib,
Haramın, turşusu aşına keçib,
Topuğa dəyən daş, başına keçib,
Gözlərin kordusa, necə görərsən...

 

Keçdiyin yolların qumdu, ələkdi,
Ələnən qumdusa əsən küləkdi,
Nicatın tükənsə kəsən fələkdi,
Baxıb öz halına, necə gülərsən.

Durumun bəllidir anlaya bil, ki,
Özünü anla sən, danlaya bil, ki,
Yaşın da əllidir, sonlaya bil, ki,
Əcəlin yetişsə, necə ölərsən?

Sinənə yapışar ölüm mələyi,
Azdırıb yolundan onun kələyi,
Əl-qolun bağlarsa onun bələyi,
Cəhənnəm yolundan, necə dönərsən?
TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam