Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

NİYƏ, NƏDƏN BƏDDUA

NİYƏ, NƏDƏN BƏDDUA


Xeberinfo.com:  Dünənimlə yox bu günümlə özümü narahat hiss edən bir vətəndaş olaraq gündəlik rast gəldiyim bir məsələ barədə sizləri agah edərək, düşünməyinizi istərdim. Beləki, bu gün insanların sosial durumu göz önündədir. Günümüzdə bir təbəqə mövcuddur ki, biri digərindən dövlətli yaşamır. Bəzi öndə gedən "qaçağan"ları kənara qoymaq şərti ilə dediyim məsələyə aydınıq gətirmək istərdim. Heç gizli deyil bu gün Azərbaycan xalqının sosial vəziyyəti hansı qara günü ilə öndədir. Əslinə baxsaq durum çox acınacaqlı və dözülməzdir. Bəlkə də mən qarşılaşdıqlarımla sizlər də rastlaşdığınızdan Azərbaycanın yazıq olan bəndələrinə ürəyiniz yanır. Çatdırmaq istədiklərimi hər bir vəsəndaş fərd olaraq görür. Deyim ki, mən də hamı kimi səhər-səhər işə tələsirəm. Elə ki,yolumun üstündəki keçidə yaxınlaşıram qabağıma əlləri mənə sarı uzanan, yalvaran insanlarla qarşılaşıram ki, aralarında qoca, cavan, qız-gəlin, əlil, yəni fərq etməz,bəzisi deyir, çörək pulu ver, bir digəri deyir xəstəyəm əlimdə həkimin yazdığı ressept var alamağa pulum yoxdur. Qısası belə misalların sırasını daha çox genişləndirmək olar.Əsas məsələ nədir? Məni narahat edən budur ki, əlləri kimlərəsə uzanıb imdad diləyən insanlar başa düşmək istəmirlər ki, axı qarşındakı insanın maddi durumu heç də səndən yaxşı deyil. Belə insanların vəziyyəti bir deyimə daha uyğun gəlir”Mənim yaram ağrayır, sənin haran ağrayır”? Düşündürücü məqam budur ki, həmin insanlar özlərini qarşısındakının yerində təsəvvür edə bilmirlər. Onların istəkləri odur ki, səndən nəsə qoparsın. Hörmətli oxucular, söz etdiyim vəziyyəti bir başqası desəydi bəlkə də, inanmazdım. Çox təəssflər olsun ki, belə xoşa gəlməz durumla əksər hallarda özüm də qarşılaşıram. Məsələn: olub ki, mənə əl açıb yardım istəyən insana heç bir köməklik göstərə bilməmişəm. Sizdən nəyi gizləyim. Çünki elə vaxt olur ki cibimdə ona yardım edəcək məbləğim olmur. Bəzən belə insanların yanında özüm pis vəziyyətdə qalıram və utanıram. Dözülməz hal da budur ki, yardıma ehtiyacı olan insanlar əl açdığı insanla elə rəftar edir ki, sanki onlara borclusanmış. Hətta, istədiyini ala bilməyən kasıbçılıqdan yorulmuş, heç bir mənliyi şəxsiyyəti qalmayan insanların əksəri bəzən üzünə bəddua edərək qarğış edir. Həqiqəti axtarsaq axı o bədduanın sahibi mən olmalı deyləm. Bir insan olaraq rastlaşdığım durum mənə çox ağır gəlir. Nədən mənim cibimdə pul olmadığından utanmalıyam, həm də bəddua götürməliyəm? Belə sual ortaya çıxır. Kimdir insanları belə duruma gətirənlər? Günahkarları harda axtaraq? Niyə qarınları tox olan kreslodan ikiəlli yapışan məmurlar millətin güzəranının yaxşılaşmasında əməli işlər görmürlər? Bəlkə deyək: “Toxun acdan nə xəbəri” Belə insanları mən “Dilənçi” adlandıra bilmərəm. Çünki o yazıqların durumu sosial vəziyyətin ağırlığından irəli gəlir ki, bəlkə də özündən alçaqların qarşısında əyilməli olurlar. Deyim ki, belələri yalnız yol ayrıcında, keçidlərdə görünmür hətta marşrutlarda belə rast gəlmək mümkündür. Niyə, nədən ali mərtəbəyə qaldırdığımız məmurlar ürəklərinə daş bağlayıblar? Niyə dünyanın nazı –nemətini süfrəsinə düzüb qarnını tox edəndə gecələr balasına verməyə çörək tapmayan ailələr yadlarına düşmür? Dediklərim insanların yaşam tərzi ilə bağlı durumun ən sadə tərəfidir. Niyə bizlər öyünə bilmirik ki, nefti, qazı olan bir məmləkətdə yaşayırıq. Məncə danılmaz faktdır ki, Azərbaycan xalqının əslində heç bir sosial problemi olmalı deyil. Gəlin bizlər vətəndaş olaraq hansı gözlə baxaq ki, çılpaqlanmış çılpaqlığı nəzərdən qaçıra bilək? Yazdığım məchul sualların bəsit cavabları nə vaxta kimi açıq qalacaq??? 
TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam