Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Salxım söyüd

 

Salxım söyüd 

 

 

Povest

Ardı

Yenixeber.org: 

Evə gəlib aldıqlarını yerbəyer etdilər. Ata-anasına da xəbər vermişdi deyəsən Şənliyin gəlişini. Bir az keçmiş Nərminin valideynləri də gəldilər. Mehribanlıqla görüşüb, hal-əhval tutdular.

- Bu dəfə çox qaldın ay oğul, Nərmin də yaman darıxmışdı deyəsən. Düzdü üzə vurmurdu, ancaq mən anlayırdım ki, necə xiffət edir.

Nərminin üzü gülürdü. Bir tərəfdən əri yanındaydı. Digər tərəfdən bu aralar anası da yaxşılaşmışdı. Anası nasaz olurdu çox vaxt. İndi sevinirdi Nərmin, uşaq kimi sevinirdi. Daha nə lazım idi ki, ona.

Sevgi dolu günlər yaşayırdılar. Mehriban idilər. Şənliyin boş vaxtları çox idi. Hələ Şənlik gəlib kənddə də qala bilərdi. Amma anasının qırımını görüb daha orada qalmağın mənasız olduğunu anlamışdı. Anası fikrindən dönməmişdi. Daha o gəlini görmək istəmirdi. Ayıracaqdı oğlunu ondan. Fikri qətiydi. Yenə planında Bakı var idi. Gedəcəkdi Bakıya. Oğlunu birdəfəlik gətirmək fikrindəydi. Daha düşünmürdü ki, oğlu uşaq deyil. O da bir ailənin başçısıdır. Tez-tez oğluna zəng edirdi. Əvvəl-əvvəl hal əhval tutar, ordan burdan danışardı, əl yeri qoyurdu.

Niyala çoxdandı getmirdilər. Daha doğrusu Niyaldan qayıtdığı vaxtdan altı-yeddi ay keçmişdi. Valideynləri ilə telefon əlaqəsi saxlayırdı tez-tez. Nərminlə çox mehriban idi. Qərarını vermişdi. Anasının təkidlə onu ailəsindən ayırmaq istəməsi, Şənliyin ailə -uşaq, övladının olmaması kimi

bir həqiqət barədə fikirlərini daha da aydınlaşdırmışdı. Şənlik əvvəldən də Nərminə demişdi. Əsas bizim səninlə xoşbəxtliyimizdir. Bizim xoşbəxtliyimiz öz əlimizdədir. Atasının fikirləri isə onun düşüncələri ilə üst- üstə düşmüşdü. İşi açılmamışdı Şənliyin.

İş yeri hələ bağlı idi demək olar.Bir dostu ona müvəqqəti bir iş tapmışdı. Müqavilə ilə hərbi komissarlıqda işə düzəlmişdi. Çağırışçılarla işləyirdi. Hərbi hissəyə çağırışçıların ilkin qəbulu şöbəsində idi. Hərbdə ilk addımlarını atan gənclərin qəbulu, onların sənədləşdirilməsi ilə məşğul olurdu. Hərbi sahədə işləyəni çox dəyişmişdi. Onsuz da çox vətənpərvər idi. İşi də bir tərəfdən çox maraqlı idi. Çağrışçıların tibbi komissiyadan keçəndən sonra onların tibbi kitabçalarında müvafiq qeydlər aparırdı. Sözü söhbəti torpağımızın işğal altında olması, hərbi qulluqçular, əsgərlərimiz haqqında idi. Çağırış vaxtı idi. İşi başından aşırdı. Demək olar ki, hər gün yüzlərlə gəncin sənədi əlindən keçirdi. Onların sənədlərinin qaydaya salınması, bölgü ilə ayrılan gəncələrin fiziki olaraq kağız üzərində paylanması işlərinin qaydaya salınması işlərini tam ona tapşırmışdılar. Bir günü digərinə bənzəmirdi. Evə yorğun getsə də bir ruh yüksəyliyi var idi onda. Nərminlə daha da mehriban olmuşdu. Lap ilk vaxtlarda olduğu kimi. Hər işi ona qaydasında kimi gəlirdi. Hərdən Niyaldan anasının zənglərini nəzərə almasaq rahat, dedi-qodusuz , şən keçirdi günləri. Ona elə gəlirdi ki, lap əvvəldən bu işdə işləmişdi. Bu iş üçün yaranmışdı. Əvvəllər iş yerinin belə zəif işləməsi, layihələrin maliyyələşdirilməməsi onu hövsələdən çıxarırdısa indi daha düşünmürdü o haqda. Tez-tez tədbirlərdə iştirak edirdi. Hərbi komissarlıqda həyat qaynayırdı. Dəstələr bölgələr, hərbi hissələr üzrə bölünüb formalaşdırıldıqca hər bir dəstənin yola salınma mərasimi geniş şəkildə valideynlərin, mediyanın, ictimaiyyətin iştirakı ilə təmtəraqlı şəkildə keçirilirdi. Hər axşam diqqətlə xəbərləri izləyirdi.

Noutbuku açıb ilk əvvəl cəbhə xəbərlərini sorğu verərək axtarır, oxuyub məlumatlarla tanış olurdu.

Nərmin zarafatla: belə ki, maraqlanırsan, görürəm axırda siyasi icmalçı olacaqsan. Şənlik də zarafatla cavab verdi ki, siyasi icmalçı yox hərbi ekspert demək istəyirsən bəlkə. Səhifəni açıb Cəbhə xəttində vəziyyət linkini tıkladı ekranda Müdafiə Nazirliyinin məlumatı verilmişdi. Düşmənin İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən cəbhə boyu yerləşən kəndlərimizin ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib. Axırıncı abzası oxuyub elə bil bir az rahatlandı.

Qeyri ixtiyarı olaraq: yaxşı da ediblər deyə hündürdən səsləndi.

Altı aydan artıq vaxt keçmişdi. Şənlik əvvəlki kimi yenə də hərbi kommissarlıqda işləyirdi. İşə yaman aludə olmuşdu. Başını qaşımağa macalı yox idi. Əvvəlki nəşəsi yerinə qayıtmışdı. Həvəsli idi. Çox mehriban olmuşdu. Evləndiklərinin ilk vaxtlarında olduğu kimi yenə də sevimli həyat yoldaşının nazı ilə oynayır, onun arzularını yerinə yetirməyə çalışırdı. İş o yerə çatmışdı ki, qol-qola girib dəniz sahilinə, o mələk sevginin pərvazlandığı məkana da gedirdilər. Sevgili olduğu günlərini yad edirdilər. Nərmin tez-tez hissə qapılırdı. İlahi bu yuxu deyilki, görəsən? Şənliyim özünə, mənə qayıtdı. Allahım sən böyüksən bizi sevindir. Məyus eləmə, ilahi, məni Şənliyin qarşısında. Bir dəfə axşam üstü yenə dəniz kənarına çıxmışdılar. Yenə həmin dalğaların yaladığı yosunlu sahildə qoşa dayanıb dənizi seyr edirdilər. Nərmin ərinin qoluna girib ona sığınmışdı. Mavi dəniz göz işlədikcə aydın görünməkdə idi. Kiçik ləpələr dəniz üzərində qanad çalan sonsuz sayda qağayıya bənzəyirdi. İkisi də düşünürdü. Cismən bir-birinin yanında idilər. Xəyalları çox uzaqlarda cövlan edirdi. Hərə öz aləmində idi. Haradansa dənizkənarı parkın içindəki kafelərdən birində musiqi səsi qırıla-qırıla gəlib qulaqlarına çatırdı. Nərminin yadına Niyalda keçirdiyi son gecə, mələk sevginin kəndin üzərinə ələnən əsrarəngiz sevgi nəğməsini salmışdı. O nəğmənin sevgi ahəngini ilk dəfə burda tutmuşdu. Özəlləşdirmişdilər o vaxtdan bu nəğməni elə bil. Qağayılar suların kiçik ağ ləpələrindən seçilmirdilər. Hərdən suyun üzü ilə ləpələrə çırpıla-çırpıla düz onların dayandığı yosunlu sahilə qədər yaxınlaşırdılar. Onlar tərpənmədən bir-birinə sığınmış halda elə dayanmışdılar ki, bəlkə də qağayılar onları qayalığın bir hissəsi zənn etdiyindən arxayın-arxayın ətraflarında cövlan edib yenidən dənizə cumurdular. Balıq axtarırdılar. Sahilin bu hissəsi xırda balıqlarla dolu idi. Külək olmayanda, dəniz sakit olanda onları aydınca görmək olurdu. Amma quşlar üçün belə hava daha əlverişli idi. Kiçik, ağ köpüklü ləpələrin arasında aradabir xırda balıqların parıldayan quyruqları qağayıların iti gözlərindən yayınmırdı. Elə vaxtlarda qıy vuraraq özlərini suya vurub ildırım sürətilə ovlarını götürürdülər.

Ardı var…..

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam