Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Turxan

 

Kiçik bacımın ilk nəvəsi Turxan bəyin adına 

 

Adıyla böyüyər körpə tərlanım,

Nəsliylə fəxr edər adə Turxanım.

Ramillə tanınar balta çalanım,

Yüksələr şöhrətə nəvə Turxanım.

 

Əlləri havada beşikdə bezər,

Addımı atanda qucaqda gəzər,

Nənəni görəndə bir azca gülər,

Sevinər qayğıya nəvə Turxanım.

 

Sərdarı ətirli yaşıl cəməndə,

Al,sarı gülləri üzüb dərəndə,

Babadan mehriban rəftar görəndə,

Bürünər sevincə nəvə Turxanım.

 

Vurğunam Tanrının yaratdığına,

Xoş halam körpənin var olmağına,

Heyranam oğulun oxşarlığına,

Bağlıdır geninə nəvə Turxanım.

 

Böyüyər, yetirər məqsədə çatar,

Dəyərlər yaradar sərmayə toplar,

Dollarlar xərcləyər iş yeri açar,

Alışar zəhmətə nəvə Turxanım.

 

 

 

 

 

Xatırlar ulusu şair Fərhadı,

Arayar arxivi yazar dastanı,

Qazanar şöhrəti alar ad-sanı,

İnam var fəhminə nəvə Turxanım.

 

Nəslinə, dərsinə baxıb öyrənər,

Biznesə fəhmiylə kömək göstərər,

Fəlsəfə elminə diqqət yetirər,

Hegeli vərəqlə nəvə Turxanım.

 

Zamanın nəvəsi biznesmen olar,

Zəhmətin qayəsi milyonu tapar,

Əməyin bəhrəsi həyat doğurar,

Həyatın özülü insan yaradar,

Ümidsən nəsilə nəvə Turxanım.

 

Abıra bükülən insan üzüdür,

Möcüzə yaradan insan özüdür,

Dünyaya göz qoyan insan gözüdür,

Eşitsən deyilən haqqın sözüdür,

Çıxarsan bir yana nəvə Turxanım.

 

Kiçik arayış: 1.Ramil Sahib oğlu Səfərov Macarıstanda xalqımızı təhqir edən erməni zabitini baltalayıb qətlə yetirmışdır. R.S. Səfərovu Macarıstanda ömürlük həbs cəzasından isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurtarmışdır.

2.lüğətdə adə- oğlanlara müraciət zamanı çağırış vasitəsi; qayə-məqsəd,arzu, niyyət kimi izah olunur.

3. F.Engels demişdir:-Əmək nəinki bütün insan həyatının əsasıdır, o həm də insanın özünü yaratmışdır.

4. Hegel Georq Vilhelm Fridrix (27.08.1770 -14.11.1831) alman filosofu. “Məntiq elmi” əsərində tam şərh olunmuş ddialektikadır,dialektika, məntiq və idrak nəzəriyyəsinin vəhdəti tezisini əsalandırmış, ilk dəfə fəlsəfə tarixində dialektik məntiq sistemini geniş izah etmişdir(ASE 10-cu cild,səh.168).

5.Məntiq-təfəkkürün forma və qanunları haqqında elm.

 

Quliyev Elxan Sarı oğlu

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam