Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Çörəyin müqəddəsliyini qoruyun

           Fərman Kərimzadə anıldı

 

    Xeberinfo.com:  "Çörək itirən çörək tapmaz" deyib atalar. Çörək bəşər övladının yaranışından onun müqəddəs və ulu neməti olub. Onu insanlar analarının südü, laylası kimi əziz, əvəzsiz biliblər. Ata- babalarımızın, ağbirçək nənələrimizin ən böyük andı çörək olub: "çörək haqqı", "bərəkət haqqı" andları dilimizin şirinliyi, şəkərliliyi olub. Hətta çörəklə bağlı qarğışlar da yaranıb: "çörək gözünü tutsun", "görüm səni çörək üzünə həsrət qalasan", "çörəyin küt getsin", "çörəyin irin-qan olsun", "çörəyin daşdan çıxsın" və .s.

    Ta qədimdən istər şifah, istərsə də yazılı ədəbiyyatda çörək haqqında saysız bədii nümunələr yaradılıb və yaradılır.  Şair deyib ki, çörək bol olarsa, basılmaz vətən. Bəli, bu doğurdan da belədir, bir həqiqətdir. Çörək arımız, namusumuz, basılmaz qüdrətimiz, qüvvəmizdir. Bir millət olaraq dostluğumuz, qardaşlığımız da çörəkdən keçib. Elimizdə, obamızda yaxşı, təqdir olunası, öyüləsi bir adətimiz var. Kişi kişiylə çörək kəsib, dost olub, qardaş olub. Müqəddəs nemət olan çörək doğurdan da insanları yaxınlaşdırır, doğmalaşdırır, mərd, əqidəli, əyilməz, dönməz edir.

    Çörək müqəddəsdir, halalıqdır, ta uşaqlıqdan valideyinlərimiz bunu bizə başa salıb, aşılayıblar. Yadımdadır ata- anam həmişə deyərdilər: "Oğul, heç vaxt çörəyi yerə atma, günahdır. Yerdə çörək görəndə, əyil götür, bir neçə dəfə öpüb gözünün üstünə qoy". Halal kişinin çörəyini yeyəndə isə deyiblər: "Evində yediyim halal çörəyin haqqı".

   Vaxt vardı ayağımızı yaşıl taxıl zəmisinə belə qoymazdıq. Bilirdik ki, zəmini ayaqlamaq olmaz,o bərəkətdir.

    Uşaqlıqda mənim və mənim kimi minlərlə insanın gördüyü qıtlıq, çörəksizlik şükür ki, bu gün yoxdur. Amma çox təəssüf ki, bu gün müqəddəs olan çörəyi ot-ələf yerinə mal-qaraya yedizdirir, çölə atırlar. Belə bir mənzərəylə raslaşanda adamın ürəyi ağrıyır. Bilmirəm bu biçim adamlar müqəddəs nemət olan çörəyə necə qıyırlar? Çörəyə belə münasibət süfrələrimizin bərəkətini qaçırır. Bakının ərtaf kəndlərindən şəhərə süd, qatıq satmağa gələnlər evlərdən, zibil yeşiklərindən kisə-kisə quru çörək yığıb aparırlar. Bunun hesabatını aparan olsa görər ki, bir gündə ölkəmizdə neçə ton çörək, un, taxıl itkisi olur. Adam bilmir çörəyin qədrini bilməyib, onu lazımsız şey kimi zibil qutusuna atanlara nə ad versin, qudurmuşmu, nankormu,harınlamışmı?

  Dünyanın şərəfi olan insanın bir ürəyi, iki gözü artıq olmadığı kimi, yaşamamızın ən ali və qiymətli neməti olan çörək də artıq ola bilməz. Atalarımız gözəl deyib: "çörək itirən çörək tapmaz". Çörəyi itirmən, onu əziz tutun, qədir- qiymətini bilin.

    Oxuduğumuz kitablardan, baxtığımız kinolardan bilirik ki, baş verən müharibələrdə ölənlərin hamsı düşmən gülləsindən yox, bir tikə çörəyə olan ehtiyacdan ölüblər. Ona görə də bilməliyik ki, çörək həyatdır, onsuz qələbə də, Vətənin mövcudluğu da mümkün deyil.

   Ölkədə baş verən məlum hadisə- çörəyin və ərzaq məhsullarının bahalaşması insanları bərk silkələdi. Çox şükür ki, bu vəziyyət az da olsa düzəldi. Belə çətinliklər hər zaman ola bilər. Ona görə də çörəyin qədrini bilin, israfçılığa yol verməyin.

 

                                        

 Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam