Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ŞEİRLƏRİNDƏ YAŞAYACAQ ŞAİR

                        Fərman Kərimzadə anıldı

 

    Xeberinfo.com:  Dəqiq yadımda deyil, iyun ayının neçəsiydi, amma yaldaşım məni aldatmırsa əvvəliydi. Yazıçılar Birliyində şair Adilə Nəzərin "Xəbərin oldumu" adlı şeirlər kitabının təqdimatıydı. Adilə xanımla bir elə də tanışlığım yox idi. Heç şeirlərini də oxumamışdım. Amma adını dostlardan eşitmişdim. Adı mənə çox şeylər deyirdi. Məni bu təqdimata özü yox, bir xanım dostum dəvət etmişdi.Getməsəm ayıb olardı, xanım dəvəti idi. Müəyyən səbəblərə görə tədbirə bir balaca gecikmişdim. Natəvan kulubuna daxil olanda gördüm ki, zal adamla doludur. Yaxşı ki, bəxtimdən bir boş yer vardı.Keçib oturdum. Təzəcə nəfəs dərib toxdamışdım ki, tədbirin gözəl aparıcısı şair dostum Mübariz Məsimoğlu təbrik üçün sözü mənə verdi. Doğrusu, nə deyəcəyimi bilmədim. Çünki təqdimatı keçirilən kitabın üzünü belə görməmişdim. Amma buna baxmayaraq nəsə deməliydim, danışmalıydım. Gözümü zillədim müəllifin üzünə: gözəl-göyçək xanım,nurlu,işıqlı sima və xoş,isti təbəssüm. Bundan sonra nə deməliydim? Səmimi təbrik elədim və sonda "məncə belə gözəl xanımın, gözəl də kitabı olar" dedim.

  Tədbirin sonunda müəllifdən avtoqrafla kitabını aldım. Evə gələndə metroda kitabı vərəqlədim. Və çox sevindim, hətta belə ilhamla yazılmış şeirlərin müəllifi olmaq keçdi içimdən. Ona görə sevindim ki, dediyimdə yalnışlığa yol verməmişdim, haqlıydım, həqiqəti demişdim. Müəllifin özü kimi şeirləri də gözəl idi.

  Bədi ədəbiyyat insan duyğularına, qəlbinə, ruhuna nufuz etmirsə, onda hiss. həyacan yaratmırsa o hər cür emosiyadan, təsirdən uzaqdır. Və biz belə ədəbiyyata əsər adı verə bilmərik. Böyük rus yazıçısı M. Qorki deyirdi: " ədəbiyyat insanşunaslıqdır".

  Həyat gerçəkliyinin bədii təcəssümü istər şair olsun, istərsə də nasir onun qələminin, istedadının təpərindən, gücündən asılıdır.

  26 ildən çoxdur ki, dünyanın və dişsiz beynəlxalq təşkilatlarının xristian təsübkeşliyinin havadarlığı ucbatından davam edən, sütül-sütül oğullarımızı əlimizdən alan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi Adilə xanımın da yaradıcılığında ən ağrılı, ən kövrək mövzulardan birinə çevrilib. "Ayaqlaman o yeri", "Hanı", "Qarabağ sinə dağıdır", "Şəhid", "Şuşa qayıdır" və s. kimi şeirlərini oxuduqda bizim, türkün qanına susamış xain, çörəyi dizinin üstündə olan, qəddar, əzazil, insanlıqq adına ləkə gətirən bir millətin törətdikləri Xocalı, Ağdərə, Şuşa, Laçın, Kəlbəcər...bəlaları gözlərimiz önündə canlanır, bizi göyüm-göyüm göynədir, için-için sızladır. Və hiss edirsən ki, ancaq vətən, torpaq, el-oba sevgisi, məhəbbəti ilə yaşayan bir şair belə poetik misralar yaza bilər. Gəlin aşağdakı misralara diqqət yetirək:

                      Şimşək kimi başı üstə çaxan var,

                      Doğru desə, sözün ağza tıxan var.

                      Ağlayanda, deyirlər,-sus, baxan var,

                      Gözəl Şuşam, gül üstə xarın hanı?...

  Adilə xanımın qəlbində işıqlı, nurlu duyğular var. Bu duyğularla da ürəyindən keçəni, ürəyi deyəni yazır. Ürəyində dediyini sadə, səmimi və kövrəkliklə deyir. Deyilən sadə, kövrək söz də oxucunun qəlbinə rahat yol tapıb onu sevindirir, ruhlandırır. Şairin təbiətilə yaradıcılığı arasında bir doğmalıq, bir qohumluq var. Bu qohumluğun, doğmalığın özülündə müəllifin böyük istedadı, mənəvi təmizliyi, fədakarlığı və sözə olan ilahi baxışı var.

   Həyatda hər kəs Tanrının ona verdiyi ən böyük bəxşişlə- məhəbbətlə, sevgiylə yaşayır. Qəlbimizin qapısını hər zaman məhəbbətə, sevgiyə açıb yaşayırıq.Bunsuz yaşamaqsa münkünsüzdür.

  Sevmək, sevilmək hər iki tərəfi müdrikləşdirir, sevginin, məhəbbətin həyat həqiqəti olduğunu onlara dərk etdirir. Sevmək insanın gözündə sevdiyini İlahiləşdirir. Bu ilahi sevgidən heyrətə gəlir şairləşir, sevgilisini şirin sözlərlə oxşayır, onu ən zərif gülə, ən ətirli çiçəyə bənzədir. Aşiq sevgilisini açılan səhərə, çıxan günəşə oxşadır. Onunla nəfəs aldığını, onsuz yaşaya bilmədiyini dilə gətirir.

  Sevgi ömür yoludur. Bu yolu sona kimi gedirsənsə, bu ən böyük igidlik, qəhrəmanlıqdır. Nə qədər ki, sevməmisən, sevilməmisən həyat sənin üçün çox adidir, elə ki, sevdin və sevildin həyatın tamam dəyişir. Məhəbbətin, sevginin nə olduğunu dərk edirsən, məhəbbət həyatının mənasına, yaşamına çevrilir. Sevdiyin insan dünənkindən gözəl, dünənkindən daha cazibadar görünür.

                            Günəşin, Ayın, ulduzun

                            Göy üzündən ayrılması

                            mümkündürsə, əzizim,

                            Mən də səndən qopmaram...

Başqa bir şeirdə şair eşqi imana, dinə bənzədir.

                            Əzizinəm, ha dindir,

                            Eşq iman, həm də dindir.

                            Qələm ol, qəlbi dindir-

                             Gör ki varaqda nə var.

  Bu gün qapını elə bir zaman döyür ki, burda ancaq biganəliklə, laqeyidliklə, tənhalıqla rastlaşırsan. Dərdini-sərini kiminləsə bölüşdürüb dincəlmək, rahatlanmaq istəyirsən. Amma çox təəssüf ki. səni dinləyən, dərdinə şərik olan bir insan tapmırsan və içində belə bir fikir formalaşır ki, belə getsə deyəsən kimsə-kimsəyə salam verib, salam almayacaq. Bu yerdə şair dünyanı qınayır və onu köhnə rəqqasə adlandırır.

                            Üz görübdür bu dərd məndə, ya nədir?

                            Bilir ki, sevgimin barı barsızdır.

                            Gedib-gedib üstümə qayıdır,

                            Mənim qolum açıq, o da arasızdır.

  Nə gözəl! Məncə dərdin gətirdiyi əzabı, onun özünü bundan mükəmməl, bundan yaxşı, obrazlı şəkildə demək çətindir.

 Şairin otağına zülmət qaranlığı çöküb. Bu azmış kimi bir tərəfdən də yatağına soyuq küləklər dolur. Və şair bu əzablı həyatdan çıxıb getmək istəyir. Yox, Adilə xanım, siz heç hara getməyəcəksiniz. Axı siz şairsiniz, şeir yazıb qafiyə qurur, yeni fikir, söz deyirsiniz. Bizim də sizin deyəcəyiniz sözə böyük ehtiyacımız var.

  İnsanı yaşadan onun əməlidir, uğurudur. Əməlin, uğurun varsa sən yaşayacaqsan, unudulmayacaqsan. Qəhramanı qəhramanlığı, alimi elədiyi kəşfi, sənətkarı sənəti yaşatdığı kimi şairi də şeiri yaşadır. Müəllif bir adsız şerində bunu belə qələmə alır:

                                 Bilirəm, dünyada hamı qonaqdır,

                                 Mənim nişanəm yox, kim anar məni?

                                 İtsəm aranızdan...-bu ki bir haqdır,

                                 Yəqin şeirlərim yaşadar məni...

  Adilə xanım, heç şəkk-şübhəsiz sizi böyük ilhamla yazıb bizlərin ruh qidası etdiyiniz şeirləriniz yaşadacaq.

  Boşuna demirlər ki, ən yaxşı kitab, ən yaxşı dostur. Şükür, mən özümə yeni bir dost, sirdaş tapdım. Bu Adilə Nəzərlinin "Xəbərin oldumu" kitabıdır. Bu gün dünyanın gedişatına baxanda əlimizi dünyadan üzür, ümidimizi kəsirik. Və elə bu anda toxdamaq, rahatlanmaq, inamımızı özümüzə qaytarıb yaşamaq üçün əlimizi kitaba uzadırıq. O bizi naümid etmir, könül dostu olur, qaranlıqlaşıb göz-gözü görməyən yolumuza işıq, nur saçır.

  Mən bir oxucu kimi əminliklə deyə bilərəm ki, Adilə Nəzərlinin bu kitabı çox oxucuların könül sirdaşı olub, onların masa üstü kitabına çevriləcək.

                               

  Məhərrəm Şəmkirli     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam