Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TƏNHA ÇİÇƏYƏM

TƏNHA ÇİÇƏYƏM

 

Xeberinfo.com:

 

Sən getdin, mən hönkür-hönkür ağladım,

Ümidimi sənsizliyə bağladım,

Həsrət cəkib, öz içimi dağladım,

Allahım, nə qədər qəmli taleyəm,

Çöldə yetim qalmış tənha çiçəyəm.

 

Baxışlarım, bu dünyadan gen oldu,

Gedişin saçımda vaxtsız dən oldu,

Nə oldusa mənə sevgidən oldu,

Bəlkə, qəfil əsən dəli küləyəm?

Çöldə, yetim qalmış tənha çiçəyəm.

 

Yaşamaq həvəsim öldü bir anlıq,

Kədər gözlərimdə güldü bir anlıq,

Tək mənə xatirən qaldı bir anlıq,

Bu həyatla nə barışam, nə deyəm?

Çöldə, yetim qalmış tənha çiçəyəm.

 

Ömrümü, günümü qaraltdı bu eşq,

Vüsalı gözümdə saraltdı bu eşq,

Məni cavan ikən qocaltdı bu eşq,

Indi sınıq sazam, ya qəmli neyəm.

Çöldə, yetim qalmış tənha çiçəyəm.

 

Zeynəbəm, nə fərqi yaşayım, ölüm,

Bütün ömrüm boyu, çəkirəm zülüm,

Nə bir ocağım var, nə sönmüş külüm,

Əzablar əlində sanki dəliyəm.

Çöldə, yetim qalmış, tənha çiçəyəm.

 

ZEYNƏB DƏRBƏNDLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam