Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Orta türk əlifbasını necə yaratmalı?

         

 

 

                 Dilimizi qorumasaq ortaq türk əlifbasını yarada bilmərik

 

         "xeberinfo.com":Son zamanlar ölkə mətbuatında ortaq türk əlifbasının və dilinin yaradılması haqqında mütamadi olaraq mütəxəsis və oxucu məktubları yayımlanmaqdadır. Hər kəs bunun türk dünüyası üçün gərəkli və vacib olduğunu dilə gətirir.Hətta bəziləri bir azda qabağa gedərək Avropa iqtisadi birliyi kimi Türk ölkələrində də belə bir qrumun yaradılmasının vaxtının çatdığını söyləyir.İstər ortaq əlifba və dilin,e- ləcə də  türk mənşəli dövlətlərin bir iqtisadi məkanda birləşməsi onların dünyada söz sahibi olması üçün böyük imkanlar açar.Yetər ki,bu fikirlərin reallaşması, həyata keçməsi yöndə olan mücadiləmizi dayandırmayaq.

       Ortaq əlifbanin və dilin yaranması,gerçəkləşməsi yolunda ilk addımlarin atıldığı bir vaxtda anamızın baldan şirin dilinin başına bəzi nadürüstlər elə bir oyun açır ki,bu artıq aşağılarla yanaşı yuxarıları da bək narahat etməyə başlayıb.

         Bu gün beynalxalq əlaqələrin,iqtisadi münasibətlərin genişləndiyi bir vaxtda dilimizə və eləcə də yazılı ədəbiyyatımıza yabançı terminlər, sözlər daxil olur ki.onların uyğun qarşılığını tapmasaq dilimizin zənginləşdirilməsi, yabançı ifadələrdən,dilə yatmayan,qulağı oxşamayan sözlərdən qorumaq mümkün olmayacaq. Ona görə də Azərbaycan türkcəsini yad təsirlərdən qorumaq üçün elə günü bu gün dövlət səviyyəsində təxirəsalınmaz addımlar atılmalıdır.Milli Məclis sərt qanun qəbul etməlidir və edilən qanun kağız üzərində qalmamalıdır.Fərd olaraq hər bir vətəndaş da dilimizə pərçimlədilən sözlərə sədd çəkməlidir.Necə ki,böyük bətandaş,alovlu tirbun,gözəl şair,istedadlı alim Xəlil Rza Ulutürk anamızın dilinin təmizliyi,saflığı uğurunda yorulmadan mübarizə aparırdı.Mən şəxsən şahidi olmamışam, amma onu yaxından tanıyanlar böyük qürur duyğusu ilə danışırlar ki,o təkcə iş yerində yox,eləcə də təmasda olduğu hər bir insanın danışığında yad bir kəlmə eşidəndə onu 1-2 manat civarinda pulla cərimə edirmiş.Bir də onu da delirlər ki,APİ-də müəllim işləyəndə fevral ayında dərs dediyi otağın pəncərələrini taybatay açır,Bakının soyuq küləyi içəri dolur.Tələbələr üşüyür və deyirlər: Müəllim,"skvazniyak"dır,üşüyürük.Onda dırnağından tutmuş saçının ucuna kimi vətənpərvər və türkçü olan şair deyir: Ay bədbəxlər,"skvaznyak"deyil vətən havasıdır.Qorxmayın, udun.

         Bu gün dilini sevən,onun saflığını,təmizliyini istəyən hər birimiz X.R.Ulutürk  gedən yolda olmalıyıq ki,anamıza və onun gecələr beşiyimiz başında çaldığı bal kimi laylaya sayğı cöstərmiş olarıq.Düşünmən ki,bu yolda nəsə ititəcəyik,əksinə çox şey qazanacayıq.

          Azərbaycan türcəsinin dünya dilləri içərisində ən zəngin və musiqili dil olmasını təkcə özümüz yox,eyni zamanda dünyanın tanınmış dilçiləri,musiqiçiləri və sadə adamları dönə-dönə qeyd etmişlər.

            Tarixən dil məsələsi həmişə narahatlıq doğurmuşdır.Bu gün Azərbaycan milli-mənəvi dəyərlərindən söhbət düşəndə mütləq dil məsələsi əsas götürülür.Çəkinmədən etraf etmək lazımdır ki,bu günki qəzet və elektron infarmasiya bolluğunda qəzetlərin və televiziaların dili çox bərbad vəziyyətdədir.Ona görə də bu sahədə çalışanlar dili,onun qayda- qanunlarını mükəmməl bilib ona raiət etməlidir.Mətbu orqanlara baxanda televiziyanın imkanları və auditoriyası daha böyükdür.Bəlkə də bundan sui istifadə edən bəzi TV-lər tərbiyyəsiz,əxlaqsız,geyimini-kecimini,oturuşunu-duruşunu bilməyən,qeyri-etik davranışları,milli-mənəvi dəyərlərə yabançı hərəkətləri ilə tanınanları mütamadi verilişlərə dəvət edir,dəyirmi masa ətrafında oturdub xalqa əxlaq dərsi ,mənəviyyat dərsi keçirlər.

            Hər bir millətin var olmasının başlıca şərti onun dilinin var olmasıdır.Təbii ki,dili olmayan millətin varlığı da olmaz.Azərbaycan dili Ana yasada yeganə dövlət dili kimi göstərilib.Amma dilin yazılışında və danışığında o qədər ciddi,bağışlanmaz səhvlər,xətalar var ki,nə yazmaqla,nə də dilə gətirməklə qurtaran deyil.Bu da istər-istəməz dilin inkişafına və yaşamasına çox ciddi təhlükə törədir.

             2001-ci ildə Azərbaycan dilinin qorunması ilə bağlı Azərbaycan prezidenti sərancam verib.Vərilən sərancama görə ana dilimizi sevmək və qorumaq ümidə vəzifə kimi hər kəsin qarşısına qoyulub Çox təəssüf ki,aradan uzun bir vaxt keçməsinə baxmayaraq qarşıya qoyulan vəzifələr hələ də həllini tapmayıb.Görün son vaxtlar Azərbaycan dilinə nə qədər yad sözlər daxil olub:Evakuasiya,adminstrasiya,proje,spekulasiya,nota,mesaj,divident,koyuktura,rezans,politoloq,kritik və.s.siyahını istədiyimiz qədər uzada bilərik.

             Qabaqlar dilçi alimlər,şairlər,yazıçılar,zialılar əcnəbi sözləri əvəz edən yeni-yeni sözlər taprdılar,dilimizi gəlmə sözlərdən təmizləyib onu zənginləşdirirdilər.Bu gün məmləkətdə sanki elələri yoxdur,qeybə çəkilib.

            Azərbaycan dilinə  biganəlik,laqeyidlik təkcə danışıqda olsaydı dərd yarı idi.Bu gün Bakıda əhalinin hər nəfərinə bir mağaza düşən küçələrinə çıxın və xidmət yerlərinin,idarələrin,iaşə ocaqlarının adlarına baxın.Azərbaycan sözü və Azərbaycan dilindən başqa istədiyiniz dildə yazılmış lövhələrə rast gəlmiş olarsınız."Skazka","Peçka","Orion",Lodes","Ronika","Solure","Lane","Mini ledi","Ranos","Çeşka","Emira","Kanvoy","Bombey" və.s.Bu adları Bakı küçələrində görən hər bir adam özünü Bakıda yox,hansısa yad bir ölkədə hiss edir.Bütün bunlardan sonra ayağının altındakı torpağın Azərbaycan torpağı olduğuna şübhə edirsən.

            Bu yaxınlarda Millət vəkili Əli Hüseyinli jurnalistlərə verdiyi müsahibədə dedi ki,bəzi ölkələrdə olduğu kimi Azərbaycana gələn xaricilərin Azərbaycan dilindən imtahan verməsini vacib sayıram.

           Hörmətli komitə sədri onu da  əlavə etdi ki,bu"Dövlət dili haqqında" olan qanunda təsdiq olunub.Əcabə,qanuna belə hörmət olunursa,bəs onda Azərbaycanda doğulub yaşayan,yaşadığı ölkədə onun dilində bir kəlmə belə bilməyən nə qədər etnik qruplar var.Onların dilimizi bilməsi üçün olan qanunlarımız yetərli deyilsə, bəs onda əlavə hansı qanunları qəbul etməliyik?

           Mənə elə gəlir ki,yaşadığımız ölkədə doğma dilimizin saflığını, təmizliyini (özümüzdən) qoruya bilmiriksə, biz heç vaxt ortaq Türk əlifbasına və dilinə keçə bilməyəcəyik.

 

                                             

 

 

         Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam