Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Buludlar qaralıb leysan tökməsin

 

Xeberinfo.com:   Aşıq sənəti xalqımızın mənəvi varlığını, qəhrəmanlıq və təfəkkür tarixini özündə yaşadıb gələcəyə ötürən bənzərsiz əvəzsiz mənəviyyat abidəmizdir. Bu sənətin nümayəndələri içərisində ayrı-ayrı dövrlərdə yaşayıb-yaratmış ustad aşıqların, DƏDƏlik rütbəsini xalqdan almış qeyri-adi istedad sahiblərinin yeri, rolu xüsusi əhəmiyyət daşıyır. Bu cür sinədəftər saz-söz sərdarları zaman-zaman bütün türkdilli ölkələrdə, türk xalqları arasında böyük hörmətə, nüfuza sahib olmuşlar.

Aşıq elin ağsaqqalı, yolgöstərəni, məsləhətverəni və eyni zamanda haqqın yer üzündə carçısı, havadarı sayılmışdır. “Aşıq gördüyünü çağırar” el deyimi də bunu təsdiq edir.

Dədə Qorqud dövrünün o üzündən bu yana ozanlar, Dirili Qurbandan, Yunus Əmrədən, Tufarqanlı Abbasdan, Miskin Abdaldan, Xəstə Qasımdan üzü bəri əksər yaradıcı aşıqlar daim el-obanı gəzib-dolaşmış, xalqın xeyrində-şərində yaxından iştirak etmiş, insanların sevincini öz sevincləri, kədərlərini öz kədərləri bilmişlər. Odur ki, onların yaradıcılıqlarından gəlib bizə çatan nümunələr də ardıcıllıqla həmin xalq sənətkarlarının mənsub olduqları xalqın – böyük türk  dünyasının tarixini obrazlı, poetik şəkildə olsa da daha canlı, daha dolğun, daha obyektiv əks etdirir. Hətta deyərdim ki, türk xalqlarının, xüsusən Azərbaycan türklərinin mənəvi varlığının – ilk növbədə dilimizin, adət-ənənələrimizin, bir sözlə, bütün milli özəl (həm də gözəl!) xüsusiyyətlərimizin günümüzəcən qorunub saxlanılmasında ən aparıcı rolu məhz aşıq ədəbiyyatı, onun yaradıcısı, təbliğatçısı, daşıyıcısı və ötürücüsü olan aşıqlar oynamışdır.

Ağ Aşığın (əsl adı Hüseyn olub), Alının, Ələsgərin, Ağdabanlı Qurbanın ustadlıq ənənələrini davam etdirən yaradıcı aşıqlardan biri də Dədə Şəmşir olmuşdur.

 

Səni qarı gördüm, bağrım qan oldu

Mənim saqqalımın çal vədəsində.

Qəlbimə dəydiyin yadıma düşdü,

Çox dedim könlümü al vədəsində,

 

misraları ilə nəhəng Səməd Vurğunun xüsusi rəğbətini qazanan Aşıq Şəmşir böyük şairlə Kəlbəcərdəki məşhur görüşündən sonra respublikamızda kifayət qədər tanındı, sevildi və şöhrət qazandı. Hələ sağlığında ikən adı dildən-dilə dolaşdı, neçə-neçə kitabı işıq üzü gördü. Şəmşir əminin vəfatından sonra da saza-sözə bağlı qədirbilən xalqımız aşığı unutmadı. Ən mötəbər saraylarda Dədə Şəmşirin yubileyləri qeyd edildi. Haqqında nəğmələr, dastanlar qoşuldu, kitablar yazıldı. İllər keçir, nəsillər dəyişir, dəyişməyən yenə xalqımızın qəlbindəki söz-sənət sevgisi, aşıqların sinəsində bülbültək ötən sədəfli saz, bu sazı dilləndirən aşıq-ozan sevgisi, o cümlədən, Dədə Şəmşir sevgisidir.

Bu sevginin fədakar daşıyıcılarından, gələcək nəsillərə ötürücüsü rolunu oynayanlardan biri də istedadlı, gözəl balamız Cəmilə Çiçəkdir. Müəllifin artıq çapa hazır olan kitabını vərəqləyirəm. Bu, ustad aşıq haqqında yazılmış neçə-neçə adi kitablardan biri deyil. Bu kitab böyük sevgi və istedadın qovuşduğu bir idrakın məhsuludur. Kəlbəcər həsrətli Kəlbəcər (anasının məzarı düşmən tapdağında qalan ana həsrətli)  qızının alışıb-yanan könlünün həsrəti duyulur sətirlərdə. Kitabına Səməd Vurğunun ifadəsiylə ad verir Cəmilə Çiçək: Arı çiçəyə gəlib...

Aşıq Şəmşirin yaradıcılığı da bütövlükdə al-əlvan gül-çiçəkli bir talanı xatırladır. Demək, Cəmilə Çiçək də gül-çiçəkdən şirə şəkən bal arısı kimi çiçəyə gəlib. Aşıq Şəmşir bağ-bağçasının çiçəyinə.

Buludlar qaralıb leysan tökməsin, Cəmilə bala, istedad günəşin daha da parlaq olsun ki, çiçəklərdən bol-bol şirə şəkib gələcək nəsillərə ərməğan göndərə bilsin...

 

 

Xalq şairi

Nəriman Həsənzadə

 

Cəmilə Çiçək (İsbəndiyarova). Arı çiçəyə gəlib.... Bakı,. “Azərnəşr”, 2013, 352 s.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam