Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ŞAH quludur...

YAZIQ DEMƏRƏM

 

Xeberinfo.com:  (bəhri – təvil )

Tufan qopar yağış yağar, axan çaylar kötük deyil, lil qarışıq daş gətirər. Deyim də var, ov ovlayan Şahqulu bayquş gətirər. Tufan qopdu, çay da daşdı, insan olub biz kötüyü görənmədik. Çaylar daşdı, səsli-küylü şəlalələr dağdan aşdı durulmayan, əyri axıb burulmayan lilli sular bulanmamış qarışdı, pay nə isə, say nə isə, kürəkdəki tay nə isə insan olub, göz var ikən kora döndük görənmədik, bölənmədik, xırıldadıq ölənmədik, bax beləcə haqq yoluna dönənmədik, işıq olub yansaq belə alışsaq da, sönənmədik, döğulmuşuq bax beləcə halal südü anamızdan əməmmədik. Söylədim ha, Şahqulu bayquş gətirər, hərdən alar quş tüfəngi, ov ovlayar nuş olmayan ceyran deyil, maral deyil, quş gətirər, söz oynadar, sözdə sözü, bir-birinə tuş gətirər. Zaman gəlib şah quludur, indi olub söz deyəndə dildən iti, səsi çıxar zildən iti, meydan alar qurşaq tutar əldən iti, bilənməzsən dirəndirib, diləndirib,xəlbir-xəlbir ələndirib boş başına kül endirib elətdirər hansı işi. Axi neynək söz etdiyim, kirpik basıb göz etdiyim, hər sözünü köz etdiyim ov, ovlayan Şaquludur, indi isə bəxti daşıb, işləri də, əlləri də, bur-bulaşıq, əməl bətər, beldə qətər, söyləcək bəsdi yetər, əmr edəcək ŞAH quludur....

TƏRANƏ ŞƏMS 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam