Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

UNUTMA... SƏN TÜRKSƏN

 

Xeberinfo.com:  

 

Küllü aləm gözlərimdə 
bitib, tükənib sanki.
Ürəyim titrəyir, itib üşənir sanki.
Hansı dərdi qoyub,
hansından söz edim hansı, hansı, hansı dərdi?
Allahın qəzəbidirmi çatan, talayan,
Sıra-sıra dərdimizə dərd calayan.
Nədən gözlərimiz qapalı?
Çalırlar oynayırıq havalı.
Nədən belə zalım, qəddar qəlbi daş olduq.
Nədən göydən düşən daşa baş olduq.
Qazanda bozbaş, süfrədə aş olduq nədən?
Çəkdilər qaşığa dadla, ləzzətlə,
Üz-gözümüz danlaq dolu məzəmmətlə.
Əyildik, hər əmri qəbul etdik mərhəmətlə.
Haqqımız, haqqımız taptalandı xəyanətlə.
Qardaş, qardaşı asıb kəsirsə,
Üstümüzə yad küləklər əsirsə,
Türkün dərdi, qərinələr əsrsə,
Mən də, barışmadım xəyanətlə.
Sıxıldım, boğuldum yalanlardan,
Ulağa yük olan palanlardan.
Çalışdım söz deyəm dəyanətlə.
Ey türkəm deyən,
Qalx ayağa,
Sən yenilmədin.
Əl uzat qardaşına,
Daşı ələmə başına,
Turşu sıxma öz aşına.
Bir köklü ağacsan,
Kəsilmə, sapı sən, balta olma.
qırılsan da, çapılsan da,
yen də ucalacaqsan, ucalacaqsan!
Yadından çıxarma heç,
Tarix deyir bunu,
Unutma...
Düşmən gözünə tingsən, 
Sən Türksən, sən Türksən!!! 

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam