Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

UNUDULMAZ ŞƏXSİYYƏTLƏR SİLSİLƏSİNDƏN

 

 

UNUDULMAZ ULDUZLAR  SERİYASINDAN

            Əvəzsiz bilgi mənbəyi- Azərbaycan Ensiklopediyası

                 hər bir evdə olmalıdır

                                              I QRUP

                       AZƏRBAYCANIN SİYASİ XADİMLƏRİ

 

 

Yenixeber.org:

 

1.BABƏK, Babək əl-Xürrəmi (798-14.3.838)-Babək hərəkatının (816-38) rəhbəri; Görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi. Ərdəbil (İran Azərbaycanı) yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Xalqın ağır həyatı gənc Babəkdə yerli zülmkarlara və ərəb istilaçılarına qarşı dərin nifrət oyatmışdır. Xürrəmilərə qoşulan Babək Cavidanın ölümündən sonra Azərbaycan xalqının ərəb istilaçılarına və xilafətə qarşı azadlıq müharibəsinə başçılıq etmişdir.

Babəkin rəhbərliyi ilə xürrəmilər 20 ildən çox yadelli qəsbkarlara qarşı müvəffəqiyyətlə mübarizə apararaq, Xilafətin  6 ordusunu darmadağın etmişdir. Xilafətin yaxşı silahlanmış nizami qoşunlarına başçılıq edən Yəhya ibn Müaz, İsa ibn Məhəmməd, Züreyq İbn Əli, Əhməd ibn əl-Cüneyd və bu kimi tanınmış sərkərdələri Babəkə qarşı müharibədə məğlub olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babəkin dəstələri tərəfindən öldürülmüşdür...(cild I,səh.521).

 

 

 

 

UNUDULMAZ ŞƏXSİYYƏTLƏR  SİLSİLƏSİNDƏN2.ŞAH İSMAYIL I. Xətai (17.7.1487- 23.5.1524, Ərdəbildə dəfn olunmuşdur)- Azərbaycan Səfəvilər dövlətinin banisi. Dövlət xadimi və sərkərdə, şair. Şeyx Heydərin oğludur (Anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimdir)... 1501-ci ilin payızında Təbrizə daxil olan I Şah İsmayil  özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan  Səfəvilər dövlətinin əsası qoyuldu. I Ş.İ.-ın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü ilin iyunun 21-də Həmədan yaxınlığında döyüşdə qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə I Ş.İ. bütün İranı,  Xorasanı,Ermənistanı və İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. I Ş.İ.-ın dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrildi...(cild X, səh.473).

 

 

UNUDULMAZ ŞƏXSİYYƏTLƏR  SİLSİLƏSİNDƏN3. MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 31 yanvar 1884-cü  ildə Bakıda ruhani ailəsində dünyaya göz açıb. Atası Axund Hacı Molla Ələkbər Rəsizadə, anası Zal qızı Zinətdir.

İlk oxuma, eləcə də milli eyitimini ailəsində alan Məhəmməd Əmin Bakı Texniki okuluna girsə də çagın siyasi olaylarına qatıldığından oxumağı buraxıb basına atılmış, 1903-cü ildə    Tiflisdə çıxan “Şərqi- Rus” qəzetində ilk yazısını yayımlamışdır.

1903-cü ildən çeşidli sosial-siyasi dərnəklərdə çalışan Məhəmməd Əmin bəy qurduğu gizli gənclik qurumu ilə çarizmə qarşı çıxmış, izlənildiyindən 1908-ci ildə İrana (Qacarlar dövlətinə) getmişdir. İranda Anayasa axınına qatılıb, “İrane-nov” (Yeni İran) adlı gündəlik qəzet çıxaran Məhəmməd Əmin bəy rus  elçisinin istəyilə 1911–ci ildə İrandan çıxarılmışdır. İstambula gələn Məhəmməd Əmin bəy orada “Türk ocağı”nın çalışmalarına qatılmış,”Türk yurdu” dərgisində yazılar yazmışdır.

1913-cü ildə romanovların üç yüz illiyi ilə bağlı bağışlanandan sonra Bakıya dönən M.Ə.Rəsulzadə çeşidli kültür,siyasət qurumlarında çalışmış, 1915-1917-ci illərdə “Acıq söz” adlı gündəlik qəzet buraxmışdır.

M.Ə.Rəsulzadə 1917-ci ildə “Türk Federalist Müsavat Xalq Partiyası”nın başçısı kimi Bakıda Toplanan Qafqaz Müsəlmanları Qurultayında Rusiyanın yerli yönətimlərə bölünməsinə, Güney Qafqaz Seymində isə Müsəlman Fraksiyasının başçısıtək Qafqazın Rusiyadan ayrılmasına,sonra da Azərbaycan Cümhuriyyətinin qurulmasına çalışmışdır.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaradıldığı bildirilmiş, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə qabaqcadan danışıldığı kimi, iyunun 4-də Cümhuriyyətin Dış İşlər Bakanı Məhəmməd Nəsən Hacınçkiylə birlikdə Batum konfransında Osmanlı dövlətilə anlaşaraq bu dövlətdən ordu yardımı istəmişdir.

 Azərbaycan cümhuriyyətinin 23 aylıq dönəmində millət üçün çox böyük işlər görülmüşdür.

 1920-ci il aprelin 27-də rus-sovet-mason gücləri Bakını tutub Azərbaycan Cümhuriyyətini devirmişlər. Bundan sonra tutulub  Moskvaya aparılan M.Ə.Rəsulzadə Finlandiyaya qaçmış,oradan İstambula gəlmiş “Azərbaycan Cümhuriyyəti Keyfiyyəti,təşəkkülü və indiki vəziyyəti” adlı kitabını yayımlamışdır.

1923-cü ildən bütün türklər ücün yayımladığı “Yeni Qafqaz”dan  (1923-1928) sonra “Azəri türk” (1928-1929), “Odlu yurd” (1929-1931) dərgilərini çap etdirmişdir.

Sovet ağalığının Türkiyə Cümhuriyyətinə  basqısı üzündən 1931-ci ildə arxadaşları ilə birlikdə İstambuldan Avropaya gedən M.Ə.Rəsulzadə 1932-ci ildən Varşavada yaşamışdır.

1939—cu ildə alman faşistləri Polşanı tutandan sonra Rumiyanın baş kəndi Buxarestə keçən M.Əmin bəy 1942-ci ildə Almaniyanın başçıları ilə Azərbaycan Cümhuriyyətinin gələcəyini danışmağa çalışmış, istədiyi alınmadığından yenidən Buxarestə dönmüşdür.

1944-cü ildə Sovet ordusunun Buxarestə yaxınlaşmasından sonra Almaniyaya gedən M.Əmin bəy 1945-ci il aprelin 24-də amerikalıların tutduğu bölgəyə keçmişdir.

 1947-ci ilin sentyabrında Türkiyəyə gələn M.Ə.Rəsulzadə ömrünün sonuna kimi  Ankarada yaşamış, böyük elmi,siyasi işlər görmüşdür.

1952-ci ildə Avropaya gedən Məhəmməd Əmin bəy orada “Qafqaz Bağımsızlıq Komitəsi”ni qurmuşdur.

Ayrı-ayrı çağlarda Azad Avropa Radiosundan sevgili Azərbaycana səslənən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dıyişmişdir.

Məhəmməd Əmin Rəsulzadə “Qaranlıqda işıqlar”,”Nagəhan bəla”, “Camaat idarəsi”, “Bizə hankı idarə faydalıdır”, ”Azərbaycanın təşəkkülündə Müsavat”, “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal  məfkurəsi və gənclik”, “ Rusiyada siyasi vəziyyət”, “ İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi”, “Milliyət və bolşevizm”, “Qafqaz türkləri”, “İran türkləri”, “Azərbaycanın kültür gələnəkləri”.” Çağdaş Azərbaycan ədəbiyyatı”,”Çağdaş Azərbaycan tarixi”, “Milli birlik”, “Azərbaycan şairi Nizami” kimi dyərli əsərlər yazmışdır.

 

 “QAFQAZ TÜRKLƏRİ”.Fəlsəfə elmləri doktoru Yadigar Türkel, Bakı-Təknur- 2012.

(Ardı var)

Quliyev Elxan Sarı o. 8 yanvar 2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam