Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MƏNİM MƏLƏYİM


 

Xeberinfo.com:  

 

Önəmli əxlaqın, var görəcəyin,

Zöhrəmdir görkəmin, səyim, əməyim.

İşıqlı gündüzün, xoş gələcəyin,   

Dünyamdır vüqarın mənim Mələyim.

 

Nənələr nənədir, Ana deyil ki,

Babalar babadır, Ata deyil ki,

Xalaqız, əmoğlu arxa deyil ki,

Dünyaya tək gəldin mənim Mələyim.

 

Atalar, Analar dil tapmayanda,

Oğullar, gəlinlər dost olmayanda,

Böyüklər, kiçiklər söz qanmayanda,

Seçilir xilqətin mənim Mələyim.

 

Gecələr varlığın mənim beynimdə,

Gündüzlər surətin gözüm önündə,

Axşamlar diləyin, sözün dilimdə,

Qəlbimdə yaşarsan mənim Mələyim.

 

Quldurlar dünyaya zalım gətirir,

Təzadlar məkanı mutant əkdirir,

İşsizlər ölkəsi xunxar yetirir,

Saysızdır qaçqının mənim Mələyim.

 

Mutantlar Atanı qaçqın salanda,

Hakimlər haqlını haqsız sayanda,

Vəkillər vicdanı pula satanda,

Yolunu itirdin, mənim Mələyim.

  

Dığ-dığlar, hikkələr don gəldi bizə,

Dar gözlər, xainlər xor baxdı düzə,

Pullular-mulatlar köç dedi sizə,

Yurdunu küsdürdün mənim Mələyim.

 

Cözümü dikdiyim ümidim sənsən,

Qızıl gül seçdiyim evə bəzəksən,

Ətirli bildiyim tək qız nəvəmsən,

Görmürəm əvəzin mənim Mələyim.

 

Atada atalıq xisləti varsa,

Evlada sevgisi qucaq-qucaqsa,

Hər çətin durumu qabaqlayarsa,

Xoş günlər görərsən mənim Mələyim.

 

Yazdığım misralar dərd-qəmim mənim,

Göz yaşım gecələr həmdəmim mənim,

Çəkdiyim əzablar qismətim mənim,

Babanı tanıtdın mənim Mələyim.

 

Qarışıq, dolaşıq bir dünyam vardı,

Həyata özəllik baxışım vardı.

Özülü zalımlıq  yeni dövrandı...

Keçmişi görmədin mənim Mələyim.

 

Yolağım dağınıq gündüzüm tardı,

Yolum lil, bataqlıq çıxışım dardı,

Dayağım yazarlıq qələmim bardı,

Babanı oyatdın mənim Mələyi.

 

 

Arxanca süründüm nəvəm var deyə,

Başına dolandım bircəm sən deyə,

Ümidlə yaşadım can deyə- deyə,

Babanı ağlatdın mənim Mələyim.

 

Kimlərə inandın söylə Mələyim?

Fitnəyə baş əydin körpə Mələyim?

Bakını tərg etdin türfə Mələyim.

Qazaxa yol aldın mənim Mələyim.

 

Lüğətdə vüqar sözü- ağırlıq, ciddiyyət, öz ləyaqətini saxlama kimi izah olunur.Bar sözüisə-11 mənadaişlənsədə7 və 8-ci mənada prob, əyar və ocaq , od kimi izah olunur.(A.Axundov-Azərbaycan dilinin izahlı lüğəti -2005)  

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam