Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Salxım söyüd

 

 

 

Yenixeber.org:   (Ardı)

 

Artıq evə çatmışdılar. Hərəsi öz aləmindəydi. Şənlik bütün yolu düşünmüşdü. Aranı dağa, dağı arana daşımışdı. Amma anasına haqq verə bilməmişdi. Barışa bilmirdi sevgili arvadının belə qırılması ilə. Axı Nərmin onu dilə tutub kəndə aparmışdı ki, ən azı bir həftə orada qalasıynlar. Düşünürdü. Düşüncələri burulğana düşmüşdü.

Gəlin evə girib elə dünən yığışdırıb səliqəyə salıb getdiyi evə bir də nəzər saldı.Fikirli idi.  Xəyalları tufana düşmüş göyərçin qismindəydi. Şənliyin onun şəhərə dönmək istəməsinə etiraz etməməsi, hətta belə tez razılaşması ürəyindən olsa da, özünü onun qarşısında günahkar kimi hiss edirdi. Dünən gedib bu gün qayıtmaq istəməsi nə dərəcədə düzgün idi axı. Onun üzünə baxmağa utanırdı. On ildən artıq evli olduqlarına baxmayaraq, çox pərdəli dolanırdılar. İmkan daxilində daima bir-birinə kompremisə gedər, anlaşıqlı hərəkət edirdilər. Yolun yorğunluğunu üstündən atmaq üçün əynini dəyişib vanna otaqına keçdi. Yuyunub stresi üzərindən atmaq, rahatlanmaq istəyirdi. Bir günün içərisində keçirdiyi mənəvi əziyyət onu yıprandırmışdı. İri, dairəvi duşu əlinə aldı. Başlığı fırladıb suyu nizamlamladı. Duşun altına girdi. Sanki güclü su şırnağı altında qəlbinə dolmuş sıxıntını yuyub aparmaq istəyirdi. Duşun altında dayanmışdı. Maye sabunu götürüb ciddi cəhdlə bədəninə çəkdi. Bir xeyli yuyundu. Azından iyirmi dəqiqə çəkdi yaxalanıb çıxmağı. Vanna otağından çıxanda  Şənlik əlində dəsmal qapıda durmuşdu. Gülə-gülə: “həmişə təmizlikdə”. Yanaqları allanmışdı. Ala gözləri parıldayırdı. Çox sağ ol deyib gülümsədi. Otağa keçib güzgünün qarşısına dayandı. Dan üzü eşitdiyi sevgi notları artıq onu tərk etməkdəydi. Yerini yolda maşının şüşəsinə çırpılmış sevimli quşcığazın məhzun baxışları almaqda idi. Şənliyin zarafatla dediyi, “intihar” sözü beyninə batmışdı. Qanadı qırılmış, bəlkə də, daha ağır zədələr almışdı. Amma nə bilmək olardı. Sağ qalacaqdımı. Düşünürdü. Amma sonra Şənlik gördü ki, Nərminə pis təsir edir. Söhbətə zarafat qatmaq istəmişdi.Bir də küsəndə özünü maşına vurma deyib barmaq silkələyərək heyvancığazla məzələnmişdi. Bilirdi ki, ərinin də ürəyi yuxadı. Ona da, pis təsir etmişdi. Amma özünü o yerə qoymurdu. Eh...hardan gəldi düşdü yenə bu kədərli hadisə yadıma.

Mətbəxə keçib qaz pilətəsinə yaxınlaşdı. Dünən yola çıxanda çayniki boşaldıb qoymuşdu. Çay qoymaq istədi. Əvvəlcə su kranına yaxınlaşdı. Sonra xatırladı ki, axı krandan su içmək, çay qoymaq yoxdu onlarda.  Mağazadan su alırdılar. Yaxınlaşıb su balonuna baxdı. Allahtərəfi su var idi. İri 20 litrlik qab su ilə dolu idi. Çaydanı doldurub qaz peçinin üstünə qoydu. Kitbriti götürüb yandırdı. Kibrit dənəsi barmağını yandıranda ayıldı elə bil. Tez üfürüb sondürdü. Nə edirəm mən. Çaynikin altını yandırmamışdı. Yenidən kibrit götürüb yandırdı qaz peçinin düyməsini burub yanar dənəni fısıltı ilə gələn gözlüyə yaxınlaşdırdı. Pəncərədən həyətə boylandı. İns-cins görünmürdü. Deyəsən atasıgilin xəbəri yox idi qayıtmaqlarından. Çevrilib otağa nəzər saldı. Hər şey səliqə səhmanda idi. Şənlik vanna otağında fınxıra-fınxıra yuyunurdu. Bir az onu dinləyib otağa keçdi. Bir azdan hər ikisi yuyunub arınmış halda stol arxasında üz-üzə oturub pürrəngi çay içirdilər.

-Əzizim, bir günlük dağ havası necə də təsir edib sənə.Yanaqların nə qəşəng  allanıb. Yaxşı görək, bir günə yanaqlarım allandı.Yanaqlarım havadan yox başqa “havadan” allanıb dedi. Qəfil ağzından çıxan sözdən özü də səksəndi. Şənlik zarafatla: ya zəlzələdən, ya vəlvələdən dedi. Nərmin durub mətbəxə keçdi. Fikri yemək hazırlamaq idi.

Üstündən dörd ay keçmişdi. Yayı Niyala getmədilər. Şənliyin işləri yaxşı gedirdi. Yeni lahyihə söhbəti doğurdanda gündəmə gəlmişdi. Başı möhkəm qarışmışdı işə. Arabir Bəyim arvaddan sifarişlər alsa da, Niyala getmək söhbətinə qayıtmırdı. O söhbət elə yazın gəlişində Niyala bir günlük gedib səhərisi qayıtdıqları nöqtədə qalmışdı. O söhbəti nə Şənlik açıb ağardır, nə də Nərmin dillənirdi. O vaxtdan yüz fikrə düşmüşdü Nərmin. Düşünür, daşınır, doğru düzgün bir yol tapa, ortaq məxrəcə gələ bilmirdi. Düşüncələri  bir yana çıxara bilmirdi onu. Dalğalı dənizə dönmüşdü xəyalları. Xəyalları gah arana, gah da dağa aparırdı onu. Niyaldan gəldikdən sonra neçə gün qəm-qüssə içində gəzib dolanmışdı.Nərminin bikefliyi ata anasını da çox narahat edirdi. Nə qədər soruşsalarda düz əməlli bir cavab ala bilmirdilər. Sevimli qızları kefsiz idi. Günlərlə evdən çıxmır, valideynlərinin də suallarını qulaq ardına vururdu.

Atanın dalağı sancmışdı. Nərminin bu halları nələrdən xəbər verirdi. Çox düşünürdü.Qızı saatlarla otağında oturub bir nöqtəyə baxar, atasının nə zaman otağa girdiyindən belə xəbəri olmazdı. Giriş qapısından içəri girəndə boğazını arıtlayıb, -Nərmin, qızım evdəsənmi deyə səslənməsi bəzən onu xəyallardan ayıra bilmirdi. Nə yaxşı ki, bir həftədən sonra işə gedəcəkdi.Öz-özünə qapılmışdı. Atası, yanımcıl atası anlamışdı qızın nə isə bir dərdi olduğunu. Sağollaşıb şad xürrəm kəndə gedəndə vaxt deməsələr də bir müddət orada qalacaqlarını təxmin etmişdi.  Lakin səhərisi,  günortaya yaxın darvazanın səsi və arxacınca Şənliyin maşıının həyətə daxil olması onu çaşdırmışdı. Tərxan kişi arif adam idi. Qızıgilin belə tez qayıtması xeyirə olmadığını anladığından pəncərədən maşının həyətə daxil olub Nərmingilin evinin qarşısında dayanana kimi izləyib pərdəni çəkmişdi. Elə bil xəbərsiz idi. Səhərisi qarşılaşdı Şənliklə. Salamlaşıb, necəsiniz, necə gedib –gəldiniz! deyib kürəkənin üzünə diqqətlə baxdı. Sorğusuna cavabı onun qayğılı sifətində tapdı deyəsən. Çox qayğılı görünürdü Şənlik. Daha sual vermədi. Görüşüb qızı ilə  görüşmək üçün onların evinə sarı getdi. Nərminlə görüşəndə qızınında qayğılı olduğunu sezdi.

Nərminin anası Səmayə xanım nasaz idi. Atası ilə dünən bütün günü həkimlərdə olmuşdu. Həyat yoldaşının birdən birə zəifləməsi, haldan düşməsi onu narahat edirdi. Həkimlərin ilkin yoxlamalarının nəticəsi hələ bəlli olmasa da, xoşagələn deyildi. Üzgün idi Tərxan kişi. Bir tərəfdən də gözünün ilk ovu, sevimli qızı Nərminin belə çarəsiz, qəmgin halı onu varından yox edirdi. Səmayə xanım da uşaqların gəldiyini biləndə təəcüblənmişdi. Ay Tərxan nə yaxşı belə tez qayıtdılar uşaqlar –deyə ərinə müracət etmişdi. Səmayə, əzizim yəqin Şənlik oğlumuzun təcili bir işi çıxmışdır. Yoxsa niyə qayıtsınlar ki, bu tezliklə. Səmayə xanımın beyninə batmışdı ərinin sözü. Hə, nə olar ki, o zaman mən getməyim, Nərmin yolda yorulmuşdur. İstirahətini etsin. Sonra gedərəm yanına. Beləcə bir gün də ötmüşdü. Nərmin anasını, atasını sevdiyi qədər də, olmasa çox, lap çox sevirdi. Anası yanına gələndə özünü şən, qayğısız göstərə bildi. Sonrakı günlər bütün gücünü toplayıb özünü ələ almağa çalışırdı.

            Aqillər deyib ki, zaman bütün dərdlərin dərmanıdır. Zaman lazım idi. Nərminin bir az zamana ehtiyacı var idi. Başındakı qayğıları zamana buraxmaqdan başqa çarəsi qalmamışdı. Zamansa, keçmək bilmirdi. O mələk sevgini dinlədiyi,  o sehirli gecənin səhərisi çıxmışdılar Niyaldan . O vaxtdan bu günə kimi altı ay keçridi. Sakitləşmişdi. Dalğalı, təlatümlü dəniz misalındaydı. Şahə qalxan dalğalar sahilləri aşıb keçmək istəyirdi. «Dənizi fəth edənlər» adlı sənədli filmindəki musiğini dinləyirdi mütəmadi.Yaman xoşlayırdı bu musiqini.Yükləmişdi notbukuna. Dinləyirdi canı sıxılanda. Bütün qəlbi ilə üsyan etmək istəyirdi. Nə yazıq ki, taleyin hökmündən çıxmaq olmur deyə düşünüb zamanın mərhəmətinə sığınırdı. Beləcə sakitləşib evinə, həyatına sevinc gətirə biləcək bir körpə həsrətilə şirin-şirin xəyallar qururdu Nərmin. Kövrək olmuşdu axır vaxtlar.

            Məsul işdə işləyirdi. Çox savadlı idi. İnformasiya texnologiyaları sahəsi olmasa da, bu sahəni gözəl mənimsəmişdi. İllərini vermişdi bu sahəyə. Hər yeniliklə maraqlanan, sahənin tanınmış, sözünü demiş mütəxəssisinə çevirilmişdi. İllərlə ödənişli məşğələlərə qatılmış, beynəlxalq səviyyəli proqram dərsləri almışdı. Xaricdə, qonşu ölkələrdə Beynəlxalq konfranslara iştark edərdi vaxtaşırı.  Dövlət məmuru idi. İcra etdiyi iş şərəfli olduğu qədər də məsuliyyətli idi. Gərgin işləyirdi. Səmimi mehriban insan idi. Kollektivdə xətir hörmət sahibi idi. İşi digər idarələrin işindən çox fərqlənirdi. Oturduğu otaqda  kameraların ulduz kimi yanıb sönən gözləri daima nəzarət olduğunu xatırladırdı. Ciddi rejim var idi. Bəlkə də işin bu xüsusiyyəti Nərminin kədərli, qəmgin gəzməsini nəzərə çappdırmırdı. Çalışdığı idarədə nizam intizam güclü idi. Dayanıb qeybət qırmağa kimisə müzakitə etməyə imkan yox idi. Əlli dəqiqəlik nahar fasiləsi var idi. Onda da kimi iş yerində kimi isə çöldə, maqazada, yeməkdə vaxtını keçirərdi. Onlara verilən bu qısa zaman kəsiyində həm yemək yeyirdilər, həmdə gündəlik qayğılarını bacardıqca imkan daxilində həll edirdilər. Oturduğu otaqda abu-hava heç də arzu edilən deyildi. Onunla yanaşı bir qadın iki cavan oğlan otururdu. İdarənin bütün söz söhbəti gəlib bu qadının çinədanından keçirdi. Nərmin qarışmazdı söz söhbətə . Lakin o Nərmini də nəzarətdə saxlayırdı. Nərmin bu qadının potensialına bələdə idi. Gözdən tük çəkirdi. Səhər gələndə salam, axşam gedəndə sağollaşdığı bu qadın deyərdin ki, hamının ürəyini oxuyurdu. Bir gün Nərminə: nə olub ay qız gəmilərin hansı dəryada batıb. Bəlkə deyəsən xilasediciləri göndərək,deyhə zarafatla Nərmindən nə isə öyrənməyə çalışırdı. Bir televiziya  verilişində qocaman müğəninin dediyi Cabbar Qaryağdı oğlu deyirdi:Varşavada bir güllə atılsa o gəlib xanəndənin qavalından keçir cümləsini xatırlayırdı. Özlüyündə fikirləşmişdi ki, idarədə bir güllə atılsa sədasını ən əvvəlbu qadın eşidəcəki.Doğurdan da müdrikcəsinə deyilmiş sözləri idi.Bu idarədə nə baş verirdisə, kimin başında hansı buludlar dolaşıdrsa yalan olmasın əvvəl bu qadına agah olurdu. İlişmişdi Nərminə. Hər vəchlə ondan söz almağa çalışırdı. Qadın bəlkə də hamıdan problemli adam idi.Lakin xisləti onu dinc buraxmırdı.

      Nərminin əvvəlki halına qayırdıdı. Doğurdanda vaxt keçdikcə Şənliklə aralarında yaranmış qeyri-müəyyənlik aradan qalxmaqdaydı. Özünü danlayırdı. Axı mənə nə yaraşardı. Falçının, ekstrasensin yanında  deyə peşiman –peşiman düşünürdü. Unutmağa çalışırdı. Amma hər dəfə dağlara sığınmış  bağlı-bağatlı Niyalın cənnət kimi bağlarının birində təbiət gözəlinin baltalanmış gövdəsində qırılmış kövrək pöhrələin yerindən axan göz yaşlarına bənzər iki şırnağı xatırlayanda istər-istəməz ümidsiz ümidlərinin çilik-çilik olmasını xatırlayırdı. Bəlkə də,  bu söyüd ağacının belə insafsızcasına kəsilib atlıması ona bu qədər təsir etməyəcəkdi. Lakin qaynanasının budəfəki münasibəti, Zərifin şəhərə qayıtmaq təklifi ona yaman təsir etmişdi. Keçənə güzəşt deyərlər. Başqa çarəsi də yox idi.Kəndə olanları Mələklə bölüşmüşdü. Mələk də az pis olmamışdı. Canından çox sevdiyi rəfiqəsinin belə sınmasına dözə bilmirdi.

Bəyim arvad oğlu ilə gəlinin o gedişlə gedib, bir də yayı da Niyala gəlmədiklərini həzm edə bilmirdi. Ancaq özünü o yerə də qoymurdu.

Nərmin sosial şəbəkələri işğal edib oturmuşdu. Ən çox da Mələklə danışırdı. Fikirlərin bölüşürdü. Arabir görüşürdülər ailəvi. Mələk axırıncı dəfə şeytanın qıçını qırıb, Nurəddini də götürüb onlara gəlmişdi. Söhbətləşmişdilər.Qalan vaxtları danışmadıqları, bir-birindən xəbər tutmadıqları gün olmurdu. Onlayn olurdu ikisi də həmişə.

Payız gəldi. Hər gün yağış yağırdı. Amma bu yağışı yazdakı yağışlardan fərqləndirən bir xüsusiyyət var idi. Bu yağış dayanmaq bilmirdi. Yaz yağışı onun xoşuna gəlirdisə, payızdakı yağışlı havalardan daha çox xoşlanırdı. Bakıda davamlı yağışlar yağırdı. Səhər duranda ilk işi pəncərənin qarşısına keçib  yuyunub arınan, təbiətə tamaşa edirdi.Tərxan kişi həyətə, ağaclara xüsusi olaraq qulluq edirdi. Hər növ ağac əkib becərmişdi. Nərminə də atasından keçmişdi yəqin təbiət sevgisi. Hər halını sevirdi. Bu gün də,  yuxuya hazırlaşan təbiətə tamaşa edir, düşünürdü. Payız sanki ağacları əlvan rənglərlə boyayan mahir bir rəssamdır: qırmızı, sarı, narıncı, bənövşəyi. Erkən payızda əlvan yarpaqlardan ibarət qeyri-adi “yağış yağır”. Təəssüf ki, bu gözəllik çox davam etmir: yarpaqlar tökülür, otlar saralır, güllər solur. Havalar günbəgün yağışlı, tutqun və soyuq olmağa başlayırdı. Şənlikdən tez gəlib çatırdı evə. Çantasını aynabəndin pillələrində qoyub əvvəlcə həyəti, bağı gəzir, tamaşa edirdi. edirdi. Özündən asılı deyildi. Payız fəslini çox sevirdi. Payızın  yarpaq tökümünü qüssəylə izləyirdi. Barışa bilmirdi onların gedişi ilə. Uşaqlıqdan belə idi. Kövrək idi çox. Bu gün də, xəzan yelini hiss edən ağaclarının lacivərd rəngli yarpağlarının arabir qopub könülsüz-könülsüz torpağa düşməsini bir xeyli izlədi. Birdən yadına düşdü ki, axı onlar gəzməyə gedəcəkdilər. Bu günə kinoya biletləri vardı. Qorxulu kinoya baxacaqdılar.Bir həftə əvvəldən qərara gəlmişdilər, onlayn qeydiyyatdan da keçmişdilər.

 

Ardı var...

 

 

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam