Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

AKADEMİK TELMAN NİZAMOV HAQQINDA


 

 

Xeberinfo.com:  Kitablarımda xalis elm insanı olan Telman İnayət oğlu Nizamov haqqında yazılı mənbəələrə əsaslanıb müəyyən qədər məlumatlar versəm də onun şəxsi və elmi keyfiyyətləri haqqında öz istədiyim qaydalarda dərin bilgilərimi verə bilməmişəm. Yaradıcı elm kadr T. Nizamova bir sıra şeirlər həsr etmişəm ki,  bunların icərisində diqqət çəkəni “İNSAN” şeiridir. Ona həsr etdiyim növbəti  kiçik şeir parçasında isə onun insani və elmi keyfiyyətlərini göstərməyə səy etmişəm.

 

Telman Nizamovunşəxsiyyətliyi haqqında qeydlər:Özümə dayaq hesab etdiyim Telman İnayətoğlu Azərbaycan Milli Aviyasiya Akademiyasında (AMAA) Elmi-Tədqiqat və Aerokosmik Problemləri İnstitutu Konstruktor Bürosunun rəisi vəzifəsində işləyir. Həm taxıl toxumlarının səpindən qabaq işlənilməsində, həm də genbank tədqiqatlarında çox ciddi axtarışların aparılmasına, ozonlaşdırmanın dozalarının və bu dozaları əldə etməyə imkan verən qurğuların və texnologiyaların hazırlanması üzrə tələb olunan layihənin tətbiqinin müəllifi texnika elmləri doktoru  Azərbaycan Milli Aviyasiya Akademiyasınınakademiki, Respublikanın Müstəqillik dönəmində ilkDövlət mükafatı laureatıhazırkı istehsalata tətbiqində özünü doğruldan bir sıra ixtiralarına görə Mühəndislik rəşadəti Qızıl medalına sahib olmuş Telman İnayət oğlu Nizamov artıq respublikada görkəmli elmi şəxsiyyətdir.

 

T.Nizamov haqqında bu həcmdə bu abzasa kimi yazımı internetə göndərmək istəsəm də noyabr ayının 10-u səhər saat 6-dabirdən-birə keçmişdəki yaradıcılıq və kəramətlik keyfiyyətlərini özlərində birləşdirmiş və unudulmuş (?) insanları xatırlayası olduğumdan xatirələrimi bir-iki gün təxirə saldım.

 

Ömrümün sonu yaxınlaşdığından T.Nizamov haqqında gördüklərimi,bildiklərimi və bir qədər dərindən düşünüb yazını davam etdirməyə başladım. Məndən soruşa bilərlər ki, onun şəxsi və elmi keyfiyyətlərini haradan bilirsən.Hələ Təbii Ehtiyatların Kosmik Tədqiqi (TEKTİ) İnstitutunda işləyərkən onunla birgə iki otaqlı laboratoriyada dayanmadan həftənin yeddi gününü Ənvərlərlə birgə işləyib qurğular yaratdığının, ixtiraetdiyinin şahidi olmuşam, gözlərimlə görmüşəm. İşcilərinin maliyyə qayğıları üstündə direktorla necə üz-üzə gəldiyinin:-Gəlin səmimi olaq,-deyə hirsli danışdığını müşahidə etmişəm.Bəzi hallarda açdığı süfrənin başında əyləşənlərin biri də mən olurdum. Onun iş fəaliyyətində elə maqamlar olurdu ki, necə əzab çəkdiyini də bilirdim. Onun əzab çəkib üzə vurmadığını mən hiss edəndən sonra dedim- ”Sizdə ki, bu ixtiraçılıq fəhmi-yaradıcılıq keyfiyyəti var, heç nədən çəkinməyin, yeni ixtiraralarınızı meydana gətirəcəksiniz”.Ancaq mən bilmirdim ki, dayanmadan ixtiracılıq fəaliyyəti, gərkinlik və əzabçəkmə onun sağlamlığını tam pozubdur.Bu pozulmanı bir gün o, AMAA-danTEKTİ-yə gələndə aydın gördüm. Bunu biləndə öz beynimdə onu fikirləşdim ki, yarəbbi görəsən o,normal vəziyyətdə həyata qayıda biləcəkmi?... Bəli o,bir müddətdən sonra həyata qayıtdi.Düzünü deyim ki, mən də sakitləşdim və sevindim.

 

 İnsanlğın ən yüksək pilləsi kərəmlik keyfiyyəti hər insanda olmur. Bax bu keyfiyyət onda yetərincədir. Bunun da şahidi olmuşam. AMAA onun qədrini də bildi, qiymətini də verdi. Vaxtında bu kimi keyfiyyətləri bir insanda bilib  onu qiymətləndirmək Elit insanın elmpərvərliyi, ən şərəfli uğurudur.

 

 

 

İNAYƏTOĞLU

 

Bu gözəl dönəmdə inadcıl qürur,

 

Müstəqil dövlətdə yaradıb qurur,

 

İdeal görəndə ideya udur,

 

Dəyanət irzidi İnayətoğlu.

 

 

 

Qədrini bildilər dəvət etdilər,

 

Elmini səpdilər qiymət verdilər,

 

Xərcini çəkdilər vüsət gördülər,

 

Şəxsiyyət izidi İnayətoğlu.

 

 

 

Bir parca çörəyi TEKTİ-də tapdım,

 

Bolluca dəstəyi Elitdə sandım,

 

Bəsincə köməyi alimdən aldım,

 

Kəramət rəmzidi İnayətoğlu.

 

 

 

Millətin qəlbidi, qan damarıdı,

 

Xalqının dilidi, sağlamlığıdı,

 

Yurdunun fəxridi, inkişafıdı,

 

Mərhəmət tərzidi İnayətoğlu.

 

Telmanı yaşadan əmniyyətidi,

 

Əslini tanıdan səriştəsidi,

 

Adını ucaldan düşüncəsidi,

 

Heysiyyət əzmidi İnayətoğlu.

 

 

 

Kiçik arayış:lüğətdə dəyanət-sözünün üstündə durma, tab gətirmə qabiliyyəti;irz-şərəf,şöhrət,ad-san;elmini səpdilər-ozonlaşdırmaya ideyasına işarədir;ideal-yüksək məqsəd,qayə,amal;ideya-dünya görüşü prinsipi, məslək,məqsəd;vüsət-bolluq;inayət-qayğı, kömək; elit-seçilən, sayılan adamlar, cəmiyyətin yüksək təbəqəsi;kəramət-alicənablıq,lütfkarlıq;rəmz-işarə ilə məqsədi anlatma;tərz-surət,qayda;əmniyyət- etibarlılıq, sadiqlik, mötəbərlik,möhkəmlik; əzm-qəti məqsəd,məram,cəsarət, iradə; heysiyyət-mənlik, şərəf, qeyrət kimi izah olunur.

Quliyev Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam