Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Alov püskürən qələm

 

 

Yenixeber.org:   Ömür-gün yaşadığımız xaoslarla dolu dünyamızda bir sıra söz –qələm sahiblərimiz öz yaradıcılıqları ilə oxucularına gərəkli töhvələrini  verib və verməkdədir. Mənim nəzərimdə belə gərəkli qələm sahiblərindən biri də hörmətli şair və publisist Təranə xanım Şəmsdir. Təranə xanım, hər şeydən əvvəl özünə və ətarafındakılara qarşı çox ciddi və tələbkardır, cəsarətlidir, həqiqəti sevəndir, sözünü üzə şax deməyi bacarandır, bütün istedad və bacarığını qələmə və sözə sərf edənlərdəndir. Qeyd etdiyim xüsusiyyətləri yaradıcılığına hopdurmaqdadır.

         Təranə xanım Azərbaycanımızın dilbər guşəsi Şəki bölgəsində, müəllim ailəsində dünyaya göz açıb. Həyat yolları bir çoxlarımız kimi sevincli-kədərli, enişli-yoxuşlu olub. Şəki şəhəri, 2 saylı orta məktəbi yüksək qiymətlərlə bitirib. Ən müqəddəs istəyinə, təhsilini davam etdirmək arzusuna çata bilməyib. Qurduğu ailə həyatında taleyin ağır sınaqları ilə üzləşib. Həyat yoldaşını erkən itirib. İki oğul övladına həm atalıq, həm də analıq edib, böyüdüb boya-başa çatdırıb. Altı nəvə nənəsidir. Oğul, nəvə sevgisi kimi müqəddəs bir hisslə yanaşı, qəlbində daha müqəddəs ikinci bir sevgi hissini yaşadıb-qələmə sarılmaq, yazıb-yaratmaq sevgisi ...İki dəyərli kitab-“ Sevdaliyam bu həyata” və “Tənha adayam”adlı kitabların müəllifidir. Kitablarda hörmətli şair –publisisitin şeirləri və publisistik yazıları dərc olunub. Yazdıqları gərgin əməyinin bəhrəsidir...

         Təranə xanım “ Sevdalıyam bu həyata” kitabına yazdığı “Müəllif sözü” yazısında özünə xas xarakterik xüsusiyyətlərindən birini belə ifadə etmişdir: “Ədəbiyyatdan inşa mövzularını həmişə mücərrəd götürməyi xoşlayırdım. Bu cəhdim məni şagirdlərdən fərqli edirdi. Hiss edirdim ki,mənimlə bərabər fərqli cəhətlərim də boy atır. Həyata baxışım, insanlara inamsız yanaşmam, həqiqəti sevməyim, ana sevgisi, vətən sevgisi...xislətimə hakim kəsilmişdi.”

         Onun, mənəvi aləmində kəşf etdiyim xüsusiyyətləri xatırlamaqda məqsədim bu kəşfin dürüstlüyünə real gördüklərimdən irəli gəlir. Bəli, müəllifin qələmi də, ürəyində çağlayan hiss və duyğuları çoxlarımızdan fərqlidir. Dünya keşməkeşlər, əskikliklərin vəhdəti və mübarizəsi dünyasıdır. Dünyamız tarixən belə olub, belə yaşanıb, dünya öz tarixin son anınacan belə olacaq. Ağlın gözləri ilə nəzər saldıqda yaşadığımız mühitin gözəllikləri də, eybəcərliklikləri də saya-hesaba gələn deyil...Bunlardan heç biri Təranə xanımın baxışlarından, kəskin qələmindən yayına bilməyib...

“Qara yanvar! Qanlı yanvar! Sinən dağ-dağ edildiyi gün! Övladların göz önündə qanına bələndiyi gün! Anam vətənim! Sənin qəlbindən silinmədi bu yara!”

         “Anam,anam sən Qarabağın dərdinə alışıb yanmısan”-deyən, vətənin sağalmaz yaralarına məlhəm olmaq istəyi ilə alışıb yanan Təranə xanımda anaya olan sonsuz sevgi nə qədər güclüdürsə, vətən, haqq ədalət sevgisi də o qədər sönməz, o qədər yenilməzdir. O, eyni zamanda bəzi insan oğullarının eybəcərliklər girdabında əlqol atmasına, haqsızlıqarına, milli-mənəvi dəyərlərimizi oyun oyunçağa çevirməklərinə qarşı da olduqca sərt, olduqca yenilməz, olduqca üsyankardır.

         Təranə xanımın alov püskürən qələminin hədəfləri kimlərdir: mədəniyyətini “avropasayaqlığa”bənzətməyi özünə hünər bilən, tərbiyəsini ailə daxilində valideylərindən yox, televiziya kanallarında nümayiş etdirilən xarici seriallardan almış, parklarda, metro vaqonlarında, cəmiyyət içində açıq-saçıq hərəkətləri ilə saymamazlıq göstərən, milli mənəviyyatımızı tapdalayan, təhqir edən bir sıra açıq-saçıq gənclər, valideyn laqeyidliyinin ağırlığı altında üzülən, körpələri ilə birlikdə, əyyaş ərinin işgəncələrinə, təhqirlərinə, dəhşətli oyunlarına məruz qalmış cavan gəlinlər, Qorbaçov “yenidən qurmasının”(“yenidən uçmasının”)”fədailəri”-yurd-yuvasını, oğul-uşağını tərk edib keçmiş imperiya ərazilərinə səpələnmiş, son nəfəsini həmin ərazilərdə tapşırmağı ar bilməyən, yurdda oğulsuz qalmış ata-analarının cənazələri qadınların çinində son mənzilə yola salınan kişilərimiz, südəmər yaşlarından ata-ana qayğısına həsrət, xəstələnib dövlət xəstəxanalarında müalicə almaq məcburiyyətində qalan, lakin xəstəxana daxilində də göstərilən laqeyd münasibətlərlə qarşılanan yetimxana uşaqları və s-lərdir.Bu münasibətləri törədənlər hörmətli prezidentimiz İlham Əliyev cənablarının dəfələrlə tənqid hədəfinə məruz qalmış yarıtmaz dövlət məmurlarıdır. Kaş ki, onlar Təranə xanımın yazılarını oxuyub nəticə çıxarmağı bacarsaydılar...

O, onlarca bəhri-təvillərin, aforizmlərin, müsahibələrin müəllifidir-hamısı da bir-birindən dəyərli, bir-birindən qiymətli. Həm də gözəl şairdir... Yazıları qəlbinin döyüntüləri, vicdanının diqtəsidir...

Təranə xanıma uzun ömür, can salığı, övlarları ilə birgə ailə səadəti, sevdiyi yazı sənətinə sıx bağlılıq, yeni-yeni yaradıcılıq üfüqləri, uğurlu-xeyirli yollar arzulayıram.

 

 

İsmayıl İlməzli                      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam