Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

DEYİMLƏR

           

 

Yenixeber.org:                                             Arı

  

Arı tənha çiçəyin zərif ləçəyinə qonmuşdu. Dodaqları ilə ləçəyin şirəsini çəkirdi. O birdən ləçəyin xoş iniltisini eşitdi. Sanki o arıya deyirdi: "Çək,bərk çək,mənim şirinliyimi. Bilirəm, bu şirinlik kimlərisə yenidən həyata qaytaracaq. Bax, onda o sevincdən mənə də pay düşəcək".

                                                       

                                                         Qadın nəfəsi

 

Soyuq və şaxtalı bir qış axşamı. Odun, ocağın olmaya. Qapısı, pəncərəsi kif bağlanmış bir otaqda qadın nəfəsinin ümidinə qalasan. Və ömründə bir dəfə dünyanın ən isti, isti, hərarətli qış gecəsini yaşayasan.

                                                      

                                                     Müqəddəslik və gözəllik

 

   İki nəfər yol gedirdi. Biri yola düşmüş çörəyi götürdü, biri də çiçəyi. Çörək götürən onu öpüb gözünün üstünə qoydu, çiçək götürən qoxlayıb sinəsinə basdı. Biri müqəddəsliyi qorudu, biri gözəlliyi.

                                                      

                                                           Getmişdin

 

  Getmişdin, özü də çoxdan. Bizdən çox uzaqlara. Mənim üçün, uşaqların üçün getmişdin. Getmişdin ki, biz də insan kimi yaşayaq. Sağ ol. Sənin sayəndə indi hər şeyimiz var. Təkcə sənsizliyimiz sıxırdı bizi.

  Şükür, gəldin. Sevindirdin bizi. Birinci əyilib torpağı öpdün. Sonra da uşaqları və məni. Qınamadım, qısqanmadım səni. Əksinə alqışladım, öydüm. Düşündüm:  Övlad üçün anadan əziz kim olar ki!

                                                     

                                                        Mənim istəyim

 

  Mən nə istəyirəm?  Yaşıl meşə, onun içərisində burula-burula axan sakit çay. Çayın qırağına yıxılmış quru palıd ağacı və bizim qurumuş palıd ağacının üstündə qoşa oturub çobanyastığı çiçəyinin ləçəklərini öz sevgimizin xeyrinə qoparıb bir-bir suya atmaq.

                                                          Qayıdaq

 

Gəl gəncliyimizə qayıdaq. Sevək bir-birimizi, əhdü- peyman bağlayaq. Mən elçilərimi sizə göndərim. Atan qəzəblənsin, iki ayağını bir başmağa qoyub elçilərmə desin: "Mənim ona veriləsi qızım yoxdur. Bir də bu qapıya ayaq basman!" hökümünü versin. Biz də imkan tapıb bir-birimizə qoşulub uzaq bir şəhərə qaçaq. Heç kim yerimizi bilməsin.

  Aradan illər keçsin. Biz də iki balamızı götürüb, utana-utana atanın ziyarətinə gələk. O da göz yaşını heç vaxt görmədiyi şəkər noğul nəvələrinin üzünə tökə. Və beləcə ata sərtliyini, tərsliyini, höcətliyini süd qoxlu nəvələri sındıra.

                                                          Bilmədim

 

  İllərcə qəfəsdə saxladığım bülbülü açıb azadlığa buraxdım. Uçub sizin bağdakı gül koluna qonub oxumağa başladı. Bilmədim azadlığını bayram edirdi, ya mənim səni sevdiyimi sənə çatdırırdı? Axı sənin gözəlliyini vəsf etdiyim şeirlərimi yalnız ona oxumuşdum.

                                               

                                                    Dayanmışdılar

 

  Payızın son ayı idi. Soyuq və yağışlı külək meydan sulayırdı. Uca bir ağacın başında iki yarpaq gördüm. Kürək- kürəyə verib dayanmışdılar. Yadıma iki yaşlı cütlüyün cavan vaxtı bir-birinə dediyi: "Məni səndən ölüm ayıra bilər!" ifadəsi düçdü.

                                                      Ayrıldıq

 

Yaxın olduq, doğma olduq. Qoşa yandıq çatdığımız sevgi oduna. Sonra da  döndük yada. İndi nə sən məni tanıyırsan, nə də mən səni. Olmuşuq yad. Bilmirəm harda yaşayırsan, necə dolanırsan, yediyin, içdiyin də nədir? Bəlkə heç mən yaşadığım şəhərdə də yaşamırsan. Köçüb getmisən yad bir şəhərə. Bilirəm mənsiz yaşaya biləcəksən, amma Vətənsiz necə yaşayacaqsan? Axı sən Vətəni hər kəsdən və hər şeydən çox sevirdin.

                                                 

                                                      Gedəcəm

 

  Sənli xatirələrimi də götürüb gedəcəm.Sonra məni çox axtaracaqsan.Tapmayacaqsan, göyüm-göyüm göynəyəcəksən, sızım- sızım sızlayacaqsan. Əlin hər yerdən üzüləndə xatirələrə əl atacaqsan. Bağrına basıb gecələri xatirələrlə yatacaqsan.

                                                         Ana

  

Çağırdın, qadamı aldın. Buyurdun, qadamı aldın. Kiçik bir buyruğunu yerinə yetirib "gəldim"dedim. Boyumu oxşayıb qadamı aldın. Qadamı ala-ala böyütdün məni. Əlim çörəyə çatdı.

  İllər keçdi yaşa doldun, qocaldın. Yerişin yavaşıdı, gülüşün azaldı. Bircə "qadan alm"ın azalmadı, ay ana.Yeriməyinə, oturmağına, durmağına kömək etdim, qadamı aldın. Ürəyində nə qədər qada vardısa elə onunla da bu dünyadan köçdün. Mən yandım. Ona görə yandım ki, sənin qadalarının qarşısına ürəyim istəyən qadanı çıxara bilmədim.  

                                                     Mən həqiqət acıyam

 

Başıma sığal çəkən əlini götür başımdan. O daş kimi ağırdır, qurudur. Heç şəfqəti, qılığı da yoxdur. İllərdir təsəlli verirsən, vəd verirsən. Nəyə lazım yalançı vədlər, təsəllilər? Daha yemirəm, yemirəm sənin yağlı, qaralı xəyal plovunu. Mənə yağsız, qarasız həqiqət ver, həqiqət. Mən yavan həqiqətin acıyam.

 

                                                           Xəyal qur

 

 Gecənin tən yarısı. Vahiməli bir qaranlıq. Hamı dərin yuxuda. Amma sən qorxuda. Qorxma. Xəyal qur. Məni çağır, mən gəlim sənə ürək-dirək verim. Başını qoy çiynimə. Bax, görürsən mənim gəlişimdən qaranlıq çəkilib getdi. Uyu gözəlim, uyu.

                                                              Kənddə

 

Əvvəl ayaqqabılarımı çıxartdım. Sonra da corablarımı. Corablarımı ayaqqabılarımın içinə qoydum, solu sola, sağı da sağa. Və ayaqqıları sol əlimə aldım. Sağ əlimi bayaqdan maraqla mənə baxan uşaqlığıma uzatdım. Başını qaldırıb üzümə baxdı, isti bir təbəssüm göstərib kiçik əlini ovcumun içinə qoydu. Kiçik və zəyif əli ovcumda itdi. Biz tozlu yolla ayaqyalın, başıaçıq getməyə başladıq. Məqsədim uşağlığıma döndüyümü doğma torpağa duydurmaq idi. Amma, bilmədim bu yerişimi yol  duydumu?

                                               

Məhərrəm Şəmkirli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam