Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Salxım söyüd

 

 

 

Yenixeber.org:   (Ardı)

 

İndi allaha yalvarırdı ki, Mələk onlayn olsun. Düşünürdü ki, səhər indicə açılıb. Mələk ailəli uşaqlı qadındır. Gün çırtlamamış kompyuter qarşısında oturacaqmı? Mail.ru saytına girib poçtunu açıb, emali ünvanına daxil oldu. Yeni gələn məktublara ani nəzər saldı.Kursoru səhifədə gəzdirib ekranının aşağı sağ küncündə agent bölməsinə daxil olub siyahiyə nəzər saldı. Səhifədə Slujba podderjka dan başqa heç kim yox idi. Demək Mələk girməyib internetə. Ani bir qərarla Mələyə mesaj yazdı. Agentə gəl. Gözləməyə başladı. Tez tez F5 düyməsini vurub Mələyin agentdə görünməsini gözləyirdi. Bir anlığa səhifəni aşağı saldı. İnternetdə hava proqnozunu axtarmağa başladı. Səhifədə gəzib yenidən agentə qayıdanda agentdə Mələk yaşıl idi. Bu yaşıllıq ürəyinə, içinə hopmuş atəşin üzərinə sərin su kimi çiləndi.  Ürəyi rahatladı. Kursoru əlinə alıb tez agentdə dostların adı soyadı olan hissəyə vurub özünü onlayın işarəsi statusuna qoydu və :

Səma: 

Salam!

Burdasanmı canım?

Melek:

Salam canım burdayam!

Melek:

Xeyir ola? Mesajı aldım, nigaran qaldım. Nə olub belə?. Səhər -səhər, təcili məni çağırdın belə ?

Mələyi onlayn görəndən sonra bir az sakitləşdi.

Səma: 

Narahat olma,bir hadisə olmasa da, hər halda ürək açan bir hadisə də olmyıb. Daha burda qala bilmirəm.Başıma hava gələcək.İnsan nə qədər həyəcan keçirər.Sıxılar, üzülər axı mən nə edə bilərəm ki?Zərbə- zərbə üstündən alıram.

Melek:

Nə olub axı gecə sənin profilini görəndə dalağım sancmışdı. O nədir elə yazma canım! Sən bir az nikbin ol, səbirli ol. Allah da səbirliliəri sevir.

Bir anlığa WhaatsAPP-da statusunun yadına salmağa çalışdı.Dan üzün eşitdiyi sehirli sevgi dolu nəğmə beynində hələ də əks səda veməkdə olsa da xatırladı.

Kimin olduğunu bilmədiyi, lakin hazırki vəziyyətinə tam uyğun gələn :

Həyat...! Söylə nədir mənimgünahım?

Dumandan ayırıb çənə vermisən...

Mən o qədər dözümlüyəmmi?

Bütün dərdlərini mənə vermisən!

Kim yazmışdısa Nərminin indiki halı ilə tam uyğun idi.

Mələk statusu gördüyü andan dalağı sancmışdı.Ondan nigaran qalmışdı.Qaragünün başından bulud əksik olmur deyə düşünmüşdüsə də, zəng vurub ondan bir şey soruşmağı lazım bilməməişdi.

Səma: 

Şənlik yatır.Mən dan üzündən oyanmışam.Mənə bir məsləhət ver. Daha doğrusu düşünmüşəm.Bacı daha burada qalası halım yoxdur.Bu gün dönmək istəyirəm Bakıya. Dedim bir səninlə də məsləhət edim. Sən necə düşünürsən?Burada qalıb ətrafdakılara mənfi enerji verməkdənsə qayıtsam daha yaxşıdır.Mən daha heç.Amma Şənliyin bu qədər sıxıntı çəkməsinə dözə bilməyəcəm.Hələ qaynanamı, qaynatamı demirəm.Onların da haqqı var ki, gözlərinin ağı qarası bir oğullarından hamı kimi nəvə görsünlər.Dünənki mənə bəs elədi. O yaşda qadın özünü saxlaya bilməyib elə hönkürtü ilə ağlayırsa daha mənə nə demək lazımdır. Qaynanam sözünü dedi. Mən də cavabımı aldım.Daha nə deyim?Əzizim sən məni başa düş.İstəyirəm ki, acımısa da sakitlikdə çəkim.

Melek

Gəl canım, ən yaxşı yolu budur.Münasibətləri kəskinləşdirmək heç də sənin xeyrinə deyil. Ancaq sən Şənliklə danış, qoy valideynlərinə getmək xəbərini özü versin. Səndən duymasınlar.

Səma:

Mən bilirdim sən də elə düşünəcəksən! Sağ ol canım. Təşəkkürlər.Görüşərik.

Nərmin sağollaşıb notbuku söndürdü.Cərəyandan ayırıb stolun üstünə qoydu.Pəncərədən güllüyə tərəf nəzər saldı. Artıq səkkizin yarısına az qalırdı.

Mətbəxdən gələn səslərdən məlum idi ki, artıq çay çörək hazırdı.Şənliyi bir iki dəfə də səsləyib oyatdı.Şənlik gözlərini açıb ona baxdı. Nə olub niyə yatmırsan ki, səhərin bu şirin yuxusunu dedi.

Nərmin: Qurban olum Şənlik gedək burdan yalvarıram sənə. Şənlik süni təəcüblə Nəminə baxıb başılnı buladı.Mən indi bildim ki, sənin belə tələsik Niyala gəlməyin xeyir əlamət deyil. Səni bura salxım söyüdün göz yaşları gətiribmiş .Gəldin gördün yoxdur indi də geri dönürsən. Sarı gəlinim mənim! Düz tapdımmı- deyə uzandığı yerdəcə Nərmini süzdü.Nərmin bu qərarın belə qarşılanmasına məətəl qaldısa da belə sakitcə həlli onu sevindirdi.Yerindəcə gərnəşib ayağa qalxdı.Ona yaxınlaşıb çənəsinin yuxarı qaldırıb düz gözlərinin içinə baxdı.Şənlik bu gözlərin dərinliyində bir kədər, bir də narahatçılıq gördü.

-Darıxma əzizim. Sarı gəlinim mənim.Hələ indi durmuşuq yuxudan.Sən heç narahat olma.Yeyək içək mən anamgillə danışaram, deyərəm təcili işim çıxdı.Deyərəm şəhərə qayıtmalıyam.Gözlərini qaldırıb sınayıcı baxışlarla onu süzdü.Heç inanmağı gəlmirdi.Güç bəla, dilə tutub bu dağlar qoynuna gətirdiyi Şənlik belə asanlıqla razılaşa qayıtmağa.

Əslində isə məsələ tamam başqa cür idi.Dünən anasının axşamüstü bir hovurluq gələn uşaqlı gəlinlə qaynananın gedişindən sonra Bəyim arvadın hönkürtü ilə ağlaması və sonra da mətbəxdə asi-kifir danışığı Şənliyin bacısını da özündən çıxarmışdı. Onsuzda olmayan kefini bir az da qaçırmışdı. İmkan tapıb onu yanlamış, qardaş qurbanın olum götür Nərmini apar burdan, yazıqdır demişdi və bütün əhvalatı ona danışmışdı.Anasının bu hərəkəti ona da toxunmuşdu.Axı o da iki ilə yaxın idi ki, gəlin köçmüşdü.Getdiyi evdə də, elə bu vəziyyət idi.Əri, qaynatası, qaynanası ondan uşaq gözləyirdilər. İki il elə də, uzun vaxt olmasa da, yenə də problem idi. Hərdən qulağına elə sözlər gəlib çatırdı ki, varından yox olurdu. Bir dəfə hətta kəndin başındakı qədimi lakin çox gur sulu bulağın başında nagahani bir söhbətin şahidi olmuşdu. Bu bulağın üç iri novu var idi.Həm də bu novların hər üçündən gur şəffaf su gəlirdi.Deyilənə görə bu bulağın suyu düz dağların altından gəlirdi.Bulağın suyu o qədər şəffaf idi ki, qabın içərisində suyu sezmək olmurdu. Elə gur su idi ki, altına vedrəni tutanda az qalırdı əlindən düşsün. Niyalın bütün həyətlərinə su çəkilmişdi.Kənd əhli demək olar ki, bu gözəl diyarın bulaqlarını həyətlərə çəkmişdilər.Amma el arasında Novlu bulaq adlanan bu bulağın başı həmişə tünlük olurdu.Kim darıxırdısa cehizlik mis güyümü çiyninə alıb birbaşa Novllu bulağa gedirdi.Novlu bulağın suyu da bam başqa idi.Tamlı çay içmək istəyən tənbəllik etmədən Novlu bulaqdan su gətirərdi məxsusi.Kəndin xeyir şər işlərinə də, buradan su daşınardı.Ölü yerinə, toya nişana Novlu bulağından su aparmaq şan şöhrət idi Niyallılar üçün. Odur ki , bulağın başı həmişə qələbəlik, sözlü-söhbətli olurdu. Zərif o vaxt qədimi mis  güyümü çiyninə alıb, Novlu bulaqdan su gətirməyə getmişdi. Ora çatıb güyümü çiynindən çıxarıb yerə qoydu.Sakitcə bir tərəfdə dayanıb növbəsini gözləyirdi.Bulaq başında söhbət qızışmışdı.

Onu görcək :Xeyir ola ay Zərif qonağınız olacaqmı?- deyə novun altında toy əti yuyan qapı qonşuları ona səsləndi. Yuxarı tərəfdə dayanıb söhbətləşən iki qadın onun adını eşitcək gönüb baxdılar. Bu Bəyim arvadın qızı Zərif deyilmi ay qız ?-deyə bir ağızdan soruşdular.

Müsahibi, hə odur!:necə bəyəm deyib üzünə baxdı.Qadın dönüb yanındakına astadan:Bu da getdiyi yeri şenləndirmədi. Yazıqlar nəvə gözləyir.Bu da ki, doğub törəmir deyəsən. Hər nə illət varsa bunlardadır .Qardaşı da on ildən artıqdır ki, evlənib.Oğul uşaq sahibi ola bilmir. Bu sözlər o zaman Zərifin yaman xətrinə dəymişdi.Utanmasaydı, güyümünü götürüb evə qayıdardı.Lakin qayıtmamışdı.Suyu doldurduqdan sonra sakitcə çıxıb getmişdi. O vaxtdan Zərif sək-səkə içində idi. Qadının sözü ox olub ürəyinə sancılmışdı.Onların haqqında deyilən bu xoşagəlməz söz ürəyində qubar etmişdi.Şübhələr içini gəmirsə də heç kimə, doğma anasına belə bir söz deməməmişdi.Ailələri haqqında belə xoşagəlməz söz söhbətin yayılmasını ona dərd olmuşdu.Bəlkə doğrudan da, elə qardaşımdandır uşaqın olmaması deyə qara-qara düşünürdü.Əgər əvvələr hələ də uşağa qalmamasını ürəyinə salıb firkir etmirdisə və əksinə xoş xəyallar qururdu.Bulaq başında eşitdiyi sözdən sonra ruhdan düşmüşdü.Durub oturub allaha yalvarırıdı ki, ilahi qardaşıma bir övlad ver. Bizi yaman dillərdən qurtar deyə yalvarırıdı.Elə bilirdi qardaşının evladı olsa onun da evladı olacaq.Xülasə qeybətçi qadınların yaman sözləri yaralamışdı Zərifin incə qəlbini.Özü də pis yaralamışdı.Odur ki, dünən Şənliyə yalvar-yaxar edib şəhərə qayıtmağa razı salmışdı.Nə qədər düşünürdü anasına haqq qazandıra bilmirdi. Əgər bu müddət ərzində övladı olsaydı,bəlkə də anasına haqq qazandırardı. Qadının yarıpıçıltı ilə dediyi, doğub törəyə bilmir sözləri qulaqlarından getmirdi.Bir qadın sövqi-təbiiliyi ilə qardaşı arvadını müdafiəyə qalxmışdı.Bulaq başında eşitdiyi, acısını hələ də uda bilmədiyi o xoşagəlməz ifadəni düşünəndə belə, kefi pozulurdu.Anası, doğma anası, dünənki hərəkəti ilə onu varından yox etmişdi. İndi düşünürdü ki, bəs Nərmin! O buna necə dözsün?.

***

Nərmin bir az rahatlandı.Pal-paltarını toplayıb çamadanı səliqəyə saldı.Onsuz da gecə paltarından başqa bir paltar çıxarmamışdı.Şənliyin paltarlarını da götürüb səliqə ilə çamadan qoydu.Birdəfəlik idman stilində geyindi.Yola belə çıxacaqdı.

Eyvana çıxdı.

Bəyim arvadın səsi çıxmırdı.Səhərdən mətbəxdə əlləşdiyi aydın idi.

-Sabahın xeyir ana deyə, qaynanasını salamladı. Üzünə ötəri nəzər saldı.Qaynanasi tutqun idi.Aşağı enib Ərşad kişinin zövqlə tikdirdiyi “piano” bulağında əl üzünü yuyub quruladı.Güllüyə sarı getdi.Güllük əsil cənnətə bənzəyirdi. Bir az da qabağa gedib kiçik çöl qapısının yanında dayandı. Nəzərlərini çevirib bir az aralı bağlardan o tərəfə,dan üzü sehirli səsin kəndin üstünə–əsrarəngiz sevgi yağışının ələndiy səmtə boylandı. Ağacların arasından meşənin bir parçası görünürdü.Meşəyə sığınmış yamac al-əlvan xalçanı xatırladırdı. Bir anlığa gözlərini yumub özünü o al-əlvan yamacda çiçəklərin arasında hiss etdi. Burnuna çöl çiçəklərinin ətri dəydi. O qədər iyləmişdi ki , bu on ildə o çöl çiçəklərini. Doğma idi ona Niyal kəndi. Elə bilirdi bu yerlərdə göz açıb,.bu təbiətin qoynunda gəlib dünyaya. O qədər sevirdi ki, ana təbiəti. Çox vətənpərvər idi.Azərbaycanın harasına gedir getsin oranı özünə doğmadan doğma sayırdı.Niyalı isə lap çox sevirdi.Şənliyi sevdiyi kimi.Axı burda dünyaya gəlmişdi Şənlik.Bu torpaqdan, bu təbiətdən yaranmışdı.Burda dolmuşdu Şənliyin ürəyi ülvi hisslərlə. O mələk sevgi bu dağların saf havasından almışdı təravətini.

Həyətin o başına getsə Qartla Fiti görəcək onlarla salamlaşacaqdı.İndi dayandığı yerdən görə bilmirdi.Başını qaldırıb baxanda ağacları, bir də ətrafı çətir kimi tutan yaşıllığı görmək olurdu.Odur ki, Şənliyin eyvana dönməsini gözləyib güllüyün ətrafında yubanırdı.Mətbəxə keçib süfrənidüzəltməyə qaynanasına kömək etmək istəsə də, qaynanası ilə təklikdə olacağını düşünüb yuxarı qalxmırdı.Səhv qaynanasının idi.Gəlin utanırdı onun üzünə baxmağa.

Şənlik onu görüb yanına gəldi.Diqqətlə üzünə baxanda yanaqlarının solduğunu sezdi.Gözlərində soyuq, bir iztirab var idi. O bu soyuqluğu səhər-səhər anasının gözlərində də görmüşdü. İkisi birlikdə eyvana qalxdılar .Bəyim arvad mətbəxdə səhər yeməyi hazırlayırdı.

Nərminin içinə dolan soyuq yavaş-yavaş özünü biruzə veməkdəydi. Bunu Nərmin hiss etməsə də Şənlik duymağa başlamışdı. Gözlərinə dolub ürəyinə axmaq istəyən o soyuğu isti nəfəsi ilə əritmək,uzaqlaşdırmaq istəyirdi.Bir addım geri qalıb sevimli Nərmininin pillələrlə çıxmasına tamaşa etdi.Sonra özü də, onun gözlərindəki, soyuq duya-duya pillələri qalxıb eyvana çıxdı.Stulu çəkib atası üzbəüz oturudu.

Ərşad kişi televizora baxırdı. ATV kanalının xəbərlər proqramını aparan toppuş aparıcının eksklüziv xəbərlərini diqqətlə izləyirdi.Şənliyin oturduğunu görüb: zalım qızının bilmədiyi yoxdur.Hər yerdən, hər şeydən, öləndən- itəndən tutmuş evlənib boşaqnanlara qədər hər şeydən xəbər verir dedi.

-Hə,ay bala onu deyirəm də, hər səhər bu insan yeni xəbərlə gəlir. Ölkənin hər güşəsində bunun xəbərçiləri var elə bil.Yanmış elə də şirin-şirin danışır ki, xəbərlərə də elə duz istiot qatır ki, xəbərin dəyərinin birə yüz qiymətə mindirir.Halal olsun ATV kanalına.

-Noldu ay ata, bəs deyirdin kanalların içərisində Az TV-yə çatan olmaz?

-Noldu belə tez döndün fikrindən.

-Mən fikrimdən də dönməmişəm , yenə də dediyimdə də qalmışam.Yəni demək istəyirəm ki , ATV telekanalı da çox operativ xəbərlər verir. Əlbətdə mən bir gün AzTV kanalının xəbərlərinin dinləməsəm həmin gün gözümə yuxu getməz. Lakin onunla belə ATV telekanalına xüsusu rəğbətim var dedi.

Hər səhər televizoru yandırıb bu telekanala baxmasam bağrım çatlayar. O köhnə kişilər demiş bir növ adətkarda olmuşam. Hər səhər durub birinci ATV telekanalını izləyirəm Ondan sonra da ki, gedirəm meydana radio xəbərlərini dinləməyə.Allah bəlasını versin bu mənfur erməninin. Əlimiz işdən gücdən də, soyuyub qıraqdan qabaqlarına yal tökənlərin əmri ilə fəallaşan bu köpəyuşağının axır günlər törətdikləri hadisələr camaatda hövsələ qoymadı ki!

-Ay gəlin gəl süfrəni quraq. Kişilər acından birtəhər oldu deyə qaynanası onu səslədi.Həmişə Nərmin qızım, onu götür bunu qoy, qızım deyə müraciət edən qaynana indi rəsmiyyətə keçmişdi.Gəlin deyə xitab edirdi.Bəyim arvadın taktikası belə idi.Bir balaca su bulandımı, keçirdi rəsmiyyətə.Hər kəsi statusuna görə dindirirdi.Bunu artıq Nərmin çoxdan anlamışdı. Zarafat deyil nə az, nə çox, düz on il idi ki, bu ailənin içində idi. Bəyim xalanın xasiyyətinə bələd idi.Nərmin mətbəxə geçib əmrə müntəzir dayandı. Başqa vaxt yanaşıb sərbəst şəkildə hərəkət edər, bəzən lap Bəyim arvadı yarı zor, yarı xoş, qolundan tutub gətirb stol arxasında otuzdurardı. Sən otur ana, mən qulluq edim deyə təşəbbüsü əlinə alırdı.Allah tərəfi Bəyim arvad etiraz etməzdi.Evdə bir soyurqluq hökm sürürdü. Bu soyuqluq sözsüz-söhbətsiz ev əhlinin beyninə təsir etməkdəydi.

Zaur çoxdan getmişdi tarlaya.İşin qızığın vaxtında onu günün bu saatında harada itirsəydin zəmidə tapardın. Ona görədə stol arxasında yenə dördü əyləşmişdi.

Ərşad kişi:Qızım bir çay gətir boğazımızı yaşlayaq. Sənin qaynanan bu gün bizi ac qoymasa yaxşıdır deyə, zarafatla ona müracət etdi.Mətbəxə keçdi. Qaynansı səhər yeməyi üçün bal, yağ, qaymağ, soyutma yumurta və pendiri desert nimçələrə düzüb hazır qoymuşdu. Nərmin onları padnosa yığıb stola apardı.Padnosu əlinə alıb mətbəxə döndü.Samavar qaynamışdı.Çayı dəmlənib çayniki samovarın başına qoyulmuşdu.Samovarın həzin zümsüməsi xoş bir ovqat yaradırdı.Samovarın dızıldaması xoşuna gələn məqam idi.Öz təbirirncə buna zümzümə deyirdi. Samovar nə qədər zümzümə edirdisə,deməli hələ qaynardı və qaynardan düşməyinə xeyli var. Stəkanları padnosa düzüb sonra nəlbəkiləri də qoydu. Samovarın başından dəm çaynikini götürüb xüsüsi altlığın üzərinə qoydu.Qapağını açıb ətirli çayı iyləməkdən özünü heç cür saxlaya bilmədi.Adət etmişdi çayı süzməmişdən əvvəl çaynikin qapağını açıb onun ətrini sinəsinə çəkirdi.Bəyim xalanın, dəmlədiyi çay isə adnan idi.Bu yerlərin xarı bülbülündən tutmuş bənövşəsinə qədər nə qədər çiçək vari idi.Bəyim arvad onları yığıb səliqə ilə qurudar və işlədərərdi.Xüsusilə oğlu ilə gəlini gələndə həmişə çay dəmləyəndə bu otlardan istifadə edədi.Torpağın yetişdirdiyi bu ətirli bitkilərdən daha çox istifadə edərdi.Xüsusi səliqə ilə çayları süzüb stola apardı.

Adəti üzrə birinci stəkanı qaynatanın qarşısına, sonra da növbə ilə qaynanasına, Şənliyə və özü üçün qoydu.Süfrəyə bir də nəzər salıb hər şeyin qaydada olduğuna inananadan sonra stul çəkib Şənliyin böyründə əyləşdi.Qaynansının üzündə bir gölgə hiss etdi. Bəlkə də dünən ki hərəkətindən peşiman olmuşdu.Bəlkə də, elə yenə o hisslərin təsiri altında süzürdü onu. Özünü bu baxışların altında heç də yaxşı hiss etmirdi.Qarşısına qoyduğu stəkandan çıxan buxarın istiqaməti ilə buxar itənə qədər baxdı və əlini uzadıb qaynanasının təndirə yapdığı dəyirman unundan bişirdiyi çörəyin bir parçasını əlinə alıb iki böldü.Mexaniki hərəkətlərlə əlini süfrəyə uzadıb təamlardan götürüb dadmağa başladı. Nə yediyinin fərqində deyildi.Şənlik iştahla səhər yeməyi yeyirdi. Arabir gah anasını, gah da Nərimini hiss edilmədən süzür, onların hərəkətlərini izləyirdi. Nərmin götürdüyü çörək tikəsini bir əlindən o biri əlinə ötürüb, qaymaq qoyulan qabı yaxına çəkdi. Yağ bıçağı ilə qatı camış qaymağını götürüb təndir çörəyindən kəsdiyi tikənin üstünə çəkdi. Camış qaymağı ona ləzzət edirdi. Hər dəfə Niyala gələndə qaynanası onun üçün harzırlayardı. Nərmin onu sevə -sevə yeyirdi. İndi isə yeyirdisə də dadını hiss etmirdi. Bəyim arvad gəlinin yeməyi əvvəlki kimi həvəslə yemədiyini sezmişdi. Haradasa ürəyinin lap dərinliklərində bir peşimanlıq hissi keçsə də tez fikrini yayındırıb başqa səmtə yönəltdi. Şənliyin ona baxdığını sezib hərəkətlərini nizama salmağa çalışdı

Şənlik bu gün, elə birazdan gedəcəklərini anasına bildirmək istəyirdi.

Araya söz salıb ehmalca söhbəti açmaq istəyirdi.

Nərmin zəhmət olmasa mənə bir stəkan çay gətir deyib boşalmış stəkanına tərəf baxdı. Nərmin qalxıb stəkanı götürüb mətbəxə keçdi.

- Şənlik: səhər tezdən iş yerindən zəng çalmışdılar. Biz deyəsən gedəsi olduq ay ana.Bəyim arvadın dalağı sancdı.Lakin özünü o yerə qoymadı.

 

Ardı var

 

 

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam