Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SƏN DƏ MƏNSƏN...


  • "Xeberinfo.com": Çəkil! Uzaq ol! Dəlmisən qəlbimi,məni üzən məhəbbət,sevməyim olubmu qəbahət ürəyim,puç etmisən arzumu diləyimi. Mən səni unutmaq istəyirəm.Bilirsən unutmaq istəyirəm, sənli günlərimi,acılı –şirinli xatirələrimi.Ürəyim, eşidirsənmi? Dinlə məni, eşit qəlbimin tüğyan edən səsini! Eşit, ürəyimin hər guşəsindən gələn fəryad səsini. Məni yalnız sən duya bilərsən, mənimlə mənsiz sən uyuya bilərsən. Röyalara baş vurub mən gördüyümü sən görə bilərsən. Sənə olan təlaşımdan ölə bilərsən. Bilirsən ürəyim, bu ağrı –acını,ayrılan yolların həsrətini cismim, ismim duyur. Duyğulanan səsimi sən dinlə mənə yaxın ol! EH...!Hərdən gözlərim yol çəkir sanki uzanan yollar məni özü ilə çəkir, aparır, aparır amma hara, hayana? Aman Allahım nə yaman çətinmiş aşiqin sevda yolu? Həsrət, həyəcan, təlaş, iztirab, budurmu sevmək of ürəyim kaş bilsəydin! Bilirsən,qaçmaq istəyirəm hərdən, amma kimdən, nədən, hara? Bil! Agah ol! Səndən, səndən qaçmaq istəyirəm. Əzizləyib qaranlıq guşədə yaşatdığın o bitməyən sevgidən qaçmaq istəyirəm. Bunu mənə iztirabım, həsrətim deyir. Axı necə, necə qaçım? Bu acı sevdanı sən bəxş etmisən qəlbimə, çevrilmisən dərdimə yrəyim! Dolmusan qəlbimə, dolmusan dərdli könlümə. Bəzən öz qəlbimdən özüm çıxıram,o boş qalan yeri verirəm dərdimə. Baş vururam yoxluğa, o boş qalan boşluğa. Amma yenə sən varsan, varsan tapıram xəyalını. Xəyalın əl açır mənə sarı, qovur məni, qaçıram amma yenə könlümün bir küncündə səni solan, bükülən görürəm və yenidən sənə gəlirəm. İçin –için ağlayırsan, sanki gözlərin bulaq olub, çağlayırsan, səsləyirsən məni. Səsləyirsən səsinə sarı, rənglər gözündə qırmızı, sarı, baxışlarınla deyirsən gəl mənə sarı. Sənin zalım mələyin, gülün –çiçəyin səni qıra- qıra, dilində zəhərlər sıra –sıra, eşitmir o ağlar səsini. Uzaq ol deyir təkidlə. Uzaq ol! Bitirmisən ömrümü! Sən peşiman –peşiman uzaqlaşırsan,arxanca baxıram dilim zəhər, qəlbim daş olsa da yenə dönürəm, dönürəm sənə sarı. Dönürəm yenə , keçə bilmirəm səndən. İtirdiyim mənsən, axı sən! Mənim də varsan, yaşarsan könlümdə, qəlbimdə, axı sən mənsən, necə qaçım səndən, özümdən, özümdəki sözümdən, sənə baxan gözümdən. Ax...yenə, yenə səni tapıram. Yerə göyə asimana, hara baxsam səni tapıram, özümdə tapdığım itiyi tapdığım kimi. İtirdiyim kim idi? Özüm?! Bəlkə sən! Yox, yox özüm. Özüməm özüm. Səni itirdiyim özüməm. Tapan da mənəm, atan da mənəm. İtirdiyim özüməm. Sən mənsən, sən mənsən, qaça bilmirəm səndən, o nəmli gözlərindən, o dərd yığan səbrindən. Qaça bilmirəm o məsum təmiz sevgindən. Əsirin, kənizin, solan bənizin, qoyduğun izin oldum, odun –közün oldum, yandırdım səni. Söylə, bağışlarmısan, bəlkə bəddua edib qarğışlarmısan? Yox inanmıram, inanmıram, axı sən də mənsən. Sevirəm səni, ata bilmədim, sata bilmədim özüm olan səndən qaça bilmədim,qaça bilmədim! Bu nə sirrdir aça bilmədim, aça bilmədim...

 

 

Şeyda Asiman


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam