Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ŞİKƏSTİN FƏRYADI

 

ŞİKƏSTİN FƏRYADI

 

 

 

 

 

ŞİKƏSTİN FƏRYADI

 

 

Hörmətli oxucular,yazdığım bu qoşma tipli şeir şəxsən özümə aiddir. Birinci dörd misra demək olar ki, xaraktermi tam əks etdirir.Bu şeri sayta ünvanlayan vaxt 10-16 sentyabr 2004-cü il tarixli “İqtisadiyyat” qəzetində f.e.d. Ayxan Bayramoğlunun dərc edilmiş “Nəriman Nərimanov haqqında” elmi yazısı qaşımda idi. Buradakı “Şikəst edilmiş övlad”deyimi məni bir daha səksəndirdi...

 

Dayaqsız insansan nahaqq dünyada,

Haqqına çatmayan insafsan yazar.

Unutqan deyilsən yoldaşlığında,

Hörmətə bağlısan susqunsan yazar.

 

Ağlama bəbəyim tökmə göz yaşı,

Büdrəmə addımım hər qədəm başı,

Tanınma mənliyim bilgidə naşı,

Qələmdə qərəzsiz varlısan yazar.

 

Ritmini itirmə vuran ürəyim,

Seçimni bitirmə düzgün görənim,

Dərkini incitmə bitkin deyənim,

Üzülmə, gün gələr gülərsən yazar.

 

Ömründən çıxarma ölməz ruhunu,

Yerindən oynatma sönməz duyğunu,

Məqsəddən azdırma yoloğluğunu,

Sabitdir durumun dönməzsən yazar.

 

Titrəmə əllərim,tor görmə gözüm,

Küllənmə ocağım, səngimə közüm,

Tükənmə hövsələm var hələ sözüm,

Kövrəlmə kəlməni deyərsən yazar.

 

Fiziki şikəstlik ömür dərdidir,

Zədəli xəstəlik kədər tərzidir,

Dözümlü bədəllik səbir əzmidir,

Dostlarla görüşə yaxınsan yazar.

 

Yaşamaq istərəm dərdsiz,kədərsiz,

Dünyalıq sevərəm qəmsiz, həsrərsiz,

Sağlamlıq dilərəm hədsiz,təbibsiz,

Durarsan ayağa yaşarsan yazar.

 

Yaradan dərdlidir şikəst əlindən,

Yeritmir, son vermir bilinmir nədən,

Unutmur,sağaltmır dərdi verəndən,

Qaranlıq dünyadan uzaqsan yazar.

 

Şikəstin fəryadı çatmır Tanrıya,

Möhtacdır sonadək lazım qayğıya ,

Ehtiyac duyulur güçlü sayğıya,

Bəs kimə,haraya ümidsən yazar?

 

Kicik arayış: lüğətdə bədəl-bir şeyin yerini tutan,dəyər,qiymət,dəyişmə,təbəlluat; sayğı-hörmət,ehtiram,sayma kimi izah olunur.

 

Quliyev Elxan Sarı oğlu

28 yanvar 2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam