Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“XALQA QƏNİM OLANA, EL ZAMİN OLMAZ”

 

Xeberinfo.com:   BİRİNCİ HİSSƏ: 

(Xalqımızın deyimlərindən)

Çox və ya az həcmdə olsa da keçmiş ittifaq dönəmində idarə etməyə, kadr siyasəti kimi sahələrə diqqət yetirilirdi. İttifaq dağılıb Müstəqillik qazanandan sonra respublikamızda bu sahələr başlı başına buraxıldı, demək olar ki, buxarlandı. Bu xoşagəlməzliyə qarşı müstəqil və müxalif mətbuatında, müstəqil saytda daim çıxış edir,etirazımı bildirir, baş vermiş nöqsanların aradan qaldırılması yollarını göstərirdim.

Araşdırmalarımda bu qənaətə gəlirdim ki, xəlifəlik, “oliqaxlıq”,  korrupsuya, dövlət əmlakını intəhasız mənimsəmə, ofşor hesablarda pul gizlətmə əməliyyatları, işgüzar insanlara qarşı zorakılıq, inhisarçılıq, heç bir istehsal və yaradıcı elmi fəaliyyətlə məşğul olmayıb, ancaq pensiya ödənişi xarateri daşıyaraq qoluzorlulara xidmət edən saysız dövlət təşkilatlarının təminatı, mənsəbpərstliyə şərait yaradan və bilavasitə ona xidmət edən keçmişdən qalma pilləli və paralel idarə etmə sisteminə rəvac verilməsi, mənimsəmədə gözdən pərdə asmaq üçün irilərini buraxıb dövlətin xırda məmurlarını həbs etmə, yerlərdən deyilənləri eşitməmək, ucuz-ucuz yarınmalar kimi halları olan məmləkətdə ən ümdə məsələlərin-işsizlik və mənzilsizliklərin öhdəsindən gəlmək mümkün deyil. Kəsərli tənqidi publisistik yazılarıma görə mənə çımxıranlar da olurdu. Sonradan məni başa düşən həmin şəxslərdən birisi mənimlə cüt əllə görüşüb halımı da xəbər aldı. “Qayğııma” qalan qohumlar isə “Yazdığın bu tənqidlər, araşdırmalar, ifşa etmələr sənə və kimə lazımdır?”,- deyə məni “islah” etməyə çalışırdılar. Onları cavabsız qoymur “Belə mənim canıma azar lazımdır, mənim kimi yazarlar olmasa sizlər haqsızlığın haradan və kimlər tərəfindən törədildiyini bilməz, haqqınızı tələb etməyi bacarmaz və həqiqəti dərk etməyə belə qoymazlar”,- deyə cavablarını verirdim.

Tənqidi yazılarıma slahiyyətlilər tərəfindən əhəmiyyət verilməsə də (?) Azərbaycanımıza xəyanət edən iri kreslo sahiblərinin nəhayət iç üzləri açıldı, maskaları yırtıldı. Respublika Prezidenti xəyanətkarları qabaqladı və haqqına çatdırdı.

Bəli, idarə etmədə qudurma peydah olub. Məhz bu qudurma (quduranlar) işsizliyin artmasına və gənc ailələrin dağılmasına gətirib çıxarır. Daha doğrusu açılan iş yerləri qəddarlara, talançılara tapşırılırdı ki, necə istəsələr eləcə də idarə edə və ətraflarına da öz qohum-əqrabalarını düzə bilsinlər.Özəl deyilən müəssisələrdən isə heç danışmağa dəyməz. Respublikada bu qudurma xərçəng xəstəliyi kimi elə kök atıb ki, onun öhdəsindən kəskin cəza–müddətsiz həbs yox,   ancaq TANRI  gələcəkdir.

 

Atalar “Dadanan qudurandan betər olur” demışlər. Onların dadanan soliterləri hələlik iş başında olduqlarından köklərini kəsmək mümkünsüz görünür.

Müstəqilliyi qazanandan sonra bir sıra sahələrdə müvəffəqiyyətlər əldə etməklə yanaşı xoşagəlməzliklərlərlə də qarşılaşdıq. Mərhum prezident Heydər Əliyev bölgələrdə zəhmət insanları ilə görüşü zamanı gənc ailələrə çoxuşaqlı olmağı tövsiyyə edirdi. İndi işsizlik və mənzilsizlik səbəblərindən gənc ailələr dağılır-ailədə bircə körpə dörd yüz əlli km məsafədə köçkünlük, ata  iki min km-dən çox məsafədə didərginlik, itginlik həyatı sürür. İdaretməyə isə zülmkarlar, soyğunçular, xəlifəlik sevənlər hakim olublar. Axı,  Azadlığı biz belə təsəvvür etmirdik.

 İKİNCİ HİSSƏ: BABANIN “BİZƏ” HARAYI      

Ağıl sözün gövhəri, söz ağılın cövhəridir”

(Xalqımızin deyimlərindən)

 

Çox aylar dolanar, illər də keçər,

Tapar öz yolunu Düz gələr bizə.

Çox sözlər söylənər, evlərdə gəzər,

Axtarar səmtini Haqq gələr bizə.

 

Atadan aralı düşən bircəmin,

Yurdundan narazı gedən körpəmin,

Babadan göz yaşı görən nəvəmin,

Etimad, inamı kəm olar bizə.

 

Türfəmin cismini törə saydılar,

Qönçəmin haqqını nəhsə yazdılar,

Varisin əhdini zülmə yozdular,

Tanrıdan mərhəmət yox olar bizə.

 

Bibilər heç nədən dodaq büzəndə,

Qardaşlar yoxluqdan incik düşəndə,

Körpələr qəfildən sazaq görəndə,

Höcətlik, acılıq nə verər bizə?

 

 

Yaxşıya pis desən pisin pis gələr,

Yaş odun qalasan tüstün his verər,

Acı dil saxlasan günün pis keçər,

Şirindil gərəkdir bu günlər bizə.

 

 “Gendədir kəramət” deyib gediblər,

Ağıldan xeyriyyət görüb gediblər,

Bilgidən var-dövlət qoyub gediblər,

Dəklilik yaşamda şans verər bizə.

 

Bakıyla səsləşir Qzax səhəri,

Mobillə eşidir Baba nəvəni,

Həsrətlə dinləyir deyilənləri,

Yaşamda intizar dərd olar bizə.

 

Ömrünü bitirib sözü sondadır,

Oğlunu itirib gözü yoldadır,

Qüdrəti sarsılıb özü dardadır,

Babanın harayı dərs olar sizə.

 

Darıxma, ay mənim körpə Mələyim,

Usanma, ümidim, ümdə diləyim,

Üzülmə, sevincim, didə-bəbəyim,

Ayrılıq həyatı qəm olar bizə.

 

 

Quliyev Elxan Sarı o. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam