Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şairə Mətanət Ulu Şirvanlı ilə görüş oldu:Şamaxıda (FOTOLAR)

Şairə Mətanət Ulu Şirvanlı ilə görüş oldu:

 

Şamaxı Dövlət Regional Kollecində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib.

Yenixeber.org:  Kollecin direktoru İlham Vəliyev şairi yaradıcılıq uğurları münasibətilə təbrik edib, qədim Şirvanın Azərbaycan ədəbiyyatına görkəmli şəxsiyyətlər, dünya şöhrətli sənətkarlar bəxş etdiyini bildirib. O, Mətanət Ulu Şirvanlını tanınmış yazıçı Əzizə Cəfərzadənin davamçısı hesab etdiyini söyləyib.

Mətanət Ulu Şirvanlının yaradıcılığını yüksək dəyərləndirən kollec direktorunun müavini Vaqif Eyyubov diqqətə çatdırıb ki, gənclərin mənəvi dünyasının dərinləşməsində belə görüşlərin böyük əhəmiyyəti var.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Kazımov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Kamil Bəşirov Mətanət Ulu Şirvanlının nəsr əsərlərindən söz açıblar. Qeyd edilib ki, şair ilə doğma yurdda görüşün təşkili tələbələrin şirvanlı şairlərin yaradıcılığı ilə tanışlığında, gənclərin mənəviyyatının zənginləşməsində, dünyagörüşlərinin genişlənməsində, vətənpərvərlik ruhunun yüksəlməsində böyük rol oynayır.

Şairin kollecdə bundan əvvəl keçirilən görüşünü xatırladan müəllim Kalbalı Musayev diqqətə çatdırıb ki, bu dəfə Mətanət Ulu Şirvanlı tələbələrin qarşısına yeni ampluada - tanınmış yazıçı və publisist kimi çıxıb. Tələbələrə yazıçının roman və esselərini oxumağı tövsiyə edən K.Musayev diqqətə çatdırıb ki, bu əsərlər onların dünyagörüşlərinə müsbət təsir göstərəcək, eləcə də paklıq və sədaqət hissləri aşılayacaq.

Bədii kompozisiya ilə davam edən tədbirdə şairin sözlərinə Xalq Artisti Oqtay Rəcəbovun bəstələdiyi “Salam, Şamaxı” mahnısı səsləndirilib, tələbələr şairin Vətənə, şəhidlərimizə həsr olunan şeirlərini söyləyiblər. Gənc müğənni Taleh Orucov klassik Şirvan şairlərinin qəzəlləri üstündə muğamlardan parçalar ifa edib.

Mətanət Ulu Şirvanlı doğma yurdunda tələbələrlə görüşün ona sonsuz sevinc hissləri yaşatdığını deyib. Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən şair tələbələrə kitablarını hədiyyə edib.

Sonda tələbələrin dünyagörüşünün zənginləşməsində böyük rol oynadığına görə Mətanət Ulu Şirvanlıya kollecin rəhbərliyi adından “Təşəkkürnamə” təqdim edilib. 

Şairə Mətanət Ulu Şirvanlı ilə görüş oldu:
Şairə Mətanət Ulu Şirvanlı ilə görüş oldu:
Şairə Mətanət Ulu Şirvanlı ilə görüş oldu:
Şairə Mətanət Ulu Şirvanlı ilə görüş oldu:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam