Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Siz hələ daha çox yatın:(bədahətən)


Xeberinfo.com:  

 

Daha demərəm a millət ayıl,
Demərəm, çəkdiyiniz zillətdi ayıl.
Sizə yatın deyirəm, yuxunuz şirin,
Daha çox, daha çox batın deyirəm.
Dilinizi daha çox sıxın dişinizə,
Mənim dərdim, onun dərdi, almayın vecinizə,
Əşi nə qalıb işinizə.
Kimin dərdi, kimə lazım,
Nəyimə gərək, niyə görüm, niyə yazım?
Sizə yatın deyirəm, yuxunuz şirin.
Daha çox, daha çox batın deyirəm!
Qonşun acdı, sən tox ol,
Təhlükə var, tez yox ol,
Sancmaq lazım gələndə, sinəsinə ox ol!
Çək ayağından, ozün düş qabağa,
Qoy qalsın geriyə,
Qoyma, qoyma, səndən öndə yeriyə.
Sənindi, mənimdi, kimindi bilmə,
Gələcək başına, amandı gülmə.
Gözlərini ovuclayıb,
Axarsa yaşın yalan,
Bulaşıq əlinlə amandı silmə, silmə.
Nə işimə qalıb, demərəm daha,
A millət ayıl, a millət ayıl..
Yatın deyirəm, yatın deyirəm,
Daha şirin-şirin yatın deyirəm.
Bilməyin Vətən nədir, torpaq nədir?
Qürbətdə kəfən nədir?
Biçən nədir, əkən nədir?
Kimdir, nəçidir,
Ayağından çəkən nədir?
Eh...kaş biləsən,
Başına düşən nədir?
Nəyimə gərək, daha çox yatın,
Daha dərinə gedin, daha çox batın...
Yatın, yatın..siz hələ, daha çox yatın!....

 

Təranə Nazimqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam